Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

 

Azərbaycanın 172 ölkə ilə ticarət əlaqəsi var

 

 

Dünyada baş verən siyasi gərginliklər, mövcud beynəlxalq əhəmiyyətli marşrutlarda yaranan problemlər dünya ticarətinə mənfi təsir göstərməkdə davam edir. İki qütbə bölünmüş dünya güclərinin siyasi ambisiyalarından qaynaqlanan qarşılıqlı sanksiyalar da qlobal ticarətin dinamikasının aşağı düşməsini sürətləndirir.

Bir çox mütəxəssisin rəyinə görə, bəzən beynəlxalq ticarətdə artım kimi təqdim olunan rəqəmlər, əslində, qiymət artımı ilə bağlıdır. Məsələn, hüsilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumu yük gəmiləri tankerləri Avropaya mövcud  marşrutu dəyişməklə Afrika qitəsini dolanmaqla üzməyə məcbur edir. Nəticədə daşınan malın hər tonunda qiymət 3-5 dollar bahalaşır ki, bu da real ticarətin artması ilə bağlı deyil.

Azərbaycan dövlətinin apardığı xarici iqtisadi siyasət isə bütün ölkələrlə bərabər hüquqlar çərçivəsində ticarət aparmağa imkan verir. Yəni ölkəmiz Ermənistan xaric bütün dövlətlərlə ticarət aparmaqla iqtisadi gücünə güc qatır. Azərbaycanın ticarət apardığı ölkələrin coğrafiyası da göstərir ki, bizim xarici ticarətdə heç bir problemimiz yoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi fiziki şəxslər dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 117 ölkəyə məhsul ixrac edilmiş, 161 ölkədən müxtəlif çeşidli mallar idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin  yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 30 milyard 212,3 milyon, o cümlədən ixracın dəyəri 17 milyard 448,4 milyon, idxalın dəyəri 12 milyard 763,9 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 684,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Xarici ticarətdə 88,5 faiz payla Avropa ölkələri öndədir. Əsas ticarət partnyorlarımız İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Almaniya, Avstraliya, Hindistan, Çexiya, ABŞ, Xorvatiya, Birləşmiş Krallıq, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Gürcüstan, İran, Rumıniya, Ukrayna, Belarus, İsveçrə, Türkmənistan, Tailand Koreyadır.

Hesabat dövründə idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq aparatların, nəqliyyat vasitələrinin, qiymətli ya azqiymətli daşların, qiymətli metallar onlardan hazırlanan məmulatların, mineral məhsulları, içkilər tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil etmişdir. Cari ilin yanvar-avqust aylarında ölkəyə 53006 minik avtomobili, 5465 yük avtomobili, 165 avtobus idxal olunmuşdur. Hesabat dövründə bir çox məhsulun ölkədə istehsalı ya tələbatın azalması səbəbindən idxalın həcmi azalmışdır.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı daha çox olmuşdur.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.9.