Azərbaycan ilə MDB dövlətləri
arasında uğurlu əməkdaşlığın təsdiqi
Laçın şəhərinin 2025-ci ildə
MDB-nin mədəniyyət
paytaxtı elan edilməsi mühüm nailiyyətdir
Bu gün Azərbaycanın xarici siyasətində MDB dövlətləri
ilə əməkdaşlığın
genişlənməsi açıq
şəkildə müşahidə
olunur. MDB çərçivəsində
bütün istiqamətlərdə
yüksələn xətt
üzrə inkişaf
edən əlaqələrimiz
humanitar sahədə də əhəmiyyətli
irəliləyişlərə səbəb olmuşdur.
Xüsusilə mədəniyyət,
idman, təhsil, elm və sosial
sahələrdə əməkdaşlığımızın
genişlənməsi bu
əlaqələrin daha
dərin və qarşılıqlı faydalı
şəkildə inkişaf
etdiyini göstərir.
Bu dinamika Azərbaycanla MDB-nin iştirakçısı olan
dövlətlər arasında
əməkdaşlığın çoxşaxəli xarakterini
daha da möhkəmləndirir.
Hər il MDB-yə üzv dövlətlərin şəhərlərindən
biri MDB-nin mədəniyyət paytaxtı
fəxri statusuna layiq görülür. Bu fəxri ad
"Birliyin Mədəniyyət
Paytaxtları" dövlətlərarası
proqramı çərçivəsində
şəhərlərin zəngin
tarixi və mədəni irsinə diqqət çəkmək,
onların potensialını
nümayiş etdirmək
məqsədi daşıyır.
Azərbaycanın Qəbələ
şəhəri 2013-cü ildə, Gəncə şəhəri isə
2017-ci ildə MDB-nin mədəniyyət paytaxtı
elan olunmuşdu.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının
8 oktyabr 2024-cü ildə
keçirilən iclasında
Laçın şəhərinin
2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı
elan edilməsi Azərbaycan üçün
tarixi qərar oldu və Azərbaycanın
artan beynəlxalq nüfuzunun birbaşa göstəricisi olmaqla yanaşı, onun mədəniyyətinə və
irsinə göstərilən
hörmətin parlaq bir ifadəsi və ölkəmizə olan etimadın təzahürüdür. Bu
seçim, şəhəri
beynəlxalq aləmdə
daha yaxından tanıtmaq, onun bərpası və dirçəlişinə töhfə
vermək üçün
əvəzolunmaz bir fürsətdir.
Şərqi Zəngəzur
bölgəsinin qədim
Azərbaycan şəhərlərindən
biri olan Laçın tarixən milli mədəniyyətimizin
qiymətli daşıyıcısı
olmuşdur. Şəhər
təkcə milli irsimizin qoruyucusu kimi çıxış etmir, eyni zamanda
zəngin folkloru, musiqisi və sənətkarlıq ənənələri
ilə də geniş tanınır. Laçının bu unikal xüsusiyyətləri
Azərbaycan mədəniyyətinin
əsrlər boyu yaşamasına və inkişaf etməsinə böyük töhfə vermişdir.
Laçın 30 ilə
yaxın Ermənistanın
işğalı altında
qalmış və bu müddət ərzində demək olar ki, tamamilə
dağıdılmışdır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu şanlı qələbə
qazanaraq, Laçın
şəhərini azad
etmişdir. Bu gün Laçın bərpa olunaraq yeni həyatla canlanmağa başlayıb.
Laçının MDB-nin
mədəniyyət paytaxtı
elan edilməsi şəhərin mədəni
dirçəlişini sürətləndirmək
üçün mühüm
bir addım olacaq. Bu status
Laçının qədim
və zəngin irsini bərpa etməklə yanaşı,
onun əsrarəngiz təbiətini və unikal mədəni sərvətlərini beynəlxalq
arenada daha geniş tanıtmaq üçün yeni imkanlar açacaq. Beləliklə də, şəhər regional və beynəlxalq miqyasda mədəni əlaqələrin mərkəzinə
çevrilərək, öz
potensialını daha
da inkişaf etdirəcək.
Onu da qeyd etmək yerinə düşər ki, 2025-ci ildə III MDB Oyunlarına evsahibliyi hüququnun Azərbaycana verilməsi və Gəncə şəhərinin
idman paytaxtı olaraq seçilməsi ölkəmizə olan etimadın daha bir göstəricisidir. Həmçinin MDB dövlət
başçılarının Zirvə görüşündə
COP29-un Azərbaycanda keçirilməsinə
dəstək verilməsi
ölkəmizin belə
nüfuzlu beynəlxalq
tədbirlərə evsahibliyi
etmək gücünü
bir daha təsdiqləyir.
Azərbaycanda keçiriləcək
mədəni və idman tədbirləri MDB ölkələri arasında
mədəni və humanitar əməkdaşlığı
gücləndirərək, regional və beynəlxalq əməkdaşlığa
əhəmiyyətli töhfə
verəcək, həmçinin
Azərbaycan mədəniyyətinin
MDB məkanında yaxından
tanıdılması və
mədəni inteqrasiyanın
gücləndirilməsi proseslərinin
bir simvoluna çevriləcəkdir.
Ramin RZAYEV,
MDB PA DİMBİ Baki filialının müdiri
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.5.