Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

 

Bölgənin gələcəyi də daha çox bu iki dost ölkədən asılıdır

 

 

Artıq neçə vaxtdır dünya hegemonluğu uğrunda gedən yeni mübarizə diplomatik müstəvidən çıxaraq açıq müharibəyə çevrilib. Qərb Rusiyanın yenidən güclənib dünyada söz sahibi olmaq ambisiyalarının qarşısını almaq üçün Ukrayna da ona "dərs" vermək istəyir. Amma 2 il yarımdan çox davam edən Rusiya-Ukrayna savaşı göstərir ki, bu, heç asan deyilmiş.

Bununla belə, Qərb müharibə ilə Rusiyanın başını qatıb müəyyən qədər dünya siyasətindən kənarlaşdırıb nəticədə, Rusiya Yaxın Şərqdə baş verən proseslərə fəal şəkildə müdaxilə edə bilmir. İş o yerə çatıb ki, Rusiya Suriyanın təhlükəsizliyi barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanını itirib. Belə vəziyyət şimal qonşumuza olan güvənin tədricən əriməsinə səbəb olur.

Yaxın Şərqdə gedən qanlı proseslər dünya üçün böyük təhdidə çevrilib. Xüsusən İran-İsrail arasında olan gərgin münasibətlərin müharibəyə çevrilməsi ehtimalı az deyil. Bu isə həm dünya iqtisadiyyatının çökməsi demək olardı. İran açıq şəkildə bildirir ki, əgər İsrail onun neft infrastrukturuna zərbələr endirsə, Hörmüz boğazını bağlayacaq. Bu halda isə bütün dünya ziyan görəcək. Belə ki, dünya neftinin üçdənbiri bu boğaz üzərindən daşınır. Mütəxəssislərin hesablamalarına görə, Hörmüz bağlanarsa, neftin bir barelinin qiyməti 200 dolları ötə bilər. Nəticədə dünya iqtisadiyyatı elə bir zərbə alar ki, onun yenidən dirçəldilməsi üçün ən azı 10 il vaxt lazım olar.

Son günlər ABŞ başqa olmaqla Qərb bloku ilə Çin arasında olan münasibətlər  gərginləşib. ABŞ Çinin öz ayrılmaz ərazisi hesab etdiyi Tayvanı yenidən silahlandırır. Çin ABŞ-nin addımına qarşı Tayvan ətrafında böyükmiqyaslı hərbi təlimlər keçirməklə cavab verir. ABŞ Sakit okean regionunda hərbi təlimlərin sayını artırıb. Belə görünür ki, bu ərazinin yeni bir savaş meydanına çevrilmək təhlükəsi gündən-günə artır. Dünyanın isə həmin regionda daha bir savaşın baş verməsindən narahat olmasından başqa çarəsi qalmır. Səbəbi həmin savaşda nüvə silahından istifadənin daha real olmasıdır.

Qərbin strateji hədəflərindən biri Cənubi Qafqazdır. Onlar üzdə bunu Rusiyanı bölgədən çıxarmaq kimi qələmə versələr , əsl hədəf daha böyükdür. Cənubi Qafqaz dünyanın ən əhəmiyyətli geosiyasi məkanıdır ona görə   regiona nəzarət etmək Qərbin strateji marağındadır. Qərb yerləşdiyimiz coğrafi məkanı ələ keçirməklə iki mühüm strateji imkan əldə edə bilər - Rusiyaya nəzarət etmək Çinin Avropaya çıxışının qarşısını almaq. Digər tərəfdən məlumdur ki, Orta Asiya ölkələri zəngin neft, qaz, uran digər qiymətli resurslara malikdir. Bunlara nəzarət Qərb üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Çindən Cənubi Qafqaza qədər uzanan məsafə dünyanın ən əhəmiyyətli ticarət marşrutunun keçdiyi ərazidir. Təbii ki, bütün bunlar Qərbin bölgəmizə marağını artırmaya bilməz.

Bu marağın fonunda Azərbaycan Gürcüstan Ermənistandan fərqli olaraq öz milli mənafelərini qorumaq üçün mübarizə aparır. O səbəbdən Qərb Azərbaycana Gürcüstana təzyiq göstərmək üçün əlindəki bütün vasitələrdən istifadə etməyə çalışır. Ermənistan isə nəinki Qərbin şantajlarına boyun əyir, əksinə, bir alət kimi ondan Azərbaycan Gürcüstana qarşı istifadə olunmasına imkan yaradır. Qərb , sözsüz ki, bu fürsətdən maksimum yararlanmaq istəyir. Son dövrlər Ermənistanın sürətlə silahlandırılması da həmin istəkdən qaynaqlanır.

Qərbin Azərbaycan Gürcüstanı hədəf götürməsinin səbəbi isə bu ölkələrin öz milli maraqlarına uyğun siyasət aparmalarıdır. Gürcüstanın mövcud iqtidarı yaxşı bilir ki, vaxtilə Qərbin onlardan Rusiyaya qarşı istifadə etməyinin nəticəsində ölkə bu gün üç yerə parçalanıb. Ona görə indiki hakimiyyət siyasi yolla ölkənin bütövlüyünü bərpa etmək istəyir. Amma bunun üçün ilk növbədə Gürcüstanın Rusiya ilə münasibətlərinin normallaşması gərəkdir. Həqiqətən, son dövrlər bu ölkələr arasında münasibətlərin normallaşması istiqamətində tərpənişlər hiss olunur. Bu isə Qərbin region üçün hazırladığı geosiyasi strategiyaya ziddir. Buna görə Qərb dairələri son vaxtlar açıq şəkildə Gürcüstanın daxili işlərinə qarışır. Məqsəd mövcud iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq onu özünə yaxın qüvvələrə təhvil verməkdir. Qərb yalnız belə olan halda regionumuzla bağlı strateji planlarını həyata keçirə bilər, yəni Çindən Avropaya qədər uzanan bütün infrastruktur layihələrinə nəzarəti ələ keçirməklə böyük bir ərazidə olan ölkələrə öz şərtlərini diktə etmək imkanı qazanmış olar.

Bu səbəbdən Gürcüstanın hazırkı iqtidarının hakimiyyətdə qalması ölkəmizin milli maraqlarına uyğundur. Azərbaycan dost ölkənin mövcud iqtidari ilə iki ölkənin milli maraqları çərçivəsində uğurlu əməkdaşlıq edir. Dövlət hökumət başçıları qarşılıqlı səfərlər edir, iki ölkə arasında siyasi iqtisadi münasibətlər daha da dərinləşir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir. Ölkələrimizi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr birləşdirir. Azərbaycan Gürcüstan beynəlxalq təşkilatlarda həmişə bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir. Prezident İlham Əliyev bunu yüksək qiymətləndirərək demişdir: "Eyni zamanda bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır burada heç bir ayrı-seçkilik ola bilməz".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.6.