COP29-a hazırlıq
yekun mərhələsinə
qədəm qoyur
Respublikamızın
COP Atəşkəsi Qlobal Təşəbbüsünə
beynəlxalq səviyyədə böyük dəstək var
Cəmi bir
neçə həftədən sonra respublikamız mötəbər
beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.
Bununla bağlı
qərar COP28-in ötən
il dekabrın 11-də
Dubayda keçirilmiş
plenar iclasında qəbul olunub və bu, ölkəmizə
göstərilən beynəlxalq
etimadın növbəti
nümunəsidir.
Bakıda keçirilən
tədbirlər sülhə,
mədəniyyətlər və
sivilizasiyalararası dialoqa
xidmət edir
Öncə onu
qeyd edək ki, Bakı artıq
uzun illərdir mötəbər tədbirlərin
keçirildiyi mərkəzlərdən
birinə çevrilib.
Son onillikdə paytaxtımız müxtəlif
məzmunlu saysız-hesabsız
beynəlxalq tədbirlərə
evsahibliyi edib. Xüsusilə qeyd edilməlidir ki, belə tədbirlərin bir qismi ənənə
halını alıb və onlara qlobal səviyyədə olduqca böyük maraq var. Buna
misal olaraq Qlobal Bakı Forumunu nümunə
göstərə bilərik. Onu da vurğulamalıyıq ki, Bakının evsahibliyi etdiyi tədbirlər sülhə, təhlükəsizliyə,
mədəniyyətlər və
sivilizasiyalar arasında
dialoqun inkişafına
xidmət edir.
Eyni zamanda Azərbaycanda ən böyük beynəlxalq tədbirlərin keçirilməsi
sahəsində böyük
təcrübə var.
Belə ki, hələ 2012-ci ildə respublikamızda "Avroviziya"
Musiqi Yarışması,
2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə
IV İslam Həmrəyliyi
Oyunları kimi geniş iştirakçı
və tamaşaçı tutumuna
malik tədbirlər keçirilib. Bu tədbirlərin hər birində Azərbaycan təşkilatçılığın ən gözəl nümunələrini yaradıb.
Qarşıdan isə
COP29 gəlir. Dünyanın
ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-un Azərbaycanda keçirilməsi
barədə qərar
respublikamızın böyük
uğurudur. Eyni zamanda bu, Azərbaycana
qarşı çirkin
kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu,
Azərbaycana hörmətin
əlamətidir: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir.
Biz bunu beynəlxalq ictimaiyyətin
Azərbaycana və gördüyümüz işlərə,
o cümlədən "yaşıl
enerji" sahəsindəki
fəaliyyətimizə hörmətin
əlaməti hesab edirik".
Hazırda Azərbaycan
COP29-a sürətlə hazırlaşır.
Prezident İlham Əliyev
bu istiqamətdə görülən işləri
diqqət mərkəzində
saxlayır. Dövlət
başçısının oktyabrın 17-də Bakı
Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla
bağlı görülən
işlərlə tanışlığı
da bunu təsdiq edir. Həmin gün Prezident İlham Əliyev ərazidə yaradılmış infrastruktur
və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi
sahəsində icra olunan tədbirlər, COP29
məkanının enerji
ehtiyaclarının "yaşıl
enerji" mənbələrindən
qarşılanması üçün
tətbiq edilən həllər, iştirakçıların
qeydiyyat prosesi və digər sahələrdə görülən
işlərlə yaxından
tanış olub.
İqlim dəyişmələrinə
qarşı mübarizədə
Azərbaycan nümunəsi
COP29-un Azərbaycanda keçirilməsi
həm də ölkəmizdə "yaşıl
enerji" sahəsində
görülən işlərin,
respublikamızın qlobal
iqlim dəyişmələrinə
qarşı mübarizəyə
verdiyi töhfələrin
beynəlxalq səviyyədə
yüksək qiymətləndirilməsidir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasına tərəf
olmaqla qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə
qoşulub. Ölkəmiz
1990-cı illə müqayisədə
2030-cu ilə qədər
istixana qazlarının
miqdarının 35 faiz
azaldılmasını hədəfləyir.
2030-cu ildən sonra isə daha iddialı
hədəf müəyyən
edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
Prezident İlham Əliyevin
2021-ci ilin fevralında
təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər"də bu
məsələlər öz
əksini tapıb. Bundan irəli gələrək, qlobal iqlim dəyişikliklərinin
miqyasını nəzərə
alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli
yer verilməli, təmiz enerji mənbələrindən istifadə,
tullantıların təkrar
emalı və çirklənmiş ərazilərin
bərpası təşviq
edilməlidir. Bu, istilik
effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə
saxlanılması istiqamətində
göstərilən səylərə
mühüm töhfə
olacaq.
Son illərin mənzərəsi
də ondan ibarətdir ki, respublikamızda
"yaşıl texnologiyalar"ın
tətbiqi genişləndirilir.
Bu, Qarabağda və Şərqi Zəngəzurda həyata
keçirilən quruculuq
işlərində, enerji
istehsalında özünü
daha yaxından göstərməkdədir. Prezident
İlham Əliyev ölkəmizin
işğaldan azad edilmiş torpaqlarını
"Yaşıl enerji"
zonası elan edib. Bərpaolunan enerjiyə keçidlə
bağlı respublikamız
ən mütərəqqi
nümunələr yaradır.
Əlbəttə, bütün
bunlar beynəlxalq səviyyədə də izlənilir və yüksək dəyərləndirilir.
Azərbaycan Olimpiya Oyunlarında olduğu kimi, hərbi əməliyyatları dayandırmağa
çağırır
Ümumiyyətlə, COP29 qlobal iqlim dəyişmələrinə
qarşı mübarizə ilə bağlı mühüm qərarların
qəbulu ilə əlamətdar olacaq. COP29-da qəbul edilməli olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Bunlardan biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması
və tənzimlənən
karbon bazarları ilə bağlıdır.
Bu da Paris Sazişinin 6-cı maddəsi
ilə əlaqədardır.
Həmin iki qərarın qəbul edilməsi COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq.
Eyni zamanda Azərbaycan
COP29-un sədri qismində bir
sıra təhəbbüslərlə çıxış
edir. Bunlardan biri
Prezident İlham Əliyevin təşəbbüsü
ilə irəli sürülən COP Atəşkəsi
Qlobal Təşəbbüsüdür.
Azərbaycan bu təşəbbüsü ilə
Olimpiya Oyunlarında olduğu kimi, COP29 tədbiri keçirildiyi müddətdə də dünyada davam edən münaqişələrin
tərəflərini hərbi
əməliyyatları dayandırmaqla
atəşkəsə dəvət
edir.
Qeyd edək ki, ilk dəfədir
COP-lar tarixində hərbi fəaliyyətin iqlimə zərər vuran, emissiya yaradan bir fəaliyyət
kimi təsbit olunması və buna görə də qlobal atəşkəsin elan olunması barədə qərara gəlinib və belə təşəbbüs irəli
sürülüb. Bütün
dünya üçün
aktual olan bu təşəbbüsə
127 dövlətin, 1100-dən artıq beynəlxalq, qeyri-hökumət təşkilatının,
tanınmış şəxslərin,
dini liderlərin qoşulması onun əhəmiyyətinin göstəricisidir.
Beləliklə,
iqlim dəyişmələrinə qarşı mübarizədə
mütərəqqi nümunələr yaradan Azərbaycan həm
də dünyanı atəşkəsə dəvət edir. Bu çağırışa
isə beynəlxalq səviyyədə böyük
dəstək var.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.3.