Mərkəzi
Park, "Qüllə"abidəsi, "Orta əsrlərə aid su quyuları"
Bu gün qədim Bakının istənilən səmtinə
yolu düşənlər
yeni göydələnlər,
rahat magistral yollar, körpülər, keçidlər, göz oxşayan parklar, fontanlar, istirahət guşələri, qalereyalar
və yerli tarixi abidələrlə rastlaşa bilərlər.
Belə məkanlardan
biri də şəhərin köhnədən
"Sovetski" deyilən
ərazisində salınan
Mərkəzi Park və
burada qədim Bakıya ilk dəfə içməli
su çəkilişi
barədə tarixi özündə əks etdirən "Qüllə"
abidəsidir. Xatırladaq
ki, Prezident İlham Əliyevin birbaşa göstərişinə,
habelə Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq bu ərazidə
abadlıq və yenidənqurma işlərinə
2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə
icra olunmaqdadır.
Sakinlərin və
turistlərin mədəni
istirahətinə yüksək
xidmət
Azərbaycan Prezidentinin
"Bakı şəhərinin
Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı
yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması və abadlıq işlərinin aparılması
ilə bağlı bəzi tədbirlər haqqında" 2016-cı il
4 avqust tarixli sərəncamından sonra
bu ərazidə işlər yeni mərhələyə qədəm
qoymuşdur. Mərkəzi
Park Qış Bulvarının
davamı olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrostansiyasının yaxınlığından
Balababa Məcidov, Abdulla Şaiq və Süleyman Rəhimov, Vidadi, Murtuza Muxtarov, Mirzağa Əliyev küçələrinin əhatə
etdiyi əraziləri özündə birlədirməklə
Hüseyn Cavid bağının yaxınlığına
doğru böyüməkdədir.
Ərazi orijinal
layihə əsasında
yüksək səviyyədə
abadlaşdırılıb, müasir tələblərə
uyğun yeni istirahət parkı salınıb. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il mayın 22-də Təzəpir
məscidinin qarşısındakı
yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında
iştirak ediblər.
Avstriyanın məşhur
memarı Yans Hoffmanın layihələndirdiyi
Mərkəzi Parkın
ən mühüm xüsusiyyəti Nəriman
Nərimanov prospektindən
Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət
imkanının yaradılmasıdır.
Parkda gəzintidə olanlar, vaxtilə həmin ərazinin yaxınlığında yaşamış,
indi isə uzaq ölkələrdən,
böyük şəhərlərdən doğma
Bakını ziyarətə
gələnlər bu mənzərə ilə rastlaşanda gözlərinə
inana bilmirlər. Parkda bütün yaş qruplarından olan insanlar üçün
7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları,
9 fəvvarə, balacalar
üçün yelləncəklər,
futbol meydançası
və sairə var. Parkda yaşıllıqları
suvarmaq üçün
6.5 kilometrdən çox
sahədə damcılama
üsulu tətbiq edilmiş, drenaj xəttlər çəkilmişdir.
Parkın ərazisində
əkilmiş ümumilikdə
2.500-dən çox 19 növ
ağac, 157 mindən artıq gül və kol bitkiləri
göz oxşayır.
Prezident İlham
Əliyevin tövsiyəsi
ilə ucaldılan ilk su "Qüllə"
abidəsi
Günün bütün
vaxtlarında Mərkəzi
Parkda istirahətə
və gəzintiyə
gələnlərlə rastlaşmaq
mümkündür. Onların
arasında turistlər
çoxluq təşkil
edir. Burada vaxtlarını səmərəli
keçirən insanlar,
xüsusən də əcnəbi vətəndaşlar
Bakıya ilk dəfə içməli
su çəkilişi
haqqında məlumatı
özündə əks
etdirən, ictimaiyyət
arasında "Su Qülləsi" kimi tanınan "Qüllə"
abidəsi və "Orta əsrlərə aid su quyuları"
önündə xatirə
şəkli çəkdirməkdən
xoşhal olurlar. Xatırladaq ki, 1917-ci il yanvarın 22-də Şollar-Bakı su kəmərinin təntənəli
açılışı olmuşdur. Kəməri bu gün "İçərişəhər" metrostansiyası qarşısında
heykəli ucalan millət atası Hacı Zeynalabdin Tağıyev özü işə salmışdır.
Bu münasibətlə
şəhərin məhəllələrində
və məscidlərdə
qurbanlar kəsilmiş,
ehsanlar verilmişdir.
"Qüllə" abidəsinin
içərisində öz
vəsaiti hesabına Sollar suyunun Bakıya çəkilməsində
böyük xidmətləri
olmuş xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin portretinin görüntüsü tamaşa
edənlərdə böyük
məmnunluq doğurur.
Bakının
qədim tarixini xatırladan abidədən
məlum olur ki, köhnə Bakının atributlarından olan
bu cür su qüllələri XIX əsrin sonu - XX əsrin əvvəllərində
Bakıya Şollar su kəmərinin çəkilişi ilə
əlaqədar şəhərin müxtəlif məhəllələrində
tikilib və yerli sakinlər arasında "Qüllə"
kimi tanınıb. Bunlar uzun illər əhalinin içməli su ilə təminatında
mühüm rol oynayıb. "Qüllə"lərdən
ötən əsrin
50-ci illərinədək istifadə
edilib.
Bakı sakinlərinin su təchizatını təmin edən "Orta əsrlərə aid su quyuları"
"Orta əsrlərə
aid su quyuları"
isə İçərişəhər
ətrafında məhəllələrdə
Təzəpir məscidinin
və Mərkəzi Parkın yerləşdiyi bu ərazilərdə salınmışdır. XX əsrin
əvvəllərində Şollar
su kəməri çəkilənədək Bakını
su ilə bu cür quyular
və vahid kəhriz sistemi təmin etmişdir. Bu quyuların bir neçəsindən indi də yaşıllıqların
salınmasında, o cümlədən
Mərkəzi Park ərazisində
aparılan suvarma işlərində istifadə
edilir.
Gözəlləşən Bakı
Son illərdə
Prezident İlham Əliyevin tapşırıq
və göstərişlərinə
uyğun olaraq şəhər sakinlərinin
və ölkəmizə
gələn turistlərin
istirahəti üçün
ən müasir parkların və yeni-yeni yaşıllıq
zolaqlarının salınması,
qədim tarixi memarlıq nümunələrinin
bərpası, müasir
göydələnlərin tikilib
istifadəyə verilməsi
paytaxtımızı daha
da abadlaşdırıb.
Bütün bunlar Bakını dünyanın
ən gözəl şəhərlərindən birinə
çevirib. Bunu istər paytaxt sakinləri, istərsə
də şəhərimizin
qonaqları dəfələrlə
vurğulayırlar.
Əminliklə
demək olar ki, noyabrda keçiriləcək COP29 beynəlxalq
tədbir iştirakçıları və qonaqları
tarixiliklə müasirliyi özündə ehtiva edən
Bakının simasını daha da gözəlləşdirən,
paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə
xidmət ünvanına çevrilən Mərkəzi Parkda gəzintidən
zövq alacaqlar.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
19 oktyabr (¹ 230).- S.9.