COP29 Azərbaycanın
yaşıl iqtisadiyyata
keçidinin dəstəklənməsi
baxımından faydalı
olacaq
COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi,
eyni zamanda, xarici investisiyalar üçün cəlbedici
ölkə olduğunu
göstərməklə iqtisadi
baxımdan son dərəcə faydalı
olacaq. Digər tərəfdən bu tədbir yaşıl keçid çərçivəsində
yeni layihələrin maliyyələşməsi üçün
beynəlxalq maliyyə
institutları ilə sıx əlaqələrin
yaradılmasına, ölkəmizə
qabaqcıl texnologiyaların
transferinin reallaşmasına
və xarici investisiya ilə yeni istehsal müəssisələrinin
qurulmasına təkan
verəcək.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti, tarix elmləri üzrə fəlsəfə
doktoru Nüşabə
Məmmədova səsləndirib.
COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi
dividendlərindən danışan
QHT sədri bildirib ki, bu mötəbər
tədbir ölkəmizin
zəngin yaşıl
enerji potensialını
daha yaxşı şərtlərlə realizə
edə bilməsinə
də imkan yaradacaq. Son 4 ildə ölkəmizin işğaldan azad olunmuş ərazilərində
genişmiqyaslı tədbirlərin
həyata keçirildiyini,
o cümlədən innovativ
texnologiyaların tətbiq
edildiyini, yaşıl
enerji zolaqlarının
yaradıldığını, “ağıllı kənd”,
“ağıllı şəhər”
layihələrinin reallaşdırıldığını
vurğulayan QHT sədri
COP29-un Azərbaycanın həyata
keçirdiyi uğurlu
diplomatiyanın nəticəsi
olduğunu deyib. O qeyd edib: “Dünyada
geosiyasi ziddiyyətlərin
kəskinləşdiyi bir
dövrdə Azərbaycanda
COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin
keçirilməsi dünya
ictimaiyyətinin dəyərli
üzvlərini bir araya gətirəcək mərkəz rolunu oynamaq, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr
arasında ümumi dialoq yaratmaq, dünyada sülhə dəstək kimi missiyanın həyata keçirmək istiqamətində
mühüm əhəmiyyət
daşıyır.
N.Məmmədova hesab
edir ki, bu mötəbər tədbir Azərbaycanın
maraqlarının dünyada
təbliği, ölkəmizin
beynəlxalq aləmdə
sülhün və sabitliyin inkişafına dəstək missiyasını
həyata keçirməklə
bir çox ölkələrlə yeni
əməkdaşlıq əlaqələrinin
qurulması və inkişafı baxımından
da əhəmiyyətli
olacaq. COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin,
sülh və təhlükəsizlik məsələlərinin
həlli üçün
qlobal mərkəzə
çevriləcək.
Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, COP29 Azərbaycanın qeyri-ənənəvi
enerji mənbələrindən
istifadə sahəsində
potensialının daha
yaxşı şərtlərlə
dəyərləndirilməsinə təkan verə bilər.
"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai
Birliyinin sədri Arzu Bağırova
AZƏRTAC-a açıqlamasında bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi
müasir infrastrukturun
daha da inkişafına,
şaxələnməsinə yeni təkan verəcək. “Azərbaycan
bərpaolunan enerji mənbələri, xüsusilə
günəş və
külək enerjisi sahəsində yetərincə
geniş imkanlara malikdir. COP29 bu potensialın daha yaxşı şərtlərlə
gerçəkləşdirilməsi üçün xarici yatırımları cəlb
etməyə, yeni texnologiyaların ölkəmizə
gətirilməsini stimullaşdırmağa
kömək edəcək.
İnfrastruktur layihələrinin
genişləndirilməsi, tətbiqi,
ümumilikdə bu sahədə inkişaf artıq müşahidə
olunur”.
QHT deyib ki, yaşıl gündəliyin
tətbiqi, habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması
Azərbaycanda yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq.
“Yol, nəqliyyat, hotelçilik və digər iş sahələrindəki infrastruktur
layihələri yerli iqtisadiyyata, heç şübhəsiz, müsbət
təsir göstərəcək.
Turizm sektorunun canlanması, iş adamlarının yaranmış
yeni imkanlardan faydalanaraq yeniliklərə
imza atmaları, dövlət-özəl istehsal
sektoru işbirliyinin qarşılıqlı faydalı
əsasda inkişafı,
ekoloji və iqlim diplomatiyası ümumi mənzərənin
tamamlayıcı amilləri
kimi çıxış
edir”, - deyə əlavə edib.
A.Bağırova
diqqətə çatdırıb ki, belə mötəbər
tədbirə ev sahibliyi ilə Azərbaycan iqlim dəyişikliyi
mövzusunda təkcə davamlı xidmətləri ilə
yadda qalmayacaq, həm də ekoloji məsuliyyətin
artırılması ilə bağlı yeni təşəbbüslərə
yol açmış olacaq. “Bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycan yalnız COP29
günləri boyunca deyil, ilboyu yaşıl
dünya mövzusuna köklənən ölkə
kimi “COP atəşkəsi”
təklifi irəli sürüb. Bu gerçəkləşərsə, gələcəkdə ənənəyə
çevrilə bilər.
Bu isə qarşıdurma tərəfləri
arasında təmas nöqtələrinin tapılması,
qan-qadanın heç
olmasa bir müddətlik dayandırılması
üçün çox
önəmlidir. Necə
deyərlər, bir yerdən başlamaq lazımdır. Düşünürəm
ki, sülh axtarışları, müharibələrin
sonlandırılması çağırışları
üçün Bakıdan
daha yaxşı, daha uyğun ünvan yoxdur”, - deyə A.Bağırova bildirib.
Azərbaycan.-2024.-
20 oktyabr (¹ 231).- S.4.