"Ağıllı kənd"lər sırasına biri qoşulur

 

Füzulinin Dövlətyarlı kəndinə həyat yeni keyfiyyətdə qayıdacaq

 

Azərbaycanın bu payızı başqa payızdır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, müxtəlif sərgilər Azərbaycanın işgüzar imicinə payız rəngi qatır. Xüsusən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının gələn ay keçiriləcək 29-cu sessiyası (COP29) qlobal tədbir kimi Azərbaycan tarixinin yaddaşına əbədi yazılacaq.

Bir neçə gün öncə baş tutan ikigünlük "Xəzər İnşaat Həftəsi"ni payız sərgisi hesab etmək olar. Məlumat üçün bildirək ki, ilk dəfə 2003-cü ildə keçirilən bu tədbir tikinti infrastruktur sahəsində böyük maraqla qarşılanır. Mühüm tədbirləri bir ad altında birləşdirən "Xəzər İnşaat Həftəsi" dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən tikinti sektorunun tanınan şirkətlərini bu dəfə "Bakı-Ekspo" Mərkəzində  bir araya gətirmişdi. 22 ölkədən 370-dən artıq şirkətin yer aldığı tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma İnkişafı "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika Üzgüçülük Hovuzu "Aquatherm Baku", eləcə 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu İctimai Nəqliyyat "Road&Traffic" sərgiləri ziyarətçilər tərəfindən maraqla qarşılandı.

 Təşkilatçıları "Caspian Event Organisers", "Iteca Caspian" onların beynəlxalq tərəfdaşları olan "ICA Events" "Caspian Event Management FZ-LLC" şirkətləri olan sərgi işğaldan azad edilən torpaqlar üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını gerçəkləşdirmək yönündə atılan növbəti addım idi. Təqdim olunan innovativ məhsullar, xidmətlər həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaratdı.

"Xəzər İnşaat Həftəsi" çərçivəsində Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma İnkişafı "Rebuild Karabakh" işğaldan azad olmuş ərazilərimizin bərpasına həsr edilən yeganə ilk ixtisaslaşmış sərgi idi. Sərgi həm bir çox dövlət qurumları nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici səmərəli biznes platforması idi. Xatırladaq ki, "Rebuild Karabakh" ilk dəfə ənənəvi "Xəzər İnşaat Həftəsi"nin bir hissəsi olaraq 2021-ci ilin oktyabrında "Bakı-Ekspo" Mərkəzində keçirilmişdir. O zaman üç gün ərzində "Xəzər İnşaat Həftəsi"nə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış olmuşdular.

 "Rebuild Karabakh" sərgisi bu il 4-cü dəfə idi ki, təşkil edilmişdi. Sərginin məqsədi düşmən əsarətindən qurtulan  əzəli əbədi yurd yerlərimizdəki müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə Qarabağ Şərqi Zəngəzurun bərpası proseslərinə təşkilatları müəssisələri cəlb etmək idi. Sərgidə dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olaraq yeni əməkdaşlıq imkanları qazandılar. Tədbir məzmun iştirakçılar baxımından da əvvəlkilərdən fərqli olaraq  bəzi yenilikləri ilə yadda qaldı. 

Təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tuturdu. Burada investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdansatışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi üzrə bölmələr ziyarətçilərin marağına səbəb olmuşdu. Sərgilənən innovativ məhsullar, xidmətlər həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq fürsəti vermişdi.  Məhz həmin fürsət sərgi iştirakçılarının panel müzakirələrdə gördükləri barədə məlumat vermələrinə zəmin yaratmışdı. Məsələn, belə müzakirələrin birində Ağdam, Füzuli Xocavənd rayonlarında Bərpa, Tikinti İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Səbuhi Abdullayev məlumat verdi ki, Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb bu kənd "ağıllı kənd" layihəsi kimi sistemləşdiriləcək.Tikintinin 1-ci mərhələsində kənddə 450 fərdi evin inşası nəzərdə tutulur. Kənddə alternativ enerji mənbələrindən, "yaşıl enerji"dən istifadə ediləcək. Burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar digər infrastruktur obyektləri inşa olunacaq: "Cuvarlı, Qarğabazar, Qoçəhmədli Dədəli kəndlərində isə layihələndirmə işləri davam edir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır. Füzuli şəhərinin mərkəzində, Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə 846 mənzildən ibarət 4, 5 , 6 7 mərtəbədən ibarət evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub".

Məlumat üçün bildirək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməlini qoymuşdu.  Bununla da işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni quruculuq modelinin tətbiqinə başlanılmışdı. İndi həmin kəndlərdə müasir məktəb, bağça, poliklinika elektron idarəetmə mərkəzləri əhalinin xidmətindədir, turizm infrastrukturu formalaşıb. Həmçinin bütün yaşayış evləri, sosial obyektlər, inzibati ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin olunub.

"Xəzər İnşaat Həftəsi" çərçivəsində "Rebuild Karabakh" sərgisi  bir daha göstərdi ki, yaxın zamanlarda bərpası başa çatacaq  "ağıllı kənd" Dövlətyarlıya digər yaşayış məskənlərinə həyat yenidən qayıdacaq, özü müasir keyfiyyətdə.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 19 oktyabr (№ 230).- S.10.