Baydenin xahiş məktubu...
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab
Prezident,
İki ölkə
arasında münasibətlərin
normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində
ölkənizin və
Ermənistanın əldə
etdiyi davamlı tərəqqidən məmnunam.
Sizi əmin etmək istəyirəm
ki, ABŞ əsrlər boyu
davam edən münaqişəyə nəhayət
son qoyacaq Azərbaycan
ilə Ermənistan arasında dayanıqlı
və ləyaqətli
sülhün əldə
edilməsinə dəstək
verməyə hazırdır.
Sülh sazişi
Azərbaycanın suverenliyinin
və ərazi bütövlüyünün təmin
edilməsi ilə yanaşı, bütün
regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna
və bağlılığa
xidmət göstərəcək.
Dünyanın diqqəti
COP29 ilə bağlı
Bakıya yönəldiyi bir
vaxtda qlobal ictimaiyyətə sülhə
sadiqliyinizi nümayiş
etdirmək üçün
misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış
bəndlərinə dair
işin yekunlaşdırılması
hər iki tərəfdən kreativlik
və güzəşt
tələb edəcək.
Lakin əminəm ki, bu
imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari
ildə sazişi yekunlaşdırmağa dəvət
edirəm.
Bu məsələyə dəstək
verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin
irəli sürülməsinə
hazırdır. Xahişimlə
xüsusi köməkçim,
Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən
addımlarla bağlı
Sizi məlumatlandıracaq
və Ermənistanla müzakirələrə dair
Sizin mövqeyinizi öyrənəcək.
Ümid edirəm
ki, birgə firavanlıq
və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız.
Hörmətlə,
Amerika Birləşmiş Ştatlarının
Prezidenti
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.1.Cozef Bayden