Şəhadətindən
54 gün sonra torpağa tapşırıldı
Vətən uğrunda
canlarını quban verənlərə ən böyük ehtiram onların unudulmamaları,
daim xaırlanmaları,
şücaətlərinin təbliğ
olunaraq gənc nəsillərə çatdırılmasıdır.
Haqq savaşımızın
dördüncü ildönümündə
Suraxanı rayonunda yerləşən Şəhidlər
xiyabanında da bir izdiham vardı.
Xətai rayon ictimaiyyətinin nümayəndələri,
icra hakimiyyətinin əməkdaşları, qazilər
və şəhid ailələrinin üzvləri,
Müdafiə Sənayesi
Nazirliyi Elmi-Tədqiqat
İnstitutunun, 5 saylı
Peşə Təhsili
Mərkəzinin kollektivləri,
şəhidin doğmaları,
dostları, cəbhə
yoldaşları igid döyüşçü Vüsal
Tofiq oğlu Rzayevin əziz xatirəsini anmaq üçün onun müqəddəs məzarının
başına toplaşmışdılar.
Rayon icra hakimiyyətinin başçısı
Rafiq Quliyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və digər çıxış
edənlər ərazi
bütövlüyümüzün və dövlət suverenliyimizin bərpa olunmasında Azərbaycan gənclərinin rolundan, Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq
işlərindən söhbət
açdılar, şəhid
Vüsalın şərəfli
ömür və döyüş yoluna nəzər saldılar. Şəhidin atası Tofiq Rzayev övladının
və digər şəhidlərin Vətən
qarşısındakı xidmətlərini
yüksək qiymətləndirən
dövlətə, xalqa,
şəxsən Prezident
İlham Əliyevə
minnətdarlığını bildirdi.
Xatırladaq ki,
Vüsal Rzayev
1996-cı il aprelin
14-də Şabran rayonunda
dünyaya göz açıb. Sonradan Rzayevlər ailəsi paytaxta köçüb. Vüsal 2003-cü ildə
5 nömrəli liseydə
ibtidai təhsilə başlayıb. Orta məktəb illərində
dərsləri ilə
yanaşı, idmana da maraq göstərib,
güləşlə məşğul
olub. 2015-ci ildə Bakı Peşə Liseyini bitirib. Bundan sonra həqiqi
hərbi xidmətə
çağrılıb. Təlimdə
çevikliyinə, fiziki
göstəricilərinə görə fərqlənib,
baş atıcı vəzifəsində peşəkarlığı,
nizam-intizamı ilə
seçilib, verilən
tapşırıqları vaxtında,
dəqiq yerinə yetirib. Ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi
məhz onun ayıq-sayıqlığı sayəsində
baş tutub. Fəal döyüş qabiliyyətinə görə
komandanlığın təşəkkürnamələri
və fəxri fərmanı ilə təltiflənib. 2017-ci ilin
yanvarına qədərki
həmin ilyarımlıq
zaman kəsiyi, xüsusən də müzəffər Aprel döyüşlərində iştirakı
Vətənə məhəbbət,
düşmənə nifrət
hissləri daşıyan
Vüsalın dünyagörüşündə
yeni səhifə açıb, Lələtəpə,
Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini
yaşayıb, son və qəti hücuma daha da artan inamla
həqiqi hərbi xidmətini Murovda başa vurub.
Vüsal 2020-ci ilin
sentyabrında Vətən
müharibəsinə könüllü
qatılaraq, Füzulinin
Kürdmahmudlu kəndində
rəşadət göstərib,
bir neçə yaşayış məntəqəsini
düşmən caynağından
xilas edib. Oktyabrın 1-2-də Seyidəhmədli,
Alxanlı, Qaraxanbəyli
kəndləri istiqamətində
qəhrəmanlıqla döyüşüb.
Aşağı Seyidəhmədlidəki
Betonluq deyilən ərazidə erməni postunun üzərinə hücum zamanı şəhidlik məqamına
yüksəlib. Dekabrın
10-da - şəhadətindən 54 gün sonra müqəddəs nəşi
tapılaraq dəfn olunub.
Vüsal Rzayevin
Vətən qarşısındakı
xidmətləri dövlətimiz
tərəfindən də
layiqincə qiymətləndirilib.
O, ərazi bütövlüyümüzün
təmini uğrunda döyüş əməliyyatlarında
iştirakı və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirdiyinə
görə "Vətən
uğrunda" və
"Füzulinin azad olunmasına görə"
medalları ilə təltiflənib.
Vüsalın və
digər şəhidlərimizin
ən böyük mükafatı isə təbii ki, canları, qanları bahasına düşmən
tapdağından qurtulan,
azad nəfəs alan, ölkə rəhbərinin qayğısı
ilə dirçəldilən,
yenidən qurulan Vətən torpaqlarıdır.
Azərbaycan.-2024.-
20 oktyabr (№ 231).- S.10.