CenevrədəHökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılmasımövzusunda tədbir keçirilib

 

Oktyabrın 21-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) BMT-nin Gender Bərabərliyi Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı iləAvropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınmasımövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ikigünlük konfransda Azərbaycanı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfrans çərçivəsində əvvəlcə "15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü "Pekin+30" regional baxış görüşü çərçivəsində Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması" mövzusunda yan tədbir keçirilib.

Tədbirin moderatoru - BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək Pekin Bəyannaməsinin Fəaliyyət Platformasının ciddi dəyişikliklərə səbəb olduğunu, gender bərabərliyinin qlobal əhəmiyyətini artırdığını, qadınların hüquqlarının qorunması onların iqtisadi səlahiyyətlərinin artırılması üçün geniş imkanlar açdığını vurğulayıb.

B.Muradova qeyd edib ki, son 30 ildə biz sosial-siyasi dəyişikliklərin, müharibə münaqişələrin, texnogen iqlim fəlakətlərinin şahidi olduq. Buna baxmayaraq, bu çağırışlarla yanaşı, tərəqqi texnoloji yeniliklər tərəfdaşlıq üçün yeni platformalar açıb inkişafa nail olunub.

Azərbaycanın Pekin Bəyannaməsinin 12 kritik sahəsinə sadiq qaldığını vurğulayan komitə sədri ölkəmizdə 15-29 yaşlılar arasında kənd təsərrüfatında çalışan işçi qüvvəsinin 44,8 faizini qadınların təşkil etdiyini deyib. Bildirib ki, əhalimizin 46 faizinin kənd yerlərində yaşadığını nəzərə alan hökumət bu sahədə bir sıra yeni təşəbbüslər həyata keçirib. Ölkəmizdə qadınların kənd təsərrüfatı sahəsində təhsil almağa müxtəlif layihələr vasitəsilə onların bir sıra sahələrdə ixtisaslaşmalarının təşviqinə diqqət yetirilir.

Bu tədris ilində həm dövlət, həm qeyri-dövlət ali təhsil müəssisələrinin tələbələrinin 30,9 faizini gələcək karyeraları kimi kənd təsərrüfatı ixtisası üzrə təhsili seçən gənc qadınlar təşkil edib. Artmaqda olan bu tendensiya kənd yerlərində qadınların məşğulluq imkanlarına müsbət təsir göstərir. Belə ki, hazırda Azərbaycanda qadınların iqtisadi fəallığı 61,8 faizə çatıb.

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender bərabərliyinin inkişafı qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının son vaxtlar beynəlxalq maliyyə mühitində əsas müzakirə mövzularından olduğunu qeyd edib. Deyib ki, əmək bazarlarında gender fərqinin daralması inkişaf etməkdə olan bazarlarda iqtisadiyyatlarda ümumi daxili məhsulun artırılmasına töhfə verə bilər.

Milli Məclisin komitə sədri xüsusi vurğulayıb ki, həyat səviyyəsinin yüksəldilməsi, davamlı iqtisadi inkişafa nail olunması bütün sektorlarda gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin prioritetləri arasında xüsusi yer tutur.

Açılış çıxışlarından sonra panel müzakirələri olub.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini xanım İlhamə Qədimova ölkəmizdə kənd təsərrüfatı sahəsində qadın sahibkarların fəaliyyəti onlar üçün yaradılan imkanlardan danışıb.

Kənd təsərrüfatının iqtisadiyyatın inkişafında ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edən İ.Qədimova bildirib ki, Azərbaycan qadınları iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatında fəal iştirak edirlər. Hazırda EKTİS- qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadın fermerlər təşkil edir. Hər il daha çox qadın sistemdən qadınlar üçün yaradılan imkanlardan yararlanır”, - deyə o əlavə edib.

“AZORGANİK” kənd təsərrüfatı istehsalı istehlakı kooperativinin təmsilçisi Aliyə Səfərova kooperativin fəaliyyətində qadın sahibkarların da xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi səlahiyyətlərinin genişləndirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır.

BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa Mərkəzi Asiya üzrə regional direktoru Florens Baure qadın sahibkarlar üçün bərabər imkanların yaradılmasının iqtisadiyyatın inkişafı üçün önəmli olduğunu vurğulayıb. O, Azərbaycanın qadınların iqtisadiyyatda iştiraklarının artırılması onlar üçün bərabər imkanların yaradılması istiqamətində atdığı addımların önəmini xüsusi vurğulayıb.

BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) Cenevrədəki nümayəndəlik ofisinin təmsilçisi xanım Anna Ricoy isə bildirib ki, Azərbaycanın nümunəsində göründüyü kimi, qadınlar təkcə kənd təsərrüfatının inkişafında mühüm rol oynamır, bütövlükdə ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı sisteminin transformasiyasında fəal çıxış edirlər. O, kənd təsərrüfatı iqtisadiyyatın digər sahələrində yeniliklərin tətbiqində qadınların rolunu yüksək qiymətləndirib.

Mövzu ətrafında aparılan müzakirələrdə Azərbaycanda təkcə iqtisadiyyat və kənd təsərrüfatında deyil, ölkə həyatının bütün sahələrində qadınların rolunun və fəallığının artırılmasının dövlət siyasətinin əsas hədəfləri arasında yer aldığı bildirilib, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu məsələyə xüsusi həssaslıq göstərdikləri vurğulanıb. Çıxışlarda, həmçinin Ermənistanın ərazilərimizi otuz il ərzində işğal altında saxlamasının ərazilərimizi minalarla çirkləndirməsinin bu sahədə qarşıda duran hədəflərə nail olunmasına ciddi maneə yaratdığı vurğulanıb.

 

Azərbaycan.-2024.- 22 oktyabr (¹ 232).- S.10.