Azərbaycanın BRICS-ə qoşulması...

 

Bu, təşkilatın beynəlxalq mövqeyini möhkəmləndirə bilər

 

Oktyabrın 22-24-də Kazanda BRICS-in sammiti keçiriləcək. BRICS-ə marağın artdığı bir dövrdə təşkilatın keçirəcəyi bu zirvə toplantısı xüsusilə diqqət mərkəzindədir. Hazırda bir çox ölkə bu təşkilata üzv olmaq niyyətindədir. 10 üzvü olan təşkilata ölkəmiz qoşulmaq üçün rəsmi məktub ünvanlayıb. Kazanda baş tutacaq sammitdə tərəfdaşlıqla bağlı məsələlərin müzakirə olunacağı müraciətlərə cavab veriləcəyi gözləniləndir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı "Azərbaycan" qəzetinə açıqlamasında xatırladıb ki, Azərbaycan BRICS-ə üzvlük üçün avqust ayında rəsmi müraciət ünvanlayıb. Sözügedən təşkilata qoşulmaq arzusu Azərbaycan tərəfindən ilk dəfə olaraq iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də ifadə edilib. Həmin bəyannamədə Çin tərəfinin bu məsələyə dəstək verdiyi bildirilib. 11 iyul tarixdə Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası zamanı Milli Məclisin Sədri Sahibə Qafarova  Bakının birliyə qoşulmaqda maraqlı olduğunu bildirərək, təşkilat ilə əməkdaşlığın genişlənməsinin ümumi məqsədlərə nail olmağa kömək edəcəyini bildirib.

Ekspert deyib ki, BRICS-in dövlətlər birliyi olaraq faktiki əsası 2006-cı ilin iyun ayında Braziliya, Rusiya, Hindistan Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub: "Təşkilatın ilk sammiti 16 iyun 2009-cu ildə keçirilib bundan sonra təşkilata üzv dövlətlərin nümayəndələri ənənəvi olaraq ildə bir dəfə rəsmi sammitlərdə görüşür, iqtisadiyyat geosiyasət çərçivəsində aktual məsələləri müzakirə edir, infrastruktur, mədəniyyət, idman digər sahələr üzrə layihələrə dair əməkdaşlığı genişləndirirlər. Sammitlərin yekununda ənənəvi olaraq deklarasiya qəbul edilir".

R.Bayramlı qeyd edib ki, BRICS böyük əmək bazarına iqtisadi resurslara malik ölkələrdən ibarətdir. Belə ki, təşkilata üzv olan ölkələr birlikdə alıcılıq qabiliyyəti pariteti baxımından qlobal ümumi daxili məhsulun 35,6 faizini təşkil edirlər. Bundan başqa, dünya əhalisinin təqribən 45 faizi təşkilata üzv olan ölkələrdə məskunlaşıb. BRICS-ə üzv olan ölkələr əsasən 3 istiqamət üzrə əməkdaşlıq edirlər: siyasi təhlükəsizlik, maliyyə iqtisadiyyat, mədəni-xalqarası münasibətlər. Təşkilata üzv ölkələr eləcə kütləvi qırğın silahlarının yayılmasına, eyni zamanda kibercinayətkarlığa qarşı mübarizə aparırlar. Bunları nəzərə alaraq, təşkilatın geniş potensiala malik olmasını demək olar. Hazırda platforma məşvərət xarakteri daşısa da, gələcəkdə onun institusionallaşması mümkündür.

"2023-cü il avqustun 22-də BRICS-in Yohannesburq şəhərində keçirilən 15-ci sammiti çərçivəsində üzv dövlətlər tərəfindən vahid ehtiyat valyutasının yaradılması məsələsi qaldırılıb. Vahid valyutanın yaradılması ideyasının əsas səbəbi ABŞ dolları avrodan asılılığın azaldılması, BRICS ölkələrinin iqtisadiyyatlarının özünü təmin etməsini gücləndirmək arzusu olub. Eyni zamanda milli iqtisadiyyatlara ziyan vuracaq insidentlərin qarşısını almaq üçün milli valyutaların ləğvi nəzərdə tutulmayıb. Vahid valyutanın yaradılması təşkilata üzv olan ölkələr arasında ticarəti asanlaşdırmağa, sənaye infrastruktur üzrə bir sıra layihələrin maliyyələşdirilməsini təmin etməyə kömək edə bilər", - deyə o əlavə edib.

Siyasi təhlilçi bildirib ki, BRICS beynəlxalq arenada yalnız vacib oyunçu kimi deyil, həm "Böyük yeddilik" qrupundan fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin formalaşma mərhələsində fəaliyyət göstərən bir institut kimi çıxış edir. BRICS-i bəzən Qərb ölkələrinə qarşı yaradılmış platforma kimi təqdim etsələr , təşkilata üzv olan əksər ölkələr çoxtərəfliliyin təşviq edilməsinin, ortaq problemlərin birgə həllinin, üzv ölkələr arasında münasibətlərin tənzimlənməsinin tərəfdarıdırlar. BRICS kimi beynəlxalq platformalara qoşulmağın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, bununla yeni tərəfdaşlar toplamaq səsini dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır, bunlar da təhlükəsizliyin təmin olunmasında vacib faktorlardır.

Ekspert vurğulayıb ki, bundan başqa, platformaya üzv olmaq həm turizm idxalı birbaşa investisiyaların cəlbi kontekstində Azərbaycana maraqlı ola bilər. Eləcə qeyd etmək lazımdır ki, ölkəmiz təşkilata üzv olan Rusiya, Çin Hindistan ilə nəqliyyat layihələri üzrə geniş əməkdaşlıq edir. Azərbaycanın BRICS üçün strateji əhəmiyyəti əsasən onun coğrafi mövqeyi, iqtisadi resursları xarici siyasət prioritetləri ilə bağlıdır. BRICS ölkələri üçün Azərbaycanla əməkdaşlıq enerji resurslarının şaxələndirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən enerji strategiyasının mühüm elementi ola bilər. Azərbaycanın təşkilata qoşulması birliyin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirə, üzv ölkələr arasında iqtisadi enerji əməkdaşlığına töhfə verə, çoxqütblülük qlobal nizamın islahatı ideyalarına dəstək ola bilər. Həmçinin Azərbaycan iqtisadiyyatının müasirləşməsinin sürətlənməsini dünya arenasında mövqeyinin möhkəmlənməsini təmin edəcək mexanizmlərin cəlb olunmasına gətirib çıxara bilər.

Hazırda təşkilata üzv olmaq istəyən ölkələrin sayının artdığını deyən R.Bayramlı bildirib ki, 40-dan çox ölkə təşkilata qoşulmaqda maraqlı olduğunu bildirir: "Bununla da təşkilatın gələcəkdə genişlənmə ehtimalı yüksəkdir. Buna baxmayaraq, bu ilin iyun ayında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, BRICS-ə üzv olan ölkələr təşkilatın genişlənməsini müvəqqəti dayandırırlar. Lakin bununla paralel olaraq, təşkilata tərəfdaş dövlətlər kateqoriyası üzərində işlər aparılır.

R.Bayramlı xatırladıb ki, bu ilin avqust ayında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Rusiya tərəfinin Azərbaycanın BRICS-ə üzvlüklə bağlı müraciətini dəstəklədiyini, lakin təşkilatla bağlı bütün qərarların konsensusla qəbul olunduğunu bildirib: "Bununla belə, S.Ryabkov qeyd edib ki, Kazan sammitinə qədər tərəfdaş dövlətlərin siyahısı üzərində aparılacaq. Bunları nəzərə alaraq, sammitdə Azərbaycanın tərəfdaş dövlət statusu qazana biləcəyini ehtimal etmək olar".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.5.