Azərbaycanı
milli hədəflərə
çatdıran Lider
Azərbaycan Prezidenti
İlham Əliyevin ilk dəfə dövlət başçısı
seçildiyi gündən
bu günədək ölkədə çox mühüm və müsbət dəyişikliklər
baş verib. İnstitusional və çoxvektorlu islahatların
aparılması ictimai
və iqtisadi tərəqqiyə təkan
verib, Azərbaycan regionda lider ölkəyə çevrilib. Bu illər ərzində uğurlarımızın zirvə
nöqtəsi isə Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi ilə
Azərbaycanın öz
torpaqlarını işğaldan
azad etməsi olub. Bununla da
Azərbaycan qalib ölkəyə, xalqımız
qalib xalqa çevrilib.
İlham Əliyevin
rəhbərliyi dövründə
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, Silahlı
Qüvvələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi
sahəsində mühüm
tədbirlər görülüb.
Bunun nəticəsidir
ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.
Ölkəmizin əldə
etdiyi uğurlar onun beynəlxalq arenada nüfuzunu artırıb, Azərbaycanı
digər dövlətlər
üçün istənilən
sahədə etibarlı
tərəfdaşa çevirib.
Azərbaycanda bütün
sahələrin inkişaf
etməsi respublikamızın
bölgədə və
dünyada mövqelərini
gücləndirməsi ilə
müşayiət olunub.
Prezident İlham Əliyevin yürütdüyü
siyasət Azərbaycanın
müttəfiqlərinin və
dostlarının sayını
artırıb. Azərbaycan
dünyada həm də mühüm beynəlxalq tədbirlərin,
yarışların keçirildiyi
ölkə kimi tanınıb. Bakı
"Eurovision" mahnı
müsabiqəsinə, ilk
Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula-1" yarışlarına,
futbol üzrə Avropa çempionatının
final mərhələsinin
bir neçə oyununa evsahibliyi edib. Gələn ay COP29 kimi mötəbər
bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin
beynəlxalq nüfuzunun
bariz nümunəsidir.
2003-cü ildən 2024-cü illərə qədər dövrü ölkəmiz
üçün ictimai-siyasi
sahələrlə yanaşı,
iqtisadi sahədə də yüksəliş və rifah dövrü
hesab etmək olar. Bu dövrdə
Azərbaycan dinamik iqtisadi inkişaf mərhələsinə qədəm
qoyub. Belə ki, 2003-cü ildə neft gəlirləri hesabına Azərbaycan Dövlət Neft Fondunun aktivləri 815,6 milyon ABŞ dollar təşkil etdiyi halda ötən 21 ildə bu rəqəm
71 dəfədən çox
artaraq 58 milyard dollara yüksəlib. Fondun gəlirləri isə 2023-cü ilin sonuna 196,7 milyard dollara çatıb.
2003-2022-ci illər ərzində
ölkə iqtisadiyyatına
yönəldilən investisiyaların
ümumi həcmi 310,4
milyard ABŞ dolları
təşkil edib. Ölkə iqtisadiyyatına
qoyulmuş birbaşa xarici investisiyaların həcmi
isə 100,7 milyard
ABŞ dollarından çox
olub. Ötən dövr ərzində Azərbaycanda ümumdaxili
məhsulun həcmi
(ÜDM) 7,3 milyard ABŞ dollarından
78,7 milyard ABŞ dollarına
çatıb. Bu isə real ifadədə
3,6 dəfə artım
deməkdir. Adambaşına
düşən ÜDM isə
888,5 ABŞ dollarından 7 min
798 ABŞ dollarına yüksəlib.
2003-2024-cü illərdə Azərbaycanın qeyri-neft-qaz
iqtisadiyyatı 5 milyard
ABŞ dollarından 41,1 milyard
ABŞ dollarına çatıb.
Kənd təsərrüfatı
sektorunda 2,1 dəfə,
nəqliyyat sektorunda
4,9 dəfə, turizm və ictimai iaşə sektorlarında
18,9 dəfə, informasiya
və rabitə sahəsində isə 23 dəfə artım qeydə alınıb.
2003-cü ildə 1,6 milyard
ABŞ dolları təşkil
edən Azərbaycanın
valyuta ehtiyatları 43
dəfə artaraq 69 milyard ABŞ dollarına yüksəlib. Dövlət
büdcəsinin gəlirləri
0,9 milyard manatdan 30,7 milyard manata çatıb.
Bu illərdə
Azərbaycanın ticarət
əlaqələri də
genişlənib. Ölkəmizin
ticarət tərəfdaşları
olan dövlətlərin
sayı 2022-ci ildə
55-dən 185-ə çatıb. Xarici ticarət dövriyyəmiz 3,8 milyard
ABŞ dollarından 52,7 milyard
ABŞ dollarına yüksəlib.
İxrac həcmi
isə 2,2 milyard
ABŞ dollarından 38,1 milyard
ABŞ dollarına çatıb.
2022-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsinin
həcmi 2002-ci illə müqayisədə 13,7 dəfə, o
cümlədən idxal 8,7 dəfə, ixrac isə 17,6 dəfə
artıb.
Dünyada baş
verən geosiyasi proseslər və İkinci Qarabağ
müharibəsində torpaqlarımızın işğaldan
azad edilməsi Azərbaycanın nəqliyyat habına
çevrilməsi üçün yeni fürsətlər
yaradıb. Çindən Avropaya yüklərin ən qısa
zamanda və hazırkı geosiyası proseslər fonunda təhlükəsiz
çatdırılması üçün Orta dəhliz ən
ideal alternativə çevrilib. Hazırda Orta dəhlizin
funksionallığının artmasında mühüm rol
oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın
moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə
verilib. Ölkə üzərindən tranzit daşımalar
sürətlə artır. Təkcə bu ilin ilk
yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat
dəhlizlərində daşınmış yüklərin həcmi
16,4 milyon tona çatıb.
Azərbaycanda
aparılan sosial siyasət nəticəsində
xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq
səviyyəsi azalıb, yeni iş yerləri
açılıb. İlham Əliyevin strateji inkişaf
kursunun nəticəsində Azərbaycan 2002-2022-ci illərdə
yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Hər
il dövlət büdcəsi tərtib edilərkən büdcənin
sosial-yönümlü olmasına xüsusi diqqət yetirilib.
Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı
büdcə xərcləri 20 dəfədən çox
artıb. 2003-cü ildə dövlət büdcəsindən
sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6
milyard manat yönəldilib.
İqtisadi
sektorun bir parçası olaraq qiymətləndirmə sahəsində
də ölkəmizdə önəmli addımlar
atılıb. Son dövrlər bu sahədə yeni
reallıqlar müşahidə edilir. Belə ki, ötən il
Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti
haqqında" yeni qanun qəbul edilib. Qanunun müddəaları
əsasında, Azərbaycan Qiymətləndiricilər
Palatası yaradılacaq. Artıq ölkədə qiymətləndirmə
fəaliyyəti göstərmək istəyən şəxslərin
ixtisas imtahanlarına qeydiyyat elan edilib. Bu il oktyabrın 27-də
sözügedən ixtisas imtahanlarının ilk mərhələsi
baş tutacaq. İmtahandan keçən qiymətləndiricilər
ixtisas şəhadətnaməsi əldə edəcək və
Azərbaycan Qiymətləndiricilər Palatasının
üzvü olacaqlar.
Prezident İlham
Əliyev Azərbaycan xalqına uğurlu hədəfləri
göstərən milli liderdir. Dövlətimizin
başçısının qətiyyətli siyasəti təkcə
Azərbaycanın inkişafına deyil, həm də türk
dövlətləri arasında ictimai, iqtisadi və siyasi
münasibətlərin daha da yüksəlməsinə
mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri,
həyata keçirdiyi layihələr türk dövlətlərinin
birliyinin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi
deyil ki, türk dünyasının birliyinin güclənməsinə
əhəmiyyətli təsir edən
Türk Dövlətləri Təşkilatı məhz
2009-cu ildə imzalanmış Naxçıvan sazişi ilə
yaradılıb. Türk dövlətləri ilə əməkdaşlığın
inkişafı xarici siyasətimizin əsas istiqamətlərindəndir.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
ilə bu əməkdaşlıq mahiyyətcə yeni mərhələyə
keçib. Azərbaycanın Vətən müharibəsində
qazandığı tarixi Zəfər ümumən türk
dünyasının nüfuzunun artmasına səbəb olub.
Bu, bütün türk dünyasının zəfəridir. Bu
il fevralın 14-də Milli Məclisdə keçirilən
andiçmə mərasimində Prezident İlham Əliyev
bizim ailəmizin türk dünyası olduğunu bəyan edib.
Bu gün Azərbaycan
öz tarixinin ən şərəfli dövrlərindən
birini yaşayır. Əminliklə söyləmək olar ki,
dövlət başçısı İlham Əliyevin
müstəsna liderlik bacarığı və siyasi məharəti
ölkəmizin uğurlarını bundan sonra da davam etdirməyə
imkan yaradacaq.
Vüqar ORUC,
Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk
Dövlətləri Qiymətləndiricilər Birliyi
Şurasının prezidenti
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.6.