Milli
Məclisdə “COP29-a qarşı hibrid təhdidlər”
mövzusunda ictimai müzakirə keçirilib
Oktyabrın
21-də Milli Məclisin Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı müvəqqəti
komissiyasının “COP29-a qarşı hibrid təhdidlər”
mövzusunda ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin
nümayəndələri, vətəndaş cəmiyyəti
təmsilçiləri, ekspertlər
iştirak ediblər.
Xarici müdaxilələrə
və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyanın
sədri Ramid Namazov qeyd edib
ki, Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Vətən müharibəsində qazanılan
tarixi Zəfərimizdən
və ötən il suverenliyimizin tam bərpasından sonra bunu həzm
edə bilməyən
bəzi xarici dairələr dövlətimizə
qarşı məkrli
planları nəzərdən
keçirməyə başlayıblar.
Diqqətə çatdırılıb
ki, cari ilin noyabrında ölkəmiz COP29-a, habelə
Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu və Paris Sazişinin
Tərəflər Görüşünün
6-cı sessiyalarına ev
sahibliyi edəcək.
Dünyada keçirilən
ən böyük beynəlxalq və mötəbər konfranslardan
biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana
qarşı qarayaxma və media kampaniyalarının
da sürətlə artdığı müşahidə
edilir.
Qeyd olunub ki, bugünkü ictimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin
baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə
qarşı aparılan
çirkin kampaniyaların
haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla
bağlı deputatlar,
vətəndaş cəmiyyəti
nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.
Ramid Namazov
COP29-la bağlı Azərbaycana
qarşı hibrid təhdidin əsasən iki növündən fəal istifadə olunduğunu söyləyib.
Deyib ki, birincisi, dezinformasiyalar, o cümlədən media və qarayaxma kampaniyaları, fake-saxta xəbərlər, ikincisi
isə “Lawfare” adlı hibrid təhdid növüdür,
bu da özündə
hüquqi vasitələrdən
“silah” kimi istifadəni ehtiva edir. Buraya müxtəlif
parlamentlərdə qəbul
olunan anti-Azərbaycan
qətnamələri, əsassız
beynəlxalq məhkəmə
iddialarını və
sanksiyaları aid etmək olar.
Bildirilib ki,
COP29-a ev sahibliyi hüququ 200-ə yaxın
ölkə tərəfindən
yekdilliklə Azərbaycana
veriləndən dərhal
sonra əldə etdiyimiz uğurları qəbul etməyən bəzi qüvvələr
müxtəlif bəhanələr
gətirərək bəzi
məsələlərlə bağlı əsassız
ittihamlar irəli sürüblər.
Komissiya sədri
BMT Nizamnaməsinə əsasən,
qurum üzvlərinin beynəlxalq münasibətlərdə
istənilən dövlətin
ərazi bütövlüyünə
(toxunulmazlığı) və
ya siyasi müstəqilliyinə qarşı
təhdiddən və
ya gücdən istifadədən, habelə
BMT-nin məqsədləri
ilə uzlaşmayan istənilən hərəkətlərdən
çəkinməli olduğunu
söyləyib. O, Ermənistanın
və ona havadarlıq edən bəzi ölkələrin
bizə qarşı apardıqları çirkin
kampaniyaların beynəlxalq
hüquqa zidd olduğunu deyib.
R.Namazov bu günlərdə ABŞ Konqresinin
60 üzvünün dövlət
katibinə müraciət
edərək Azərbaycana
təzyiq göstərməyi
tələb etdiyini deyərək, Prezident tərəfindən onların
cavablarının tutarlı
arqumentlərlə verildiyini,
ölkə ictimaiyyətinin
və Milli Məclisin də bu təxribata öz münasibətini bildirdiyini diqqətə çatdırıb. O, Niderland
parlamentinin Nümayəndələr
Palatasının anti-Azərbaycan
qətnamələrini ABŞ Konqresinin çağırışına
dəstək kimi qiymətləndirib. Habelə
AŞPA-da Azərbaycanda
insan hüquqları, qanunun aliliyi, demokratiya ilə bağlı vəziyyətə
dair keçirilən müzakirələrin, qəbul
edilən qətnamələrin
heç bir əsasının olmadığını
vurğulayıb.
Komissiya sədri
deyib ki, ABŞ Konqresi tərəfindən
tam maliyyələşən
Milli Demokratiya Fondu, habelə “Freedom
House”, “Human Rights Watch”, İşgəncələrə
qarşı Ümumdünya
Təşkilatı, “Amnesty International”, İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı
kimi qurumlar Azərbaycanla bağlı
qərəzli və həqiqətə uyğun
olmayan məlumatlar yayaraq, ölkəmizə qarşı təşkil etdikləri hibrid təhdidlərlə gizli formada sadə insanların beyinlərinə
təsir etməklə
öz strateji məqsədlərinə çatmağı
hədəfləyirlər.
Bildirilib ki,
Azərbaycana qarşı kampaniyanın ayrıca bir istiqaməti
isə Ermənistan dövləti, erməni lobbi təşkilatları
və erməniəsilli zəngin iş adamları tərəfindən
aparılır.
Vurğulanıb ki,
irimiqyaslı beynəlxalq
tədbirlərin keçirilməsi
ölkəmizin üzərinə
böyük məsuliyyət
qoyur. Qeyd olunan bütün məkrli niyyətlərə
baxmayaraq, bu günə qədər bir çox beynəlxalq tədbirlərə
müvəffəqiyyətlə ev sahibliyi etmiş
Azərbaycan COP29 konfransını
da yüksək səviyyədə keçirəcək.
Sonra çıxış
edən deputatlar Gülşən Paşayeva,
Sevil Mikayılova, Pərvanə Vəliyeva, Mübariz Qurbanlı, Elman Nəsirov, Nurlan Həsənov, Kamran Bayramov, habelə Medianın İnkişafı Agentliyinin
icraçı direktorunun
müavini Natiq Məmmədli, Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzinin şöbə
müdiri Cavid Vəliyev, Sosial Təhqiqatlar Mərkəzinin
sektor müdiri İlyas Hüseynov müzakirəyə çıxarılan
mövzunun aktuallığını
bildiriblər. Bəzi
xarici dövlətlərin
ölkəmizə qarşı
qərəzli mövqeyi,
xarici müdaxilələrin
qarşısının alınması
ilə bağlı mübarizə sahəsində
ciddi addımların atılmasının əhəmiyyətindən
danışıblar.
Bildirilib ki, ölkəmizə qarşı
hibrid təhdidlər,
o cümlədən düşmənçilik
xarakteri daşıyan
məlumatların yayılması,
kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları təhlükəsizlik baxımından
böyük önəm
daşıyır. Bütün
bu mənfi təsirlərin, xüsusilə
ölkəmizdə keçiriləcək
COP29-la bağlı artan
təhdidlərin qarşısının
alınması istiqamətində
əməli addımların
atılmasının vacibliyi
vurğulanıb.
İctimai müzakirələrdə
iştirak edən UNEC
Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyasının
idarə heyətinin sədri Elvin Balacanov, “Vətəndaş”
Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Azərbaycan
Milli QHT Forumu İdarə heyətinin üzvü Zaur İbrahimli çıxışlarında
ideoloji təhlükəsizlik
məsələlərinin həmişə
aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş
etdirilməsinin vacibliyini
söyləyiblər. Onlar
ölkəmizə qarşı
yönəlmiş yersiz
təhdidlərin, əsassız
dezinformasiyaların qarşısının
alınması, bu sahədə kompleks tədbirlərin həyata
keçirilməsi ilə
bağlı fikirlərini
bölüşüb, təkliflərini
səsləndiriblər.
Sonda R.Namazov ölkəmizin ev sahibliyi ilə keçiriləcək COP29-un Azərbaycanın
növbəti uğuru
olacağına əminliyini
ifadə edib.
Azərbaycan.-2024.-
22 oktyabr (¹ 232).- S.3.