Erməni işğalçılarının
qoyub getdikləri
"mina tarlası"nda
azərbaycanlı energetiklər
günəş-elektrik stansiyası
inşa edirlər
Bu, fərqimizi
ətraf mühitə
münasibətdə də
göstərir
Ölkəmizdə mötəbər
tədbirə - BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıq işləri
davam edir. Görülən əsaslı,
fundamental işlər
isə mütərəqqi
beynəlxalq ictimaiyyət
tərəfindən təqdir
olunur, razılıqla
qarşılanır.
İşğaldan azad
edilmiş ərazilərin
"yaşıl enerji"
zonasına çevrilməsi
hədəfi çərçivəsində
Kəlbəcərdə yeni
tikilən "Yuxarı
Vəng" Su-Elektrik
Stansiyası Vətən
müharibəsindəki Zəfərimizdən
sonra regionda yaradılan ən böyük "yaşıl
enerji" mənbəyidir.
Təkcə bu SES-də istehsal edilən "yaşıl
enerji" növbəti
5 il ərzində Kəlbəcər rayonunun
elektrik enerjisinə yaranacaq tələbatını
tam ödəyə biləcək. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər"
SES silsiləsi Qarabağ
və Şərqi Zəngəzurda 42 meqavatlıq
"Zəngilan" SES silsiləsindən
sonra tikilən ikinci analoji obyektdir. Sözügedən
istiqamətdə atılan
başqa addım isə ötən il 230 MVt gücündə
Qaradağ Günəş-Elektrik
Stansiyasının (GES) istifadəyə
verilməsidir. Qaradağ
GES Xəzər regionunda
və Qafqazda ən böyük günəş-elektrik stansiyasıdır.
Qazıntı yanacaqları
ilə zənginliyinə
və dünyada bu enerji resurslarının
ixracatçısı kimi
tanınmasına baxmayaraq,
bərpaolunan enerji mənbələrindən istifadə
Azərbaycan üçün
hər zaman prioritet məsələlərdəndir.
Məhz bu səbəbdən ölkənin
enerji təhlükəsizliyi
siyasətinin təməl
hədəflərindən biri
bərpaolunan enerji mənbələrindən istifadənin
daha da gücləndirilməsi,
həmin mənbələr
hesabına elektrik enerjisi istehsalı üçün mümkün
potensialdan istifadə imkanlarının artırılmasıdır.
"Biz 10 ilə ölkədə bərpaolunan
enerjidən maksimum dərəcədə istifadə
etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq" deyən Prezident İlham Əliyev ölkəmizin bu mühüm yolu qət etməyə başladığını və
qarşıya qoyulan hədəfə çatmağa
iddialı olduğunu dəfələrlə açıqlayıb.
Cari ayın əvvəlində bu sahə ilə bağlı daha bir xoş xəbər
yayıldı. Cəbrayılda
240 MVt-lıq "Şəfəq"
Günəş-Elektrik Stansiyasının
tikilməsi məqsədilə
BP, SOCAR Green və Azərbaycan
İnvestisiya Şirkəti
(AİŞ) arasında birgə
iştirak müqaviləsi
imzalandı, layihəyə
aid birgə investisiya fəaliyyətini
həyata keçirəcək
"Şəfəq (Cəbrayıl)
Solar Limited" (SJSL) adlı
yeni birgə müəssisə yaradıldı.
SJSL səhmdarlarının iştirak payları müvafiq şəkildə
BP - 50,01, SOCAR - 39,99 və AİŞ - 10 faiz olacaq. Stansiyada
illik 500 mln kVt/saat elektrik
enerjisinin istehsalı proqnozlaşdırılır. Bu
barədə iqtisadiyyat
naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım
etdi: "Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl
keçid" hədəfinin
dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə ilə bölgənin enerji təminatının gücləndirilməsinə,
Xəzər dənizi
və Səngəçal
terminalında karbon emissiyalarının azaldılmasına
töhfə verəcək".
Əslində, AR Energetika
Nazirliyi ilə BP arasında "Şəfəq"
layihəsinin həyata
keçirilməsinə dair
icra sazişi və ona bir
sıra əlavələr
hələ xeyli əvvəl razılaşdırılmışdı.
Daha dəqiq, 2021-ci il iyunun 3-də Cəbrayıl rayonunda 240 MVt gücündə günəş-elektrik stansiyasının
inşası layihəsinin
qiymətləndirilməsi və
həyata keçirilməsi
sahəsində əməkdaşlığa
dair icra müqaviləsi imzalanmışdı.
Müqaviləyə görə,
layihəyə investisiya
qoyuluşu 200 milyon dollar məbləğində
qiymətləndirilmişdir. 21 sentyabr 2023-cü ildə isə SOCAR və
AİŞ arasında Cəbrayıl
rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) "Şəfəq"
Günəş-Elektrik Stansiyası
layihəsinə qoşulma
sazişi bağlanmışdır.
Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi
sənədi bu il ictimaiyyətə açıqlanmış, müzakirə
edilmiş və Azərbaycan hökuməti
tərəfindən təsdiqlənmişdir.
Lakin layihənin
icrasına başlamasına
ermənilərin ərazidə
basdırdıqları minalar
imkan vermirdi. Bəli, bədnam qonşularımız 30 illik
işğal müddəti
ərzində ilhaq etdikləri torpaqlarda ölüm toxumları əkmişdilər. Bu azmış kimi, mina xəritələrini verməkdən də imtina edirdilər. Ümid özümüzə
qalmışdı. Bununla
bağlı jurnalistlərlə
söhbətində BP-nin
Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar
Aslanbəyli demişdir:
"Hazırlıq işləri
artıq tamamlanmaq üzrədir. Lap tezliklə Cəbrayıl rayonunda minatəmizləmə
işləri başa çatacaq. Artıq yekun investisiya qərarı (FID) ilə əlaqədar texniki və kommersiya aspektləri var və ilin ikinci
yarısında təsdiqlənəcək.
Bundan sonra GES-in təməlinin qoyulması və tikintisi üzrə işlər başlayacaq".
"Şəfəq" layihəsində virtual enerji ötürmə mexanizmi adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir.
Bu mexanizm Cəbrayıl rayonunda istehsal olunacaq günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin
operatoru olan "Azərenerji"yə həmin
yerdə çatdırılmasını,
"Azərenerji"nin isə
sonra eyni həcmdə elektrik enerjisini Səngəçal
terminalına ötürməsini
təmin edəcək
ki, bu da
öz növbəsində
terminalın həmin bərpaolunan elektrik enerjisindən öz ehtiyacı üçün
istifadəsinə şərait
yaradacaq.
"Şəfəq" stansiyasının tikintisinin
Səngəçal terminalının
elektrik enerjisi ilə təminatına, onların istifadə etdiyi qazın isə Avropaya ixracına imkan verəcəyi dövlət
başçısı tərəfindən
də dəfələrlə
bəyan olunmuşdur.
Göründüyü kimi,
Azərbaycan öz ehtiyacları, qayğıları
qədər başqalarını
da düşünür,
özü də qlobal iqlim dəyişikliyi
ilə mübarizə
zəminində və
ətraf mühitə
zərər yetirmədən.
Yetər ki, bu səmimi cəhdlər obyektiv qiymətləndirilsin.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.9.