COP29 Uniformaların
Paylanılması və
Akkreditasiya Mərkəzinin
açılış mərasimi
keçirilib
Oktyabrın 19-da COP29 Azərbaycan
Əməliyyat Şirkəti tərəfindən Milli Gimnastika
Arenasında yerləşən
COP29 Uniformaların Paylanılması
və Akkreditasiya Mərkəzinin açılış
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında
COP29-un müəyyən edilmiş
Prezidenti, ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin
İdarə Heyətinin
sədri və Əməliyyatlar üzrə
baş icraçı
Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu
Leyla Həsənova, COP29 Azərbaycan
Əməliyyat Şirkətinin
Aparat rəhbəri
Hikmət Mustafayev iştirak ediblər. Onlar Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan
şəraitlə tanış
olub, akkreditasiya və uniforma paylanılması prosesini izləyiblər.
COP29 konfransının təşkilinə
cəlb edilən işçi qüvvə,
könüllülər, podratçı
şirkətin nümayəndələri
də daxil olmaqla ümumilikdə 10
min nəfərə yaxın
əməkdaşa xidmət
göstərəcək mərkəz
təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə
etmək üçün
akkreditasiyaların səmərəli
və sistemləşdirilmiş
şəkildə təhvil-təslimini
icra etməyə imkan yaradacaq.
Qeyd edək
ki, COP29 işçi qüvvəsinin
istifadəsi üçün
nəzərdə tutulan
uniforma geyimləri dayanıqlılıq prinsiplərinə
uyğun, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz,
təkrar emal edilə bilən materiallardan hazırlanıb.
COP29 tədbir əməliyyatlarının
xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən
təmin olunub.
Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların
Paylanılması və
Akkreditasiya Mərkəzi
həftənin 6 günü,
saat 10:00-18:00-a qədər
xidmət göstərəcək.
Açılış mərasimində,
həmçinin COP29 Prezidentliyinə
akkreditasiya kartı təqdim olunub.
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.5.