Can Nin: Azərbaycan hər zaman beynəlxalq məsələlərdə fəal iştirak edib

 

Azərbaycan hər zaman beynəlxalq məsələlərdə fəal iştirak edib. Bu il Azərbaycan hazırda dünyanın gələcəyində böyük əhəmiyyət daşıyan COP29-a ev sahibliyi edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa Mərkəzi Asiya Tədqiqat İnstitutunun şöbə müdiri Can Nin söyləyib.

Çinli tədqiqatçı iqlim dəyişikliyinin beynəlxalq aləmə böyük təsir göstərdiyini, xüsusən qlobal istiləşmənin, buzlaqların əriməsinin buna misal olduğunu deyib.

Bunlar mahiyyət etibarilə iqtisadi sosial dəyişikliklərə təsir edən vacib aspektlərdəndir”, - deyən Can Nin əlavə edib ki, sözügedən problemlərlə mübarizə üçün bir çox ölkə elm texnikanı, rəqəmsal texnologiyanı inkişaf etdirir, yeni enerji mənbələri axtarır.

Çinli tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizənin təkcə ekoloji mühitin qorunması baxımından deyil, ümumilikdə bəşəriyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.5.