Azərbaycanın sülh şərtləri dəyişməzdir

 

 

Azərbaycanın istər qlobal, istər regional rakursda hər zaman dəqiq, aydın konkret siyasəti olub. Respublikamıza beynəlxalq münasibətlər sistemində ehtiram gətirən siyasi meyarlardan biri məhz budur.

Bu yanaşma Ermənistanla münasibətlərin normallaşdırılması prosesində özünü göstərir. Cənubi Qafqazda sülhün təmin edilməsinə, qarşılıqlı etimad mühitinin yaradılmasına nail olunması  bu gün Bakının qarşıya qoyduğu əsas məqsədlərdən biridir.

 

 

Müqavilənin bütün bəndləri eyni dəyərə malikdir

 

Vətən müharibəsinin başa çatmasından ötən 4 ilə yaxın dövrün mənzərəsi göstərir ki, rəsmi Bakı sülhə nail olunması üçün bütün imkanları səfərbər edir. O cümlədən sülh sazişinin əsasında dayanacaq prinsipləri Azərbaycan təqdim edib. Ermənistan rəsmiləri sözdə sülhə tərəfdar olduqlarını bildirsələr , yaxın dövrə qədər törətdikləri  hərbi təxribatlarla bunu tormozlayıblar. İndi isə Ermənistan sülh sazişinin yarımçıq imzalanmasına çağırışlar etməklə, sülhə qarşı çıxır.

Xatırladaq ki, Ermənistan tərəfi sülh sazişi layihəsində öz əksini tapması zəruri olan müddəaları çıxarıb bununla da layihənin imzalanmağa hazır olduğunu iddia edib. Lakin Azərbaycanın şərtləri dəyişməzdir. Belə ki, iki ölkə arasında real davamlı sülh müqaviləsinin imzalanmasının  əsas şərti başda "Ermənistan Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın müstəqillik bəyannaməsinə açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Ermənistan rəsmilərinin "sülh sazişi" layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.

Oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Julyen de Freponla söhbət zamanı Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərək dedi ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.

 

 

İtirən yalnız Ermənistan olacaq

 

 

Qeyd etdiyimiz kimi, Ermənistan rəsmiləri yalnız özlərinin başa düşdükləri irrasional yanaşmaları ilə sülh prosesini əngəlləməklə məşğuldurlar. Aydın olan odur ki, İrəvanın sülh sazişinin öz maraqlarına uyğun şəkildə imzalanmasına cəhd göstərməkdə məqsədi odur ki, gələcəkdə Azərbaycana qarşı ərazi iddialarını davam etdirə bilsin.

Ümumiyyətlə isə Ermənistan rəsmilərinin hər bir açıqlamalarının mərkəzində məkr, reallıqları təhrif etmək dayanır ki, bütün bunlar da sülh prosesinin  inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə mane olur. Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 12-də "Sülh qovşağı: təhlükəsizlik demokratiyanın vəhdəti" adlı forumda çıxışında 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar, reallıqları təhrif etmək cəhdləri bir daha bunu təsdiqləyir.  Məsələyə münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyi respublikamızın tarixi beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrif edən nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırıb.

Görünən odur ki, sülh üçün yaranmış əlverişli şəraitdən istifadə etməyən Ermənistan münasibətlərin normallaşdırılmasına xidmət etməyən sülh oyunbazlığı ilə məşğuldur. Bundan itirən isə yalnız Ermənistanın özü olacaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.-19 oktyabr (№ 230).- S.5.