Azərbaycanın
və Türkiyənin
XİN rəhbərləri qlobal təhlükəsizlik
problemlərini müzakirə
ediblər
Oktyabrın
18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
İstanbul şəhərinə işgüzar səfəri
çərçivəsində Türkiyənin xarici işlər
naziri Hakan Fidanla görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə
müttəfiqliyindən irəli gələn məsələlər,
regional və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq, postmünaqişə dövründə
bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik
problemləri müzakirə olunub.
Bölgədə və
dünyada sürətlə
dəyişən təhlükəsizlik
vəziyyətinin fonunda
“3+3” formatı kimi məşvərət mexanizmlərinin
əhəmiyyətinin daha
da artdığı, bölgəmiz üçün
ortaq təhdidlərlə
mübarizədə əməkdaşlığın
vacibliyi qeyd olunub. Bu istiqamətdə
Azərbaycan-Türkiyə müttəfiqliyinin,
regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək
və həmrəyliyin
əhəmiyyəti diqqətə
çatdırılıb.
Postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət
və reallıqlar, habelə Azərbaycan-Ermənistan
normallaşma prosesi barədə ətraflı
məlumat verən nazir Ceyhun Bayramov
sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə
qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə rəsmi İrəvan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi
yerinə problemin gözardı edilməsinin
narahatlıq mənbəyi
olaraq qaldığı
diqqətə çatdırılıb.
Ceyhun Bayramov, həmçinin həmkarını
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) sədrliyimiz,
görülən hazırlıq
işləri barədə
məlumatlandırıb.
Türkiyənin qardaş
Azərbaycanın bölgədəki
sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə
prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.
Görüş
zamanı, həmçinin qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
19 oktyabr (№ 230).- S.4.