Cenevrədə
beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində
görülən işlərdən
danışılıb
Ailə, Qadın,
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradovanın
rəhbərliyi ilə
Azərbaycan nümayəndə
heyəti oktyabrın
21-də İsveçrənin Cenevrə şəhərində
işə başlayan
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və
BMT-nin Gender Bərabərliyi
və Qadınların
Səlahiyyətlərinin Gücləndirilməsi
üzrə Agentliyinin
(UN Women) birgə təşkilatçılığı
ilə keçirilən
"Pekin+30" Regional Baxış Görüşünün açılış
mərasimində iştirak
edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə BMT Baş katibinin
müavini və Birləşmiş Millətlər
Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı
katibi Tatyana Molcean gündəlikdə duran məsələlər barədə
məlumat verib.
Sonra BMT Qadınlar Təşkilatının
Normativ Dəstək,
BMT Sistem Koordinasiyası
və Proqram nəticələri üzrə
icraçı direktorun
müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın
Baş katibi, Beynəlxalq
Gender Çempionları Qlobal
Şurasının sədri
Martin Çunqonq çıxış
ediblər.
“Avropa
İqtisadi Komissiyası
regionunda gender bərabərliyinin
sürətləndirilməsi üçün Pekin öhdəliklərinin
30 ilinə nəzər
salınması” mövzusuna
həsr olunan tədbirdə açılış
çıxışlarından sonra təşkilati məsələlərə baxılıb,
tədbirin gündəliyi
səsə qoyularaq qəbul edilib və sədr seçilib. Sonra iştirakçılar
birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Bahar Muradova "Pekin+30" Regional Baxış
Görüşünün "Avropa İqtisadi Komissiyası (ECE) Regionu üzrə gender bərabərliyi
ilə bağlı əsas tendensiyalar" mövzusunda sessiyasında
məruzə ilə çıxış edib.
Bu mühüm tədbirə
geniş tərkibli nümayəndə heyəti
ilə qatılan Azərbaycanın son otuz ildə bu sahədə
qazandığı təcrübəni
bölüşməyə hazır olduğunu vurğulayan B.Muradova
bu barədə açılış mərasimindən
əvvəl təşkil
olunan “Dövlət rəqəmsal transformasiyası
vasitəsilə kənd
qadınlarının iqtisadi
səlahiyyətlərinin artırılması”
adlı yan tədbirdə ətraflı
məlumat verildiyini diqqətə çatdırıb.
Qeyd olunub
ki, Azərbaycanın müstəqilliyinin
bərpasından sonra
üzləşdiyi çağırışlara,
ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi
ölkəmiz üçün
milli dəyər kimi qiymətləndirilib: “Bu öhdəlik
bizi Pekin Fəaliyyət
Platforması ilə bağlı əhəmiyyətli
irəliləyiş əldə
etməyə vadar etdi. Ölkədə, xüsusən də işğaldan azad edilmiş ərazilərdə,
o cümlədən “ağıllı”
şəhər və
kəndlərdə müasir
infrastrukturun inkişafı,
rəqəmsal xidmətlər
qadınların həyatını
asanlaşdırır”.
Məlumat verilib
ki, Azərbaycanda insan
hüquqlarının müdafiəsi
ilə bağlı 10
qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1
strategiya qəbul edilərək həyata keçirib. CEDAW tövsiyələrinə
uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi
tədbirlər reallaşdırılıb.
Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi,
Məişət Zorakılığına
qarşı ikinci
Milli Fəaliyyət Planının
və Gender Bərabərliyi
üzrə Milli Fəaliyyət
Planının layihəsinin
hazırlanması üzərində
iş aparılır.
Qadınlar üçün
iş məhdudiyyətlərinin
azaldıldığını, ödənişli atalıq
məzuniyyəti haqqında
yeni qanunun hazırlandığını
vurğulayan B.Muradova
bildirib ki, gender bərabərliyini
təşviq etmək,
qadınların səlahiyyətlərini
artırmaq, məişət
zorakılığına qarşı
mübarizə aparmaq,
həm mərkəzi,
həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək
üçün qanunvericiliyə
dəyişikliklər edilib.
Komitə sədri
qeyd edib ki, Birinci Pekin
Konfransından ötən
müddətdə Azərbaycan
öhdəliklərini həyata
keçirmək və
qadınlarımızın səlahiyyətlərini gücləndirməyə
kömək etmək üçün daim çalışıb. Belə
ki, beş dəfə Azərbaycan Qadınlarının Konqresi
və bir dəfə Forumu keçirilib. İctimai-siyasi
həyatda da mühüm irəliləyişlər
əldə olunub. Son parlament seçkilərində
qadınlar 20,8 faiz yer tutmuşdu. Hazırda Azərbaycanda qadınlar hakimlərin 21 faizini, bələdiyyə
üzvlərinin isə
39 faizini təşkil
edir. Dayanıqlı İnkişaf Məqsədləri
kontekstində Dayanıqlı
İnkişaf üzrə
Milli Koordinasiya Şurası "2030 Gündəliyi"
öhdəliklərinə nəzarət
edir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin
icrasına dair dördüncü Könüllü
Milli Hesabatı təqdim edən regionda ilk və
dünyanın beş
ölkəsindən biridir.
Noyabrda Azərbaycanın
COP29-a ev sahibliyi edəcəyini xatırladan
B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün
təşkil olunacağını
vurğulayıb. Ölkəmizdə
qadınların təhsil
imkanlarının genişləndirilməsi
məsələsinə də
toxunan Komitə sədri bildirib: “Həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə
dəstəklənir. Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan
Kənd Qadınları
və Qadın Sahibkarlıq assosiasiyaları,
o cümlədən Qadın
Resurs mərkəzləri
qadınların imkanlarının
genişləndirilməsində mühüm rol oynayır. Buna görə də biz Pekin Bəyannaməsinə
sadiq qalırıq və qadınların bütün sahələrdə
bərabər iştirakına
töhfə verməyə
davam edəcəyik”.
Tədbir çərçivəsində
Pekin Bəyannaməsi
və Fəaliyyət
Platformasının həyata
keçirilməsi istiqamətində
regional tərəqqi və problemlər haqqında üzv dövlətlərin və
vətəndaş cəmiyyətinin
bəyanatları qəbul
olunub.
“Pekin+30”
Regional Baxış Görüşünə oktyabrın 22-də
yekun vurulacaq.
Azərbaycan.-2024.-
22 oktyabr (¹ 232).- S.10.