Narkomaniya ilə mübarizə istiqamətində silsilə tədbirlər keçirilir

 

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 16-da İmişli, 17-də Bərdə, 18-də isə Qazax rayonlarında tədbirlər olub.

Tədbirlərdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

İmişli rayonunda "Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir" mövzusunda keçirilən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, YAP Mərkəzi Aparatının Gender siyasəti gənclərlə şöbəsinin müdiri Zəkiyyə Musayeva, İmişli Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, RİH yanında Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mirzə Quliyev,  Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə rayonunda "Mənəvi fiziki sağlamlıq gələcəyimizin qarantıdır" mövzusunda keçirilən tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP Mərkəzi Aparatının Gender siyasəti gənclərlə şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin məsləhətçisi, RİH yanında Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Natiq Səfərov, Qazax rayonunda "Milli-mənəvi dəyərlərimiz sərhəd tanımayan təhlükəyə qarşı ən güclü silahdır" mövzusunda keçirilən tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti gənclərlə şöbəsinin müdiri Zəkiyyə Musayeva, Qazax  rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Çıxışlarda narkomaniyaya qarşı sistemli mübarizənin vacibliyindən bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda maarifləndirmə məsələlərinə xüsusi yer önəm verildiyi diqqətə çatdırılıb.

Gənclərin çoxsaylı sualları cavablandırılıb, tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə əyani vəsaitlər paylanıb.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 19 oktyabr (№ 230).- S.4.