Nikol Paşinyandan acı etiraf

 

Hərbi yaşda olan gənclərin yarısından az hissəsinin orduya cəlb olunması səbəbsiz deyil

 

Ermənistanda həmişəki kimi yenə silahlı qüvvələrdə böyük problemlər yaşanır. Ümumiyyətlə, buradakı durum erməni ordusunda qanunsuzluqların hökm sürdüyünü, korrupsiya rüşvətxorluğun getdikcə daha geniş miqyas aldığını göstərir. 

Bunu ölkənin baş naziri Nikol Paşinyan da etiraf edib. O bildirib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdirlər".

Göründüyü kimi, postmüharibə dövründə yaranmış kriminogen vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına da səbəb olur. Gənclər ordudan yayınmağın yeni metodlarını tapırlar. Belə ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.

Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir.

Erməni hüquq müdafiəçisi Zaruhi Hovhannisyan deyib ki, mülki həyatda baş verən hadisələrlə orduda baş verənləri müqayisə etmək yolverilməzdir, çünki dövlətin himayəsində fəaliyyət göstərən struktur daxilində törədilən hər hansı cinayət, hüquq pozuntusu mülki həyatda baş verən münasibətlərlə tamamilə müqayisə olunmazdır. Onun sözlərinə görə, Ermənistanda dövlətin birbaşa himayəsində fəaliyyət göstərən strukturlar arasında ordu, penitensiar sistem, qapalı yarımqapalı müəssisələr, xüsusi qayğı müəssisələri yer alır. "Mülki həyatda insan səhhətində problem olanda istədiyi vaxt tibb müəssisəsinə müraciət edə bilər, orduda isə kimsə istənilən vaxt hərbi hissəni tərk edə, "özümü pis hiss edirəm" deyə mülki xəstəxanaya gedə bilərmi? Dövlətin vəzifəsi tez reaksiya vermək həmin şəxsin sağlamlıq problemini həll etməkdir" - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyan bildirib ki, 15 gündə Ermənistan ordusunda 3 itki olub, Paşinyan isə insanları oğullarını ordudan qaçırmaqda ittiham edir.

Ermənistanın  "Qolos Armenii" nəşri  "Əsgərlərimiz niyə özlərini öldürürlər?" adlı məqalə yayımlayıb bu vəziyyəti kəskin tənqid edib. Nəşr, eyni zamanda hökumətin fəaliyyətsizliyini ön plana çəkib. Məqalədə orduda mənəvi-psixoloji vəziyyətin son dərəcə ağır olması da diqqətdən yayınmayıb. Bunun bir çox səbəbi göstərilsə , ən başlıcası Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbədir. Bu qələbə Ermənistanda təkcə siyasi səhnədə deyil, ordu daxilində ciddi böhran yaradıb. Rəsmi İrəvanın məğlubiyyəti ilə nəticələnən bu müharibə ölkədə yalnız siyasi çaxnaşma yaratmadı, eyni zamanda hərbi sistemin tamamilə çökməsinə əsgərlər arasında mənəvi çöküntünün dərinləşməsinə səbəb oldu. İşin maraqlı tərəfi odur ki, məğlubiyyətin yaratdığı sarsıntılar yalnız fərdi əsgərlərlə məhdudlaşmır, bütün hərbi strukturlara sirayət edir. Bu gün Ermənistan ordusunda artan əsgər ölümləri intizamsızlıq halları bir daha göstərir ki, bu ölkədə hərbi sistem dərin böhranla üz-üzədir. Son dörd ilin statistikası bu reallığı açıq-aşkar əks etdirir.

Ermənistanda hərbi itkilərin sayında nəzərəçarpacaq dərəcədə artım var ki, bu da cəmiyyətin narazılığını daha da körükləyir. Problem təkcə hərbi məğlubiyyətin nəticəsi deyil, həm hökumətin siyasi iradəsizliyinin Ermənistanın son dərəcə uğursuz daxili siyasətinin göstəricisidir.

Məqalədə 13 oktyabrda Mehri hərbi hissəsində Aqasi Dallakyanın odlu silah yarası ilə ölü tapılması da qeyd olunub. Bu artıq orduda baş verən növbəti döyüşsüz itkidir. Oktyabrın 6-da Vaqe Arutyunyanın cəsədi aşkar edilmiş intihar etdiyi bildirilmişdi. Bu hadisələr Ermənistan ordusunda baş verən faciələrin sistemli bir problemin nəticəsi olduğunu göstərir. Məqalədə vurğulanan statistikaya görə, bu il Ermənistan ordusunda döyüş meydanından uzaq şəraitdə baş verən ölüm halları artıq 30-dan çoxdur.

Bu vəziyyətdə valideynlər üçün ən yaxşı çıxış yolu övladlarını orduda xidmətə göndərməkdən yayındırmaq, mümkün olduğu halda onları ölkə xaricinə qaçırmaqdır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.7.