BMT-nin
İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin
icraçı direktoru Abbas Abbasov bəyanatla
çıxış edib
BMT-nin Cenevrə
ofisində təşkilatın İnsan Hüquqları Komitəsinin
(İHK) 142-ci sessiyası davam edir.
“Qafqazinfo”
AZƏRTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində
bir sıra ölkələrin, habelə Fransanın Mülki və
siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə
əlaqədar ölkə hesabatı dinləniləcək.
Qeyd edək
ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr
BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə
altında saxladıqları ərazilərdə yaşayan
xalqların öz müqəddəratını təyinetmə
hüququnun həyata keçirilməsini təşviq etməli
və bu hüquqa hörmətlə yanaşmalıdırlar.
Məlum
olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm
siyasəti yürüdən dövlətlərin
başında Fransa gedir.
Xatırladaq
ki, Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İnsan
Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini
ifşa edən alternativ hesabat təqdim edib. Həmin hesabat
BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi
saytında dərc
edilib.
Fransanın
milli hesabatından bir gün öncə, oktyabrın 21-də
İnsan Hüquqları Komitəsində maraqlı tərəflər
üçün iclas keçirilib. İclasda Bakı Təşəbbüs
Qrupu və təşkilatın xətti ilə Yeni Kaledoniya və
Fransız Polineziyasının nümayəndə heyəti
iştirak edib. BTQ-nin icraçı direktoru Abbas Abbasov komitədə
bəyanat səsləndirib.
Bəyanatda
A.Abbasov Yeni Kaledoniyada Fransa tərəfindən
keçirilmiş qeyri-qanuni referendumu qınayıb,
Fransanın burada zorla seçki məcəlləsinə
konstitusional dəyişiklik etmək istəyini pisləyib.
Kanak xalqının etirazına səbəb olmuş
Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada
10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın
insanın yaralandığını vurğulayıb.
Bundan əlavə,
A.Abbasov Fransanın Polineziyada keçirtdiyi nüvə
sınaqlarına görə yerli xalqın
sağlamlığına ciddi ziyan dəydiyini diqqətə
çatdırıb. Fransız Polineziyası xalqının
müstəqillik arzusunda olduğu, Fransanın buna müqavimətinin
BMT-nin 67/265 nömrəli qətnaməsinin icrasına
maneçilik törətdiyi bildirilib.
A.Abbasov
Fransanın əsarəti altında olan digər ərazilərdəki
tarixi ədalətsizlik, iqtisadi çətinliklər və
suverenliyin çatışmazlığı barədə də
söhbət açıb.
O, həmçinin
Azərbaycanın Qoşulmama Hərəkatının sədri
və hazırda “Troyka” üzvü kimi kolonializmə
qarşı mübarizə sahəsində beynəlxalq
platformalarda apardığı iş haqqında ətraflı
məlumat verib.
A.Abbasov Yeni
Kaledoniyada BMT-nin nəzarəti altında yeni referendumun
keçirilməsinə, Fransanın bu ölkədən hərbi
qüvvələrini çıxartmağa və BMT-nin
Xüsusi Dekolonizasiya Komitəsi tərəfindən
buradakı vəziyyəti qiymətləndirməyə
çağırış edib.
O, eyni
zamanda, nüvə sınaqlarına görə Fransız
Polineziyasına Fransa tərəfindən kompensasiyanın
ödənilməsini tələb edib, Yeni Kaledoniya və
Fransız Polineziyası xalqlarının öz müqəddəratını
təyinetmə hüququnu tanımağa
çağırış edib. BMT-nin
bu prosesə nəzarət etməsinin labüdlüyünü vurğulayıb.
Azərbaycan.-2024.-
22 oktyabr (¹ 232).- S.10.