Azərbaycan həqiqətləri AİPA tribunasından bəyan olunub

 

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək məqsədilə 18-20 oktyabr tarixlərində Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri Baş Assambleyanın 45-ci sessiyasında çıxış edib, həmçinin 3-cü AİPA-Azərbaycan dialoquna qatılıb. Deputat AİPA-nın baş katibi, Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasının Hüquq komitəsinin sədri Kamboca parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri ilə ikitərəfli görüşlər keçirib. Bununla yanaşı, qardaş Türkiyənin, Vyetnamın, Filippinin, Malayziyanın, Tailandın Sinqapurun nümayəndə heyətlərinin rəhbərləri ilə səmərəli fikir mübadiləsi aparılıb.

Baş Assambleyanın sessiyasında çıxışında, habelə AİPA-Azərbaycan dialoqu zamanı deputat Azərbaycanla ASEAN AİPA arasında, həmçinin təşkilata üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri bu prosesdə parlamentarilərin rolundan danışıb. Ölkəmizin etibarlı tərəfdaş kimi  beynəlxalq miqyasda nüfuzunun get-gedə daha da artdığını deyən millət vəkili, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən qlobal əhəmiyyətli təşəbbüslərin, dünya dövlətlərinin yekdil qərarı ilə cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı şəhərinin evsahibliyi etməsinin bunun sübutu olduğunu qeyd edib.

Sessiyada çıxış edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri öz ölkəsini sülhün tərəfdarı təşəbbüskarı kimi təqdim etməyə çalışıb. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı, həmçinin AİPA-Azərbaycan dialoqu əsnasında erməni tərəfinin həqiqətdən uzaq fikirlərini ifşa edib. Belə ki, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra məhz Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdiyi, buna baxmayaraq, Ermənistanın sülh prosesinə süni şəkildə əngəl törətdiyi, onun konstitusiyasında hələ ölkəmizə qarşı ərazi iddiasının saxlanıldığı, bu ölkənin regionda həqiqətən davamlı etibarlı sülhdə maraqlıdırsa, məhz konstitusiyasında zəruri dəyişiklik etməli olduğu vurğulanıb.

AİPA-Azərbaycan dialoqu, habelə ikitərəfli təmaslar zamanı görüş iştirakçıları Ermənistanın mina terrorunun nəticələrinin aradan qaldırılması məqsədilə mina problemindən zərər çəkmiş ASEAN dövlətləri ilə təcrübə mübadiləsi, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma bərpa işləri Böyük qayıdış proqramı, həmçinin Ermənistandan didərgin salınmış həmvətənlərimizin öz tarixi dədə-baba yurdlarına geri qayıdış hüququnun gerçəkləşdirilməsi ilə əlaqədar atılan addımlarla bağlı məlumatlandırılıblar.

Bununla yanaşı, ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP-29 tədbirinə hazırlıq prosesi barədə görüş iştirakçılarına məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.7.