Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

 

2020-ci il oktyabrın 20-si Azərbaycan xalqının yaddaşından silinməyəcək günlərdəndir. Bu günün zəngilanlılar üçün isə ayrıca bir anlamı var. Həmin gün Zəngilan şəhəri düşmən tapdağından azad olunub. Müzəffər Azərbaycan Ordusunun əsgərləri şəhəri qanları, canları bahasına düşməndən azad ediblər.

Vətənin bir parçası olan Zəngilan şəhərində üçrəngli bayrağımızın dalğalandığı o gün 27 ildən sonra doğma yurdun azad nəfəs almağa başladığı  tarixdir. Bu tarix şəhid qanı ilə suvarılmış Zəngilan torpağının cadar-cadar olmuş bağrına can verildiyi gündür. Qisas qiyamətə qalmadı. Hərbi əməliyyatlar "dəmir yumruq" adlı döyüş taktikasının yüksək peşəkarlıqla təşkili tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Canını Vətən torpağına sipər edən oğullar igidlik göstərdilər, şücaət nümayiş etdirdilər, Zəngilanı sahiblərinə qaytardılar.

Zəngilanın azad olunması həm 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədinin bərpası demək idi. Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa  müraciətində demişdi: "İstəyirəm əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Əziz zəngilanlılar, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə daxil olub, girib yaşayış məntəqələrinin azad olunmasını təmin edib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"

Ümumiyyətlə, Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən rayon mərkəzi ilə birlikdə  4 qəsəbə 49 kənd işğaldan azad olunmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur. Artıq ikinci ildir ki, dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi gün Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Bu gün Zəngilanın işğal zamanı dağıdılmış, tar-mar olmuş həyatına yara vurmuş çox izlər silinib. Ötən dördillik zaman kəsiyində  rayonda aparılan bərpa quruculuq işləri zəngilanlılar üçün böyük lütfdür. Zəfərdən sonra Prezident 12 dəfə rayona səfər edib, orada aparılan yenidənqurma  işləri ilə bilavasitə özü tanış olub.

Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Ağalı kəndində "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada  "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" biznes mühiti yaradılıb, 200 evdən ibarət müasir kənd salınıb. Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir.

Artıq Zəngilan ölkə beynəlxalq səviyyəli tədbirlərin keçirilmə məkanına çevrilib. 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində təşkil edilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumu Zəngilanda keçirilmişdir. Tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq ümumilikdə 400 nəfər iştirak etmişdir. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsinin açılış mərasiminə qatılmış, layihə  çərçivəsində görülən işlərlə tanış olmuşdur.

Zəngilan indi həm logistik layihələrin həyata keçirildiyi regiondur. İnşası davam edən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun böyük strateji əhəmiyyəti var. Bu yol azad edilmiş ərazilərə həm vətəndaşların gəlməsi, həm yüklərin daşınması baxımından ən rahat sərfəli marşrutdur.

Zəngilanda inşa olunmuş hava limanı isə bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş  imkanlar yaradıb. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi 2 il öncə, oktyabrın 20-də baş tutmuşdur. Açılışını  Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın etdikləri hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyekt olmaqla, Zəngəzur dəhlizinin  gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir. Çünki buradan dəmir avtomobil yolları da keçəcək, Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun inşasının  başa çatmasına az qalıb. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Füsunkar təbiəti gözəlliyi ilə seçilən Zəngilanın böyük turizm potensialı var. Zəfərdən sonra regionda bu istiqamətdə işlər görülür. Rayon özünün təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. Hesablamalara görə, Vejnəli kəndindəki yataqda  6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis var. Bu sərvətin  27 il ərzində ermənilər tərəfindən talanmasını Azərbaycan iqtisadiyyatına külli miqdarda vurulan ziyan kimi dəyərləndirmək olar. Bu gün isə Vejnəli yatağı Azərbaycan dövlətinə xalqına məxsusdur.

Vaxtilə Zəngilan işğal olunan sonuncu rayon olsa da, 44 günlük Vətən müharibəsinin 23-cü günü - Cəbrayıl Füzulidən sonra ilk azad edilən rayonlardandır. Regionun azad olunduğu həmin gün isə Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsidir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 20 oktyabr (¹ 231).- S.8.