Qərb
Gürcüstanı qarşıdurmaya
sürükləyir
Gürcüstan parlament
seçkiləri ərəfəsindədir.
Oktyabrın 26-da keçiriləcək
növbəti seçkilərə
yalnız ölkənin
özündə deyil,
regional və qlobal müstəvidə böyük maraq var. Təsadüfi deyil ki, Gürcüstandakı
parlament seçkiləri
"geosiyasi seçkilər"
kimi də xarakterizə olunur.
Azərbaycanın tərəfdaşı
Ondan başlayaq
ki, qonşu ölkədəki seçkilər
Azərbaycanda da böyük maraqla izlənilir. Çünki
Gürcüstan Azərbaycan
üçün dost və tərəfdaş dövlətdir. Məhz bunun nəticəsində hələ ötən əsrin 90-cı illərinin
ortalarından etibarən
iki dövlətin birgə siyasi iradəsi ilə mühüm iqtisadi layihələr reallaşdırılıb.
Daha sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz
kəmərlərinin, Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi"nin inşası əlaqələrin
strateji səviyyədə
yüksəlməsini təmin
edib. Azərbaycanın
qlobal təşəbbüsləri
həm də Gürcüstanı regionun
tranzit dövlətinə
çevirib, onun maliyyə imkanlarının
yüksəlməsinə, əhalisinin
sosial rifahının yaxşılaşmasına xidmət
edib.
Azərbaycan, eyni
zamanda Gürcütana
sərmayə yatıran
əsas ölkədir.
SOCAR-ın xətti ilə Gürcüstanda görülən işlər
bu ölkənin iqtisadiyyatının inkişafına,
dövlət büdcəsinin
formalaşmasına böyük
töhfələr verir.
Prezident
İlham Əliyevlə Gürcüstanın baş naziri
İrakli Kobaxidze arasındakı şəxsi təmaslar,
qarşılıqlı səfərlər, görüşlər,
iki ölkə arasında münasibətlərin
inkişafına böyük töhfələr verir. Azərbaycan-Gürcüstan münasibətləri,
eyni zamanda regionda sülh və təhlükəsizliyin
qorunmasında və möhkəmləndirilməsində böyük rol oynayır. Bu baxımdan Cənubi Qafqazın gələcəyi ilk növbədə Azərbaycan
və Gürcüstandan,
bu iki dövlət
arasındakı münasibətlərdən
asılıdır. Ona
görə də qonşu ölkədəki
parlament seçkilərində
hazırkı hakim partiyanın qələbəsi
Azərbaycanın maraqlarına
uyğundur.
Parlament seçkilərinin
nəticələri Qərbin
avantüralarını iflasa
uğradacaq
O da aydındır
ki, Cənubi Qafqazda maraqları olan Qərb müxtəlif siyasi alətlərlə regiona təsir imkanlarının
olmasına çalışır.
ABŞ və Fransa Ermənistanda buna nail olublar. Ermənistan
cəmiyyətində Soros
Fondu və USAİD başda olmaqla Qərbin maraqlarına xidmət edən təşkilatların maliyyələşdirdiyi
QHT və media qurumları demokratiya pərdəsi altında meydan sulayır, ictimai rəyin formalaşmasına böyük
təsirlər göstərirlər.
Gürcüstanda da
QHT-lərin böyük
qismi Qərbin maliyyə yardımı ilə fəaliyyətdədir.
Lakin son dövrlərdə Gücrüstanın
xüsusi xidmət orqanları Qərbdən maliyyələşən bir
sıra QHT-lərin fəaliyyətinin ölkədə
qarşıdurma və
ideoloji dəyişikliklər
yaratmaq məqsədlərinə
xidmət etdiyini müəyyənləşdiriblər. Bir neçə ay əvvəl Gürcüstanda qəbul edilən "Xarici təsirin şəffaflığı
haqqında" qanun məhz həmin təşkilatların qanunsuz
fəaliyyətinin qarşısına
sipər çəkib.
Belə ki, sözügedən qanun
QHT-lərin öz maliyyələri haqqında
deklarasiyalarını nəzərdə
tutur. Yəni QHT-lər maliyyənin haradan və hansı məqsədlər
üçün daxil
olduğu barədə
məlumat verməlidirlər.
Bu isə Qərbin məkrli maraqlarına cavab vermədəyindən son aylarda həm ABŞ, həm Avropa İttifaqı Gürcüstana
qarayaxma kampaniyasına
başlayıblar. Aİ Gürcüstanın
üzvlük prosesini faktiki olaraq dayandırıb. Habelə
Aİ Gürcüstana yüksəksəviyyəli
səfərlər etməmək
və Gürcüstan
hökumətinin nümayəndələri
ilə Brüsseldə
görüşlər keçirməmək
barədə qərar
qəbul edib.
"Xarici təsirin
şəffaflığı haqqında" qanun isə Qərb ölkələrində də
qəbul olunub. Göründüyü kimi
Qərb yenə ikili standartlardan çıxış edir,
bu dəfə müstəqil siyasət yürüdən Gürcüstanla
bağlı məkrli
mövqe ortaya qoyur. Azərbaycana olduğu kimi, Qərb siyasi dairələrinin Gürcüstana
da təzyiq etməsi onun daxili işlərinə müdaxilə etməyə,
onu daxili qarşıdurmaya sürükləməyə
çalışır. Qarşıdan
gələn seçki
günü də onların ölkədə
təxribatlara cəhd
göstərəcəkləri istisna olunmur. Artıq Gürcüstan Dövlət Təhlükəsizlik
Xidməti parlament seçkiləri ərəfəsində
planlaşdırılan təxribat
barədə xəbərdarlıq
edib.
Əlbəttə, gürcü
xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə yaxın qonşumuz bu sınaqdan uğurla çıxacaq. Gürcüstandakı seçkilərin
nəticələri Qərbin
bu ölkə və Cənubi Qafqazla bağlı məkrini iflasa uğradacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.7.