Milli Məclisin
sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfirini
qəbul edib
Milli Məclisin
sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri
Cahit Bağçı ilə görüşüb.
Bu barədə
AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə səfir
Milli Məclisin ölkələrimiz arasında
münasibətlərin daha
da dərinləşməsinə
mühüm töhfələr
verdiyini söyləyib.
Azərbaycan və
Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
"Bir millət, iki dövlət" şüarına əsaslanaraq,
uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin
və xalqlarımızın
həm şad, həm də çətin günlərdə
hər zaman birlikdə olduğunu vurğulayıb. O qeyd edib ki, hər
iki dövlətin başçılarının dostluq
və qardaşlıq
münasibətləri bizim
hər birimiz üçün örnək
təşkil edir.
S.Qafarova deyib ki, bu gün
Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə
qısqanclıqla yanaşanlar
var. Həmçinin bəzi dairələr Azərbaycana və Türkiyəyə qarşı
təzyiqlər göstərməyə,
onların müstəqil,
milli maraqlara söykənən siyasətlərinə
təsir etməyə
cəhd göstərirlər.
Milli Məclisin sədri bu cür
cəhdlərin heç
bir nəticə verməyəcəyini, dövlətlərimizin
inkişaf yolunda inamla addımlamağa davam edəcəyini vurğulayıb.
O, parlament seçkilərində
Türkiyə Böyük
Millət Məclisinin
müşahidə missiyasının
ən böyük heyətlə təmsil olunduğunu xatırladaraq,
bunları digər sahələrdə olduğu
kimi, parlamentlərimiz
arasında da əlaqələrin ən
yüksək səviyyədə
olmasının göstəricisi
kimi qiymətləndirib.
S.Qafarova TBMM sədri
ilə bir neçə gün öncə keçirdiyi görüşü məmnunluqla
xatırlayaraq, görüşdə
gündəlikdə duran
məsələlər haqqında
səmərəli müzakirələrin
aparıldığını bildirib. O, Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun tam tərkibdə yenidən formalaşdığını bildirərək,
qarşıdakı dövrdə
münasibətlərin daha
da inkişafı üçün müvafiq
səylərin davam etdiriləcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyənin bir çox beynəlxalq təşkilatlarda olduğu
kimi, Türk Dövlətləri Təşkilatında
uğurla əməkdaşlıq
etdiyi qeyd olunaraq, parlamentlərimizin
də TürkPA çərçivəsində bu istiqamətdə fəaliyyətini davam etdirdiyi bildirilib.
Sahibə Qafarova
Cahit Bağçının
Türkiyənin Azərbaycandakı
səfiri kimi fəaliyyətini təqdir
edərək, onun qanunverici orqanla da sıx təmaslar
qurduğunu söyləyib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
haqqında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
22 oktyabr (¹ 232).- S.3.