Masallıda Milli Qəhrəmanın
ad günü qeyd edilib
Masallının Sərçuvar
kəndində Azərbaycanın
ilk Milli qəhrəmanlarından olan Səfəralı
Qurban oğlu Məmmədovun
anadan olmasının
61-ci ildönümü qeyd
edilmişdir.
1963-cü ildə doğulan Səfəralı Məmmədov 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Rusiyanın Krasnovodsk şəhərində daxili
işlər sistemində
çalışmışdır. Təhsilini Bakı Xüsusi Orta Milis Məktəbində
davam etdirən S.Məmmədov 1990-cı ildə həmin məktəbi bitirərək
leytenant rütbəsi
almışdır. S. Məmmədova
Bakı Hava Limanında
iş təklif edilsə də o, Qarabağ müharibəsində
iştirak etməyə
üstünlük vermişdir.
Ağdam rayonunda taqım komandiri kimi döyüşlərdə
iştirak edən S.Məmmədovun son döyüşü 1992-ci il fevralın
16-da olmuşdur. Azğınlaşmış
erməni işğalçılarının
Xocavənd rayonunun Qaradağlı kəndinə
hücum zamanı insanları vəhşicəsinə
qətlə yetirdikləri
bir zamanda S. Məmmədovun başçılıq
etdiyi dəstə düşmən yaraqlılarını
məhv edərək irəliləməyə başlamışdır.
Lakin onun idarə etdiyi maşın qumbaraatanla vurulmuş və igid döyüşçü
həlak olmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun
1992-ci il tarixli sərəncamı
ilə Məmmədov Səfəralı
Məmmədova "Azərbaycanın
Milli Qəhrəmanı" (ölümündən sonra)
adı verilmişdir.
Milli Qəhrəman
doğulduğu Sərçuvar
kəndində dəfn
olunmuşdur. Masallı
şəhərində küçələrdən
birinə və təhsil aldığı
məktəbə qəhrəmanın
adı verilmiş, məktəbin həyətində
büstü qoyulmuşdur.
Azərbaycan .-2024.- 19 oktyabr
(№ 230).- S.10.