Göz
nurunu Vətənə
qurban verən kəşfiyyatçının 30 illiyi qeyd olunub
O, 1994-cü il oktyabrın
14-də Xızıda dünyaya
göz açıb,
2020-ci ilin həmin günü Suqovuşanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində
torpaqlarımızın işğaldan
azad olunması uğrunda döyüşlərdə
kəşfiyyat tapşırığını
yerinə yetirərkən
düşmən mərmisinə
tuş gələrək
gözlərini itirib.
Dünyaya gəldiyi gün göz nurunu itirən Kamran Baxşizadə “Cəsur döyüşçü”,
“Suqovuşanın azad
olunmasına görə”
medalları ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Xızı
rayon Heydər Əliyev Mərkəzində
Vətən müharibəsi
qazisi Kamran Baxşizadənin 30 illiyi münasibətilə keçirilən
tədbirdə cəsur
kəşfiyyatçının şərəfli döyüş
yolundan və vətənpərvərlik nümunəsindən
bəhs olunub.
Abşeron-Xızı regional Mədəniyyət
İdarəsinin Xızı
rayon üzrə nümayəndəsi Mövsüm
Bağırov, YAP Xızı
rayon Təşkilatının
sədr müavini Ümman Rüstəmli, Gözdən Əlillər
Cəmiyyətinin prezidenti
Səmyar Abdullayev və başqaları Kamran Baxşizadənin həyatı və çətin döyüş
yolu barədə danışıblar. Qeyd olunub ki, çətin
döyüş tapşırığını
yerinə yetirərkən
ağır yaralanaraq son dərəcə xoş təsadüf nəticəsində yenidən
həyata qayıdıb.
Cəsur kəşfiyyatçının
göstərdiyi şücaət
və qəhrəmanlıqdan
bəhs edən qısametrajlı “Gözümün
nuru Vətən” adlı film nümayiş olunub.
Döyüşçünün anası Rəhimə Baxşizadə oğluna göstərilən xüsusi
diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Yubiley tədbirinin
yekununda fəxri fərmanlar təqdim edilib, şirniyyat süfrəsi açılıb,
vətənpərvərlik və qəhrəmanlıq
ruhunda mahnılar ifa olunub.
Azərbaycan.-2024.-
20 oktyabr (¹ 231).- S.10.