Ömrümüzdən keçən yollar...

 

 

qədər uzun, qədər qısa, qədər dolanbac olsa da, yollar ömür yollarımız kimi uzandıqca uzanıb gedir. Sanki kəndir kimi Yer üzünün ətrafına dolanır. Yolçular mənzil başına gəlib çatsa da, yollar qurtarmır, sonu görsənmir. Elə bil köhnə yollardan yeni yollar doğulur. Beləcə yollar getdikcə gedir, yeni şəhər kəndlərdən keçərək ucsuz-bucaqsız düzlərə tərəf istiqamət götürür.

Yollarsız işlərimiz aşmır, istədiyimiz ünvana gedə bilmirik. Buna görə tez-tez yollara çıxmalı oluruq. Bütün işlərimiz hara hərlənib-fırlansa da axırda gəlib yollardan keçir. Bəzən yollar bizi uzaqlara, bəzən yaxınlara aparır. Bəlkə ömrümüzün ən maraqlı, ən yaddaqalan, ən gözəl günləri yollarda keçir. Yolboyu bir-birindən gözəl mənzərələr, bir-birinə bənzəməyən şəhər kəndlər görürük. Yollar bizi doğmalarımıza, əzizlərimizə, çoxdan bəri həsrətində olduğumuz müqəddəs məkanlara çatdırır. Bizi həsrətlilərimizə qovuşduranda sanki yolların da üzü gülür. Bəlkə elə buna görə yolları çox sevirik. Yollar bizim üçün çox müqəddəsdir, çox doğmadır. Yolları bu qədər istədiyimizə görədir ki, onları and yerimizə   çevirmişik. Dilimizə gətirdiyimiz sözün doğruluğunu təsdiq etmək üçün "getdiyimiz bu yol haqqı" deyirik.

Dünyada yollar çox olsa da, bir-birilərindən elə fərqlənmirlər. Demək olar ki, yolların hamısı eynidir. Bir-birilərinə bənzəməyən bəlkə onların forma ölçüləridi, necə deyərlər, boy-buxunlarıdı. Yolların ölçü formaları haqqında tez-tez belə bənzətmələri eşidirirk. Geniş yollar, darısqal yollar, dolayı yollar, kəsə yollar, uzun yollar, dairəvi yollar, kəsişən yollar, düz yollar, təzə yollar, köhnə yollar... Adları, formaları fərqli olsa da, bizim üçün hamısı eynidir. Onların əsas funksiyası insanları getdikləri ünvanlara rahat çatdırmaqdır. Çatdırırlar da...  

qədər üstündən keçib getsək , yollar yorulmur, yollar incimir. Həmişə qollarını geniş açıb bizi qoynuna alır. Gecəli, gündüzlü vaxt qapısını döysək yollar oyaqdır, yolçulara dayaqdır. İnsanları da, onların yüklərini "çiyinlərində" elə hey daşıyırlar. İllərdən, əsrlərdən bəridir üstündən keçilsə , yolları heç vaxt yorğun görmürük.

Yollar təkcə bizi qolları üstündə aparmaqla kifayətlənmir. Onlar həm yola çıxanlara bələdçilik edirlər. Səkilərin üstündə "əllərində" müxtəlif nişanları saxlayaraq gedənlərə, gələnlərə istiqamət göstərirlər. Təkcə istiqamətləri deyil, dayanacaq yerlərini, istirahət ocaqlarını, yeməkxanaları, avtomobillərin təmir olunduğu mərkəzləri, hərəkət zolaqlarını, yaxınlığından keçdiyimiz şəhər kəndlərin adlarını da insanlara nişan verirlər. Buna görə gedəcəyimiz ünvanı kimsədən soruşmadan, vaxt itirmədən yolların köməyi ilə sağ-salamat mənzil başına gedib çatırıq. Buna görə yollara minnətdarlıq edə-edə ürəkdolusu "çox sağ olun" deyirik.

Yolboyu gözəl mənzərələr seyr edirik. Yollarda düşünməyə vaxtımız da çox olur. Heç kimə sirr deyil ki, yollar yaradıcı adamlara yeni mövzular da verir, hələ gözəl ovqat da bəxş edir. Bir növ yaradıcılıq düşüncələrinin üstünə işıq salır, güzgü tutur, təzə cığır açır. Bəzən isə ən yaxşı əsərlərin mövzuları da elə yollarda, səfərlərdə tapılır. Buna görə yaradıcı adamların yol qeydləri həmişə maraqla oxunur. Yollarda baş verən hadisələrdən o qədər maraqlı kitablar yazılıb, o qədər dəyərli filmlər çəkilib ki!

Yollar həm sanki insanlar üçün imtahan, sınaqdır. Bəzən yollar insanları bərkə-boşa da salır, gücünü, səbrini yoxlayır. İnsanların mənfi müsbət cəhətlərini üzə çıxarır. İnsanlar yollarda tanınır, yollarda dostlaşır, bəzən yollarda küsüşürlər. Elə buna görə birindən soruşanda ki, qardaşın necə adamdır? Cavab verir ki, bilmirəm, onunla yol yoldaşı olmamışam. Belə çıxır ki, kiminləsə yol yoldaşı olmayınca, onun xarakterini, xasiyyətini öyrənmək mümkün deyil. Ululardan qalma bu böyük hikmət bizə astaca pıçıldayır ki, kimin necə adam olduğunu öyrənmək istəyirsənsə, onunla yol yoldaşı ol. Görünür, yollar insan ürəyində gizlənmiş bütün sirlərin qıfıllarını açmağa uzanan elə sirli bir açardır.

Yollar da sanki insanlar kimidi. Bir-biriləri üçün darıxırlar, bir-biriləri ilə qovuşmağa can atırlar. Bəlkə bu sözə inanmayanlar tapılacaq. Amma səfərə çıxanda görürük ki, dairəvi, dördyol, üçyol başqa kəsişmələrdə yollar bir-biriləri ilə bağlanırlar. Sanki həm dairəvi, həm   kəsişən başqa yollar onların əbədi görüş yeridi.

Bəzən quldurlar, oğrular yolları kəsir, yolçuları soyub talayır, öldürürlər. Bəşəriyyətə, insanlığa ləkə olan ermənilər kimi. Ermənilər neçə illər yollarımızı kəsdilər, torpaqlarımızı ələ keçirdilər, soyğunçuluq, oğurluq etdilər, sərvətlərimizi taladılar, insanlarımızı vəhşicəsinə öldürdülər, uzun illər bizi doğma Qarabağımıza həsrət qoydular. Gec olsa yollarımızı kəsən işğalçılar layiqincə cəzalandırıldı, məhv edildi, diz çökdürüldü. Düşməndən elədiklərinin qisası artıqlaması ilə alındı. Qarabağa başqa bölgələrə gedən müqəddəs yollarımız geniş açıldı.

Hər gün üstündə addımladığımız, avtomobillərlə gedib-gəldiyimiz yollar ömür yollarımızdan da, həyat yollarımızdan da qırmızı xətlə keçir. Arzulayırıq ki, qoy ömrümüzdən qırmızı xətlə keçən bu yollar həmişə açıq olsun, həyat yollarımız heç vaxt bağlanmasın. Qoy könüldən könülə gedən yollarımızda əbədi olaraq yaşıl işıq yansın. Heç vaxt bu yolları ot basmasın, heç vaxt bu yollara qaranlıq çökməsin...

İnsanların yollara sevgisi, məhəbbəti sonsuzdur. Çünki yollar qədər əyri, dolanbac, ziqzaqlı, enişli, yoxuşlu yerlərdən keçsə , sonda onları mənzil başına vaxtında rahat aparıb çıxarır. Həm kəsişən, həm kəsişməyən düz yollar heç vaxt heç kimi yollarda qoymur.

Yollar həmişə qollarını geniş açıb gəlişimizi gözləyir. Biz təkcə daş, asfalt döşənmiş yolların deyil, həm insanların qəlblərinə, ürəklərinə doğru uzanan yeni-yeni yaradıcılıq yollarının axtarışındayıq. Bir gün olsun yaradıcılıq axtarışlarımızdan qalmırıq. Daim axtarışdayıq, daim yollardayıq... 

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.12.