COP29 çərçivəsindəBakı Harmoniya İqlim Təşəbbüsütəqdim ediləcək

 

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı, nazirliyin rəhbər şəxslərinin iştirakı ilə “Town Hall” formatında tədbir keçirilib. Tədbirdə aqrar sahədə görülən işlər nəzərdə tutulan layihələr müzakirə edilib, aqrar sahənin aktual mövzularına dair təqdimatlar olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Fermer Təsərrüfatlarının Dayanıqlı Məlumat Şəbəkəsi”, “Aqrar sahədə süni intellekt”, “Taxıl yığımının izlənilməsi sistemikimi innovativ layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqdan istifadə qaydaları, Ağalı kəndində pilot layihə kimi icra olunan yeni parselləmə modeli ilə bağlı təqdimatlar keçirilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə təqdimatda qeyd olunub ki, COP29 çərçivəsində 19 noyabr tarixində keçiriləcəkQida, Kənd Təsərrüfatı Su Günü”ndə iqlim dəyişikliyi iqliməuyğun kənd təsərrüfatının mövzusuna xüsusi toxunulacaq, 14 qlobal təşəbbüsdən biri olan, kənd təsərrüfatı, ətraf mühit iqlim məsələlərini özündə ehtiva edənBakı Harmoniya İqlim Təşəbbüsütəqdim ediləcək.

Daha sonraİşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətinin tətbiqi strukturlaşmamövzusunda qrup çalışması həyata keçirilib. Qrup çalışmasında Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının rəhbər şəxsləri, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təmsilçilərinin iştirakı ilə komanda şəklində işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın, zəruri infrastrukturun qurulması, istehsal emalın təşkili, bu sektorda elmtutumlu, innovativ, yeni nəsil texnologiyaların tətbiqi istiqamətləri müzakirə olunub. Fəal interaktiv formatda keçən tədbirdə komanda üzvləri təklifləri ümumiləşdirərək müzakirəyə təqdim ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov belə formatda görüşlərin mütəmadi keçirilməsini dəstəklədiyini, nazirliyin müxtəlif qurumlarının daha da koordinasiyalı çalışmasını, fermer yönümlü fəaliyyətin, vətəndaş müraciətlərinin diqqətdə saxlanmasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Nazir əlavə edib ki, Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi öz üzərinə düşən məsuliyyətini anlamalı, ölkəmizin hərtərəfli tərəqqisi üçün əzmlə çalışmalıdır.

Tədbirin sonunda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

 

Azərbaycan.-2024.- 22 oktyabr (¹ 232).- S.8.