OrdubaddaŞəhidlər unudulanda ölürlərsənədli filmi nümayiş olunub

 

Ordubad rayonundaŞəhidlər unudulanda ölürlərsənədli filmi nümayiş etdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ali Məclisin deputatları, YAP rayon təşkilatının sədri, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ziyalıları iştirak ediblər.

Filmin nümayişindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçıları təbrik edilib, müstəqilliyin bərpasının xalqın milli iradəsinin təcəssümü olaraq, dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaratdığı nəzərə çatdırılıb. Həmçinin suverenliyimizin bərpasında Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edilərək, əldə olunan zəfərin Azərbaycan xalqının qəhrəmanlıq şücaət əzmini əks etdirdiyi vurğulanıb.

Daha sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Tahir Tahiroviçin ssenari müəllifi olduğuŞəhidlər unudulanda ölürlərsənədli filmi nümayiş etdirilib. Filmdə Ordubad şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.

 

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.10.