Azərbaycanın xarici işlər naziri ABŞ Prezidentinin xüsusi köməkçisi ilə görüşüb

 

Oktyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli regional məsələlər, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma sülh sazişi üzrə aparılan proses, eləcə sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.2.