Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb
Cenevrədə
səfərdə olan Azərbaycan nümayəndə heyətinin
rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin
Avropa üzrə İqtisadi Komissiyasının (UNECE)
icraçı katibi Tatyana Molcean ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə T.Molcean UNECE-nin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi
üzrə Agentliyinin
(UN Women) birgə təşkilatçılığı ilə keçirilən
"Pekin+30" Regional Baxış Görüşündə Azərbaycan
nümayəndə heyətinin
iştirakından məmnunluğunu
bildirərək, bunun
fəal əməkdaşlığın
göstəricisi olduğunu
qeyd edib.
Ötən il
SPECA-nın Zirvə görüşü ilə
əlaqədar ölkəmizə
səfər etdiyini və bu ilin
noyabrında Bakıda
keçiriləcək COP29-da iştirak edəcəyini vurğulayan T.Molcean Azərbaycanın gender bərabərliyinə nail
olunması, o cümlədən
"Pekin+30" öhdəliyi üzrə mühüm uğurlar qazandığını,
vacib islahatlar həyata keçirdiyini bildirib. O, qarşıdakı
dövrdə əməkdaşlıq
üçün yeni sahələrin müəyyənləşdirilməsi
və əlaqələrin
daha da dərinləşdirilməsi
üçün təcrübə
mübadiləsinin vacib
rol oynadığını
vurğulayıb, bu baxımdan belə görüşlərin önəmini
qeyd edib.
Dünyada gender
bərabərliyinin, insan
hüquqlarının yalnız
təhlükəsizlik və
sülh şəraitində
mümkün olduğunu
vurğulayan B.Muradova Azərbaycanın Ermənistanın
işğalına məruz
qaldığı otuz
il ərzində yüz minlərlə vətəndaşımızın, o cümlədən qadınların
hüquqlarının pozulduğunu
qeyd edib. Təəssüf hissi ilə bildirilib ki, hazırda dünyada artan gərginliklər, müharibə
və münaqişələr
fonunda insan hüquqları, o cümlədən
gender bərabərliyi
ciddi təhdidlə üzləşib, milyonlarla
insan ağır çətinliklər qarşısında
qalıb. Hədəflərə
çatmaq üçün
bu təhdidlərə
qarşı konkret mövqenin ortaya qoyulmasının önəmini
vurğulayan B.Muradova bildirib ki, hazırda
dünyada davam edən münaqişələrin
qarşısının alınması
üçün BMT fəal
tənzimləyici rol oynamalıdır.
Komitə sədri
qeyd edib ki, Ermənistan-Azərbaycan
münaqişəsinin başa
çatmasına baxmayaraq,
mina hadisələri nəticəsində hələ
də mülki insanlar həlak olur və ya
yaralanırlar. Bir neçə onilliklər ərzində davam edəcəyi ehtimal olunan minatəmizləmə
əməliyyatlarını Azərbaycan heç bir yardım almadan təkbaşına həyata keçirir.
Azərbaycanın CEDAW tövsiyələri, eləcə
də Pekin Bəyannaməsinin 12 kritik
sahəsi üzrə mühüm uğurlar qazandığını və
yaxşı təcrübələrinin
olduğunu deyən nümayəndə heyətinin
rəhbəri işğaldan
azad olunan ərazilərdə "ağıllı
şəhər" və
"ağıllı kənd"lərin
yaradıldığını xatırladıb. Qeyd edib ki, insanların
qabaqcıl biliklərə
yiyələnməsini tələb
edən Azərbaycan bu sahədə BMT-nin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq
edə bilər.
BMT Baş katibinin
müavini münaqişələrin
insanlara, xüsusən
qadınların həyatına
daha çox təsir göstərdiyini
deyərək, hazırda
yeni əməkdaşlıq
sahələrinin müəyyənləşdirilməsi
istiqamətində fəal
iş aparıldığını,
Azərbaycan ilə təcrübə mübadiləsinin
bu baxımdan maraqlı olduğunu ifadə edib.
Münaqişələrin qarşısının alınmasında
qadınların təşəbbüslərinin
rolunu xüsusi qeyd edən T.Molcean Pekin Platformasının da imkanlarından istifadə edilərək ticarət və standartlar sahəsinə gender bərabərliyi elementinin
daxil olunması, rəqəmsallaşma, "ağıllı"
istifadəçilər üçün
təlimlərin təşkili,
tədqiqatlar, innovasiyalar
sahələrində müvafiq
qanunvericilik təşəbbüslərində,
qərar və qanunların hazırlanması
prosesində qadınların
fəal iştirakı,
dayanıqlı inkişafın
mühüm elementlərindən
olan təhsil sahəsində yeni təşəbbüslər və
əməkdaşlıq sahələrinin
hazırlanması istiqamətində
görülən işlərdən
danışıb.
Dayanıqlı inkişafın
əsas elementləri olan ətraf mühit, iqtisadiyyat və sosial sahələrdə görülən
işlərdə Azərbaycanın
da iştirakının
önəmini qeyd edən BMT Baş katibinin müavini ölkəmizin qazandığı
uğurlardan məmnunluğunu
ifadə edib, bir sıra öhdəliklərin
icrasında qlobal və regional səviyyədə dəstək
verməyə hazır
olduqlarını vurğulayıb.
O, həmçinin UNECE-nin
Azərbaycanda keçmiş
məcburi köçkünlərə
müvafiq sahələrdə
dəstək göstərməyə
hazır olduğunu da diqqətə çatdırıb.
Əməkdaşlığın genişləndirilməsinə dair
təkliflərə görə
minnətdarlığını bildirən B.Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əməkdaşlıqda
maraqlı olduğunu ifadə edib.
Görüşün sonunda T.Molceana azərbaycanlı qadınların
əl işlərindən
ibarət xatirə hədiyyələri təqdim
olunub.
Azərbaycan.-2024.-
22 oktyabr (№ 232).- S.10.