Cəlilabadda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində müşavirə keçirilib

 

 

Cəlilabadda  "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı rayonda görülən işlər qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Tədbirdə rayonun icra strukturlarının, idarə təşkilatların rəhbərləri, RİH-in şəhər kənd inzibati  ərazi dairəsi üzrə nümayəndələri bələdiyyə sədrləri iştirak ediblər.

RİH başçısı Rafiq Cəlilov çıxışında Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin cəmiyyətin qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayaraq ətraf mühitin qorunması mühafizəsi sahəsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir. R.Cəlilov eyni zamanda gələn ay Bakıda keçiriləcək  COP29-la bağlı oktyabrın 1-dən ölkəmizdə "İqlim aylığı" elan olunduğunu, bu müddət ərzində atmosfer havasına tullantı atan müəssisələrdə qaz-toztutucu qurğuların işlək vəziyyətə gətirilməsi, əhali arasında maarifləndirmə işlərinin aparılması, ərazilərdə tullantıların, quru otların xəzəllərin yandırılmaması, mövcud olan bərk məişət tullantıları poliqonlarında yanma, tüstüləmə hallarına yol verilməməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdir.

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı rayonda keçirilən tədbirlərdən, iməcilik ağacəkmə aksiyalarından bəhs edən RİH-in başçısı cari il oktyabr ayının 18-dən 28-dək Ələt-Astara yolunun Cəlilabad rayonunun ərazisindən keçən 19 kilometrlik hissəsində həmişəyaşıl ağacların əkiləcəyini elan etmiş müşavirə iştirakçılarını həmin aksiyada fəal iştirak etməyə çağırmışdır.

Tədbirdə iştirak edən idarə təşkilat rəhbərləri ətraf mühitin qorunması yaşıllaşdırma aksiyalarının davamlı olmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.

 

Azərbaycan.-2024.- 19 oktyabr (№ 230).- S.10.