COP29 Azərbaycana
sərmayə çağırışları
edilməsi üçün
mühüm platformadır
Qlobal enerji mühitinin dinamik dəyişiklikləri, iqlim
dəyişikliyi ilə
mübarizə və enerji müstəqilliyi kimi vacib məsələlər
alternativ enerji mənbələrinə olan
tələbatı artırır.
Azərbaycanın günəş
və külək enerjisi sahəsindəki təsdiqlənmiş böyük
potensialı bu kontekstdə xüsusi önəm kəsb edir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin
potensialı 26 940 meqavat,
o cümlədən külək
enerjisi üzrə
3000 meqavat, günəş
enerjisi üzrə 23
040 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının
potensialı 520 meqavat
həcmində qiymətləndirilir.
Bu potensialdan istifadə etmək üçün beynəlxalq
sərmayələrin cəlb
edilməsi və maliyyə kanallarının
açılması mühüm
addımdır. Bu, təkcə iqtisadi inkişafa deyil, eyni zamanda, enerji
müstəqilliyinin artırılmasına
və ekoloji davamlılığa da töhfə verəcək.
Məhz buna görə də başlamasına sayılı
günlər qalmış
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) müvafiq
təşviqlər və
tərəfdaşlıqlar vasitəsilə bu sahədə irəliləyişlər
əldə edə bilər. Bu, həm də regional enerji təhlükəsizliyinin təmin
edilməsində əhəmiyyətli
rol oynaya bilər. Təsadüfi deyil ki, Dünya
İqtisadi Forumunun “Effektiv Enerji Keçidinin Təşviqi
2023” hesabatında deyilir
ki, Azərbaycan tənzimləmə mühitini
və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq
istiqamətində 120 ölkə
arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib.
COP29 və Beynəlxalq
Sərmayə Çağırışları
COP29 qlobal
iqlim siyasətinin müzakirə edildiyi ən önəmli
platformalardan biridir. Burada iştirak edən ölkələr arasında
iqlim dəyişikliklərinin
təsirlərini azaltmaq
və enerji keçidini sürətləndirmək
üçün müzakirələr
aparılacaq. Azərbaycanın
ev sahibliyi etdiyi bu mötəbər
tədbirdə alternativ
enerji sahəsindəki
potensialının təqdim
olunması beynəlxalq
sərmayələri cəlb
etmək üçün
bir fürsət olacaq. Bu çərçivədə
dövlətin müvafiq
təşviqləri, investisiya
mühitinin yaxşılaşdırılması
və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq
əhəmiyyətli rol
oynayacaq.
Qeyd etmək lazımdır ki, COP29 “maliyyə COP-u” kimi təqdim olunur, çünki ölkələr
üçün yeni qlobal iqlim maliyyəsi
hədəfi müəyyən
ediləcək. Böhranın
güclənməsi ilə
inkişaf etməkdə
olan ölkələrin
hazırda ehtiyac duyduğu iqlim maliyyəsinin faktiki məbləğinin ildə
500 milyard dollardan 1 trilyon dollara qədər olacağı
təxmin edilir.
COP29-un fəaliyyət gündəliyində
yer alan əsas təşəbbüslərdən
biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət
Fondunun (İMFF) yaradılmasıdır.
İqlim maliyyəsində
mövcud olan boşluqların aradan qaldırılmasında bu
fondun mühüm rol oynayacağı gözlənilir.
COP29-da enerji istehsalını
diversifikasiya etmək və xarici sərmayələri cəlb
etmək üçün
strateji addımlar atılacaq. Beynəlxalq maliyyə kanallarının
açılması, investisiya
mühitinin yaxşılaşdırılması
və müasir texnologiyaların tətbiqi
Azərbaycanın enerji
sektorunun inkişafında
həlledici rol oynaya bilər.
Qeyd edək ki, beynəlxalq maliyyə kanallarının
açılması Azərbaycanın
alternativ enerji sahəsindəki inkişafını
sürətləndirə bilər.
Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq maliyyə institutları müvafiq layihələrin maliyyələşdirilməsi
üçün resurslarını
ayıra bilərlər.
Bu, yeni texnologiyaların tətbiqi,
infrastrukturun modernləşdirilməsi
və insan resurslarının inkişafı
üçün vacibdir.
İqtisadçı ekspert Eldəniz Əmirov AZƏRTAC-a açıqlamasında
bildirib ki, Azərbaycan qeyri-neft sektoru istiqamətində bir çox strategiyalara sahibdir ki, bunlardan biri
və daha uzunmüddətlisi alternativ
enerji strategiyasıdır.
“Alternativ enerji
strategiyası həm də enerji növünə görə
üçüncü enerji
strategiyasıdır. COP29 Azərbaycanın
bu strategiyasının
uğurla icra olunmasına, Azərbaycanda
birmənalı olaraq bu sektorun inkişafına,
eyni zamanda, investisiya cəlb edilməsinə öz müsbət töhfəsini
verəcək”, - deyə
E.Əmirov vurğulayıb.
Ekspertin sözlərinə
görə, COP29 yaşıl
istiqrazların buraxılmasına
və bu istiqrazlardan əldə olunmuş vəsaitlərin
ölkəmizdə iqtisadi
səmərəsinin güclənməsinə
imkan verəcək: “Eyni zamanda, 2011-ci ildən başlayaraq Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. COP29 belə
tədbirlər siyahısında
həm nüfuzuna, həm miqyasına, həm də digər parametrlərinə
görə birmənalı
olaraq birinci olacaq. Həmçinin ölkə iqtisadiyyatına
müsbət təsirlərinə
görə də digər tədbirləri geridə qoyacaq. COP29 ən önəmlisi yeni iş yerlərinin
açılmasına imkan
verəcək. Təbii
ki, investisiya mühitinin yaxşılaşması
və cəlb edilən investisiyalar birmənalı buna imkan verir. Məşğulluğun
təmin olunması, turizmin inkişafı, yeni texnologiyaların ölkəmizə gətirilməsi,
yeni maliyyə kanallarının formalaşması,
yaşıl maliyyə
mexanizminin ölkəmizdə
genişlənməsinə fürsətin yaradılması
və s. kimi istiqamətləri də
COP29-un edəcəyi töhfələr
olaraq qeyd etməliyik”.
İqtisadçı ekspert Xalid Kərimli
isə açıqlaması
zamanı bildirib ki, COP29-la əlaqədar ölkədə iqtisadi aktivlik müşahidə olunur.
“Noyabrda turizm, iaşə, nəqliyyat və digər xidmət sektorları bu prosesdən ciddi faydalanacaqlar. Digər mühüm məqamlardan biri də COP29-da qurulacaq əlaqələrdir. Çünki
COP29 çox sayda ali hökumət nümayəndələrinin, eyni
zamanda, şirkətlərin
nüfuzlu şəxslərinin
iştirak edəcəyi
tədbirdir. Bu baxımdan biznes strukturlarının, həmçinin
ölkənin xarici partnyorlarla əlaqələrinin
inkişaf etdirilməsi
üçün əlverişli
platformadır”, - deyə
X.Kərimli bildirib.
Ekspert vurğulayıb
ki, Azərbaycanın postneft dövründə əsas diqqət etdiyi məqamlardan biri yaşıl enerji ixracı üzrə ixtisaslaşmaqdır
və məhz buna görə, Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar”,
Səudiyyə Ərəbistanının
“ACWA Power”, Böyük Britaniyanın
bp, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın
“TEPSCO”, İtaliyanın “Maire
Tecnimont”, Çinin
“China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə
Azərbaycanda bərpaolunan
enerji istehsalına dair müqavilələr imzalanıb: “Bundan əlavə, Azərbaycanda
bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının
dəstəyi ilə layihələr həyata keçirilir. Əsas məqsədlərdən biri
elektrik enerjisinin ixracı üçün
lazım olan kabel xətlərinin çəkilməsi üzrə
investisiyanı maliyyələşdirəcək
qurumların cəlbi prosesidir. Həmçinin enerjinin dayanıqlı kanallar vasitəsilə Avropaya ixracı məsələləri də
gündəmdədir. Hesab
edirəm ki, COP29 bir çox məsələnin həllində
mühüm rol oynayacaq”.
Nəticə etibarilə
Azərbaycanın alternativ
enerji mənbələri
üzrə böyük
potensialı COP29-da beynəlxalq
sərmayələrin cəlb
edilməsi və maliyyə kanallarının
açılması ilə
birlikdə ölkənin
enerji sektorunun inkişafında həlledici
rol oynaya bilər. Bu, yalnız iqtisadi inkişafa deyil, eyni zamanda, enerji
müstəqilliyinin artırılmasına
və ekoloji davamlılığın təmin
edilməsinə də
töhfə verəcək.
Azərbaycanın alternativ
enerji potensialını
maksimum dərəcədə
istifadə etmək üçün atılacaq
addımlar gələcəkdə
regionda enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli
rol oynayacaq. COP29-un bu məqsədlərə
nail olmaq üçün bir platforma kimi istifadə edilməsi Azərbaycanın beynəlxalq
enerji arenasında daha da irəliləməsinə
imkan yaradacaq.
Azərbaycan.-2024.-
20 oktyabr (¹ 231).- S.4.