Hulusi
Kılıç: Azərbaycan
güclü iqtisadiyyata
və qüdrətli orduya malik olan
dövlətdir
Azərbaycanın müstəqilliyinin
bərpasından ötən
33 il ərzində respublika özünü beynəlxalq münasibətlərin
nüfuzlu iştirakçısı,
inkişaf etmiş, güclü iqtisadiyyatı
və qüdrətli ordusu olan dövlət
kimi təsdiq edərək, həqiqətən
də tarixi nailiyyətlər əldə
edib.
Bu sözləri
Türkiyənin Azərbaycandakı
sabiq səfiri,
“İMZA” Sosial İnkişafa
Dəstək İctimai
Birliyinin Türkiyədəki
nümayəndəsi Hulusi
Kılıç AZƏRTAC-ın müxbiri ilə söhbətində
deyib.
Onun sözlərinə
görə, müasir
Azərbaycanın uğurlarının
təməlində güclü
lider, düşünülmüş
siyasət, qüdrətli
ordu, inkişaf etmiş iqtisadiyyat və ən əsası öz Prezidentinin ətrafında
birləşmiş xalq
kimi mühüm amillər dayanır.
Agentliyin həmsöhbəti
Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışını
Azərbaycanın müstəqilliyinin
bərpasının ilk
illərində baş
verən taleyüklü
hadisə adlandırıb.
O qeyd edib ki, müasir Azərbaycanın uğurlarının
əsası məhz dahi siyasətçinin hakimiyyəti illərində
qoyulub və onun layiqli davamçısı
olan Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
Ümummilli Liderin
siyasətinin prioritetlərindən
birinin də Azərbaycanın iqtisadi inkişafı olduğunu diqqətə çatdıran
Hulusi Kılıç
vurğulayıb: “Heydər
Əliyev regionda real vəziyyətlə bağlı həqiqətləri
dünya ictimaiyyətinə
çatdıra, Ermənistanın
təcavüzünün nəticələri,
Azərbaycan torpaqlarının
işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün
problemləri haqqında
aydın təsəvvür
formalaşdıra bilirdi.
Bir çox uğurlu islahatlar və transformasiyalar müasir Azərbaycan dövlətçiliyinin banisinin
adı ilə bağlıdır”.
Kılıç bildirib
ki, Heydər Əliyevin vəsiyyətləri
Azərbaycanda yüksək
inkişaf tempinə nail olan Ali
Baş Komandan, Prezident İlham Əliyev tərəfindən
mərhələ-mərhələ həyata keçirilib və bu, həm
də işğalçıları
respublikanın tarixi torpaqlarından qovan qüdrətli ordunun yaradılmasına imkan verib.
Sabiq səfir Azərbaycanın işğal
olunmuş torpaqlarının
azad edilməsini bütün Türk dünyasının tarixində
mühüm səhifə
kimi dəyərləndirib.
Kılıç 106 il əvvəl Şərqdə ilk demokratik dövləti elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının
xatirəsini də yad edib.
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.2.