Media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi Təhlilimövzusunda seminar keçirilib

 

Oktyabrın 21-də Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi Təhlili" mövzusunda seminar təşkil olunub. AZƏRTAC xəbər verir ki, seminar COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham), “Coca-Cola Azərbaycan “PwC Azərbaycanşirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib.

Bildirilib ki, seminarın məqsədi son illərdə Ətraf mühit, Sosial İdarəetmə (ESG) hesabatlarının əhəmiyyətinə artan qlobal diqqət fonunda media nümayəndələrinin mövzu ilə yaxından tanış olmaları, jurnalistlərin ESG hesabatlarına dair dərin biliklərlə təmin edilməsidir.

Seminarda çıxış edən COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf yaşıl dünya naminə həmrəylik, davamlılıq fəaliyyəti, iqlim fəaliyyəti, eləcə COP29 konfransının ölkəmiz üçün bir tədbir xarakteri daşımadığını, bunun bir proses olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmiz yaşıl transformasiya üçün kifayət qədər uzunmüddətli iddialı hədəflər təyin edib. İqlim konfransına ev sahibliyi həmin hədəflər sırasındadır. “Əsas hədəfimiz ondan ibarətdir ki, iqlim konfransı tərəflər üçün hərtərəfli effektiv təşkil olunsun. Buna görə COP29 Sədrliyi olaraq üzərimizə böyük məsuliyyət düşür”, - deyə Ayan Nəcəf bildirib.

Onun sözlərinə görə, istər danışıqlar gündəliyinin bütün tərəflərə çatdırılması, istər təşkilatçılıq məsələləri üzrə məlumat mübadiləsinin düzgün təşviqində media nümayəndələrinin ixtisaslaşması səriştələrinin artırılması əsas prioritetlərdəndir: “COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir. Bu sahədə media nümayəndələri ilə təlim proqramlarına kifayət qədər geniş yer ayrılıb. Sevindiricidir ki, bu məsələdə özəl sektor da bizi tək qoymur”.

A.Nəcəf bildirib ki, iqlim fəaliyyəti kifayət qədər mürəkkəb proses olduğundan, bu sahədə dövlət özəl sektorlarının, vətəndaş cəmiyyətinin, təşkilatların hesabatlılığı vacib məsələdir: “Bu xüsusda Ətraf mühit, Sosial İdarəetmə (ESG) hesabatlarının geniş ictimaiyyətə çatdırılmasının təmin olunması mühüm əhəmiyyət kəsb edir”.

“Coca-Cola” şirkətinin Avrasiya Yaxın Şərq üzrə ictimai əlaqələr kommunikasiya davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev isə çıxışında COP29 tədbiri zamanı dünyanın diqqətinin iqlim mövzusu ilə bağlı Azərbaycanda cəmləşəcəyini vurğulayaraq fikirlərinə belə davam edib: “Ölkəmizdə keçiriləcək beynəlxalq tədbirdə müzakirələrdə iştirakdan tutmuş, onun işıqlandırılmasına qədər media vacib rol oynayır. Bu səbəbdən COP ərəfəsində belə bir seminar keçirmək qərarına gəldik”.

“Coca-Cola”nın dünyanın aparıcı şirkəti olaraq iqlim dayanıqlı inkişaf mövzularına böyük önəm verdiyini deyən E.Fərzəliyev şirkətin biznes fəlsəfəsinin heç bir biznes qurumunun cəmiyyət, ətraf mühit inkişaf etmədən irəli gedə bilməyəcəyinə əsaslandığını diqqətə çatdırıb: “Biz həmin inkişafın bir hissəsi olaraq daim qlobal, regional yerli miqyasda dayanıqlı inkişaf sahəsinə həm investisiya qoyuruq, həm biznes əməliyyatlarımızın dayanıqlılığını təmin etməyə çalışırıq. Həmin istiqamətdə nailiyyətlərimiz var”, - deyə E.Fərzəliyev qeyd edib.

Daha sonraBiznes mühitində paradiqm dəyişikliyini anlamaq”, “Daha yaxşı birgə gələcək üçün birlikdə: “Coca-Cola”nın davamlılıq strategiyası”, “Xəbər yazmaq sənəti elmi”, “Azərbaycan ESG-nin hüquqi çərçivəsi bu gün”, ESG hesabatlarını necə oxumaq, anlamaq təhlil etməkmövzularında çıxışlar dinlənilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Həmçinin COP29 Əməliyyat Şirkəti nümayəndələri tərəfindən media nümayəndələri üçün COP29 tədbiri barədə təşkilati hazırlıq media xidmətləri barədə təqdimatlar edilib.

Seminar zamanı COP29-un gündəlik tematik proqramı da açıqlanıb. Bildirilib ki, noyabrın 11-i COP29-un açılış günü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək.

Noyabrın 14-də Maliyyə, İnvestisiya Ticarət Günü, noyabrın 15-də Enerji/Sülh, Yardım Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya İnnovasiya/Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmayıb istirahət günü olacaq.

Noyabrın 18-də İnsan kapitalı/Uşaqlar Gənclər/ Sağlamlıq/Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı Su Günü, 20-də Urbanizasiya/Nəqliyyat/Turizm Günü, 21-də Təbiət Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yekun müzakirələr aparılacaq.

Noyabrın 4-dən 10-dək konfransa hazırlıq mərhələsində COP29 Sədrliyinin təşəbbüsü ilə müxtəlif mövzularda danışıqlar aparılacaq, kiçikhəcmli konfranslar, sessiyalar təşkil ediləcək.

 

Azərbaycan.-2024.- 22 oktyabr (¹ 232).- S.2.