Moldovalı diplomat: COP29 qlobal iqlim gündəliyi üzrə yeni zirvələrin fəth edilməsində Azərbaycanın nailiyyətlərinin təsdiqidir

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal miqyaslı tədbirdir. Konfransın bu il Bakıda təşkil olunması göstərir ki, Azərbaycan iqlim tarazlığının qorunması üzrə qlobal gündəliyin inkişafında böyük zirvələr fəth edib.

Bu barədə AZƏRTAC-ın müxbirinə Moldovanın Ukraynadakı səfiri Valeriu Kiver bildirib.

Moldovalı diplomat deyib: “Bu il bir çox dövlət rəhbərlərinin və əksər ölkələrin ətraf mühit nazirlərinin Bakıda toplaşaraq bu məsələni müzakirə etməsi Azərbaycanın qlobal səviyyədə qazandığı nüfuzu bir daha sübut edir. Əminəm ki, ölkə rəhbərliyinin hökumətinin gördüyü tədbirlər sayəsində bu tədbir uğurla keçəcək”.

V.Kiver qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirdə bütün dünyaya ölkənin doğru yolda inkişaf etdiyini göstərəcək. “Azərbaycanda ətraf mühitin mühafizəsi bu sahədə tədbirlərin həyata keçirilməsi siyasəti fəal surətdə aparılır. Bu, dünyada iqlim tarazlığının qorunması sahəsində başqa dövlətlərə yaxşı örnək olacaq”, -deyə Moldovanın Ukraynadakı səfiri sözlərinə yekun vurub.

 

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.8.