"Yaşıl
mənbə"lərə mediatur təşkil edilib
Naxçıvan Muxtar
Respublikası Dövlət
Energetika Xidməti
COP29 tədbirləri çərçivəsində
və Naxçıvanın
"yaşıl enerji"
zonası elan olunması ilə əlaqədar "yaşıl
enerji" təşəbbüslərini
təbliğ etmək,
bu sahədə görülən işləri
ictimaiyyətə çatdırmaq
məqsədilə media
nümayəndələri üçün
mediatur təşkil edib.
Mediatur
çərçivəsində muxtar respublikada qurulan və istismar olunan müxtəlif alternativ və bərpaolunan enerji stansiyalarına səfər olub.
Xidmətin rəis
müavini, rəis vəzifələrini müvəqqəti
icra edən Məhərrəm Abbasov media təmsilçiləri
qarşısında çıxış
edərək Naxçıvanın
"yaşıl enerji"
potensialından söz
açıb. Rəis
müavininin sözlərinə
görə, bu gün Naxçıvandakı
stansiyaların generasiya
gücü 244.8 MVt-dır.
Amma yaxın illərdə 1500 MVt güc əlavə olunaraq enerji istehsalının 5 dəfə
artırılması planlaşdırılır.
O, dövlət
proqramına əsasən
"yaşıl enerji"
istehsalı üçün
7992 ha ərazi ayrıldığını qeyd
edib: "Artıq investisiya prosesi başlayıb. Yerli və xarici şirkətlərlə memorandum
imzalanıb. İlkin mərhələdə gücü
30 meqavat olan yeni günəş-elektrik
stansiyası tikiləcək.
Artıq bu stansiyasının tikilməsi
üçün 688 hektar
ərazi də ayrılıb".
Daha sonra media nümayəndələri
Culfa Külək-Elektrik
və Külək-Günəş
Hibrid-elektrik stansiyalarına
səfər ediblər.
Stansiyaların sahə
müdiri Ayaz Hüseynov qeyd edib ki, Culfada
3.3 hektar sahədə
yerləşən və
gücü 1.1 Mvt olan külək günəş-elektrik stansiyası
yaradılıb. Stansiyada
gücü 280 Vatt olan 3520 ədəd günəş panelləri
və 20 ədəd gücü 50 kvt olan invertorlar quraşdırılıb. Həmçinin
12 ədəd gücü
10 Kvt olan külək turbini və 12 ədəd invertor quraşdırılıb.
Hibrid-elektrik stansiyası
ötən il 1 milyon
600 min Kvt/saat enerji istehsal edib.
Ərazidə, eyni zamanda ümumi gücü 0.3 Mvt olan
külək-elektrik stansiyası
da yerləşir. Stansiyada
10 ədəd gücü
30 Kvt olan külək turbini və 30 Kvt gücündə olan
invertor quraşdırılıb. Bu stansiya ANE şirkəti və yerli mütəxəssislər
tərəfindən ərsəyə
gətirilib.
Jurnalistlər daha sonra Araz Su-Elektrik Stansiyası ilə tanış olublar. Məlumat verilib ki, stansiya Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü
ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının
nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard
320 milyon kubmetrə qədər su yığıla bilər.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
19 oktyabr (№ 230).- S.8.