Zurab
Musayev: “Gürcüstan seçkilərdən sonra
da demokratiya prinsiplərinə uyğun
inkişaf edəcək”
“Bu gün gürcü xalqı seçim qarşısındadır.
Xalq fikirləşməlidir
ki, oktyabrın 26-da keçiriləcək parlament
seçkilərində nəyə
- sülhə, yoxsa müharibə partiyasına
səs versinlər? Mənim fikrimcə insanlara sülh və sabitlik, inkişaf, firavanlıq lazımdır. Bunu da Gürcüstana və gürcü xalqına “Gürcü Arzusu-Demokratik Gürcüstan”
partiyası verə bilər”.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi
Zurab Musayev söyləyib.
Onun sözlərinə
görə, gürcü xalqı son 12 ildə “Gürcü
arzusu”nun hakimiyyəti dövründə gördü ki,
müharibə yoxdur, qan tökülmür, ölkə
iqtisadiyyatı inkişaf edir. İnsanlar
milliyyətindən, dinindən
və dilindən asılı olmayaraq sülh şəraitində
yaşayırlar.
Z.Musayev deyir ki, ABŞ və bəzi Qərb dövlətləri Qafqazda
söz sahibi olmaq üçün kiçik dövlətlərə
hökm etmək, onları özlərinə
tabe etdirmək istəyirlər. Amma bu, mümkün deyil: “Gürcü xalqı çətin sınaqlardan keçərək
öz müstəqilliyinə
qovuşub, suveren dövlətdir. Bu gün Gürcüstan
ABŞ, Qərb, eləcə
də Şərq dövlətləri ilə
dostluq və mehriban qonşuluq şəraitində yaşamaq
istəyir. Hamıya da eyni cür
dost əlini uzadır. Bunu istəməyənlər özləri
bilərlər, bizimlə
dost olmaq istəmirlərsə, istəməsinlər.
Amma bizimlə düşmənlik də etməsinlər. Bu, heç kimə xeyir gətirməz”.
“Bu gün Gürcüstanın bəzi
dövlətlərlə çox
mehriban qonşuluq və dostluq əlaqələri var. Bu əlaqələr seçkilərdən sonra
da yüksələn xətt üzrə inkişaf edəcək. Gürcüstanın Qərb
və ABŞ-la münasibətləri də
seçkilərdən sonra
yenə öz qaydasına düşəcək.
Gürcüstanda Qərbin
iddia etdiyi kimi birpartiyalı hökumət yoxdur və olmayacaq. Bizim çoxpartiyalı parlamentimiz var, seçkilərdən sonra
da belə olacaq və Gürcüstan demokratiya prinsiplərinə uyğun
olaraq inkişaf edəcək”, – deyə Z.Musayev vurğulayıb.
Azərbaycan.-2024.-
20 oktyabr (¹ 231).- S.6.