Azərbaycanın strateji obyektləri erməni faşistlərinin hədəfində idi

 

44 günlük Vətən müharibəsinin davam etdiyi vaxt ərzində erməni faşistləri bütün beynəlxalq qayda-qanunları humanizm prinsiplərini pozaraq, döyüş meydanından kənarda insan tələfatına səbəb olan qanlı cinayətlər törətdilər. Gəncədə, Tərtərdə, Bərdədə digər yaşayış məntəqələrində dinc sakinlərə ölümsaçan silahlar yönəldərək, əslində, xalqımıza qarşı növbəti soyqırımı həyata keçirdilər. Bu, azmış kimi üstəlik, vacib infrastruktur obyektlərini hədəfə aldılar.

Bir sözlə, düşmən həmin günlərdə öz vəhşi, barbar xislətindən əl çəkmirdi. Döyüş meydanındakı ardıcıl məğlubiyyətinin qisasını almaq istəyirdi, əslində, odla oynayırdı bu odda da elə özü yanırdı. Beləliklə, neçə dəfə Mingəçevir İstilik-Elektrik Stansiyasını, neft qaz kəmərlərini atəşə tutdu. Erməni faşistləri atdıqları raketlərdən birini döyüş getdiyi ərazilərdən xeyli uzaqda yerləşən Xızı rayonuna tuşlamışdılar. Müəyyənləşdirilmişdir ki, raket 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malikdir. O, Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilmiş şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünmüşdü. Xoşbəxtlikdən heç kim xəsarət almamışdı. Qeyd edək ki, buradan cəmi 250 metr aralıda Bakı-Novorossiysk neft kəməri keçir.

Ermənilər öz məkri azğınlığı ilə bütün qayda-qanunları, beynəlxalq normaları, insanlıq məsuliyyətini ayaqlayıb keçirdi. Bu vandallar dərk etmir, yaxud dərk etmək istəmirdilər ki, neft qaz kəmərlərinə atəş açmaqla təkcə Azərbaycanı təhlükə qarşısında qoymur, eyni zamanda həmin layihələrdəki tərəfdaşların hamısına zərbə endirməyə cəhd göstərirlər. Ermənilər bu digər layihələrə vəsait yönəltmiş səhmdarlar, istehsalçı, istehlakçı tranzit ölkələr qarşısında öz mənfur niyyətlərinə, cinayətkar əməllərinə görə cavabdehlik daşıyırdılar.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində müxbirin verdiyi suallardan biri ermənilərin bu ağılsız hərəkətinin Azərbaycan neftinin qazının dünya bazarına çatdırılması üçün hansı riskləri yarada biləcəyi ilə bağlı idi. Prezident demişdir: "Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını ya bizim neft qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft qaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır yaradacaq".

Mingəçeviri, elektrik stansiyasını bombalamaqda isə məqsəd Azərbaycanın enerji sistemini dağıtmaq idi. Əlbəttə, vandallar bu mənfur niyyətlərinə çatmadılar. Həm onlar unudurdular ki, bizim artıq şaxələnmiş enerji təchizatı şəbəkəmiz, çoxsaylı yeni elektrik stansiyalarımız var.

Yevlax rayonunun Aran qəsəbəsində Bakı-Tbilisi-Ceyhan (BTC) Xızı rayonunda - Sitalçay yaxınlığındakı ərazidə Bakı-Novorossiysk neft kəmərlərinə raket tuşlayan düşmən Azərbaycanı həmçinin Səngəçal terminalına hücum edəcəyi ilə hədələyirdi.

Xatırladaq ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biri, karbohidrogenlərin ixracının regional mərkəzidir. Azərbaycan neftini qazını dünya bazarlarına nəql edən kəmərlər başlanğıcını buradan götürür. Belə ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) "Şahdəniz" yataqlarından çıxarılan neft, qaz kondensat sualtı xətlərlə terminala çatdırılır buradan karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.

Azərbaycanın belə mühüm əhəmiyyətə malik bir sənaye infrastrukturunu düşmənin gözü, əlbəttə, götürə bilməz. Bunun bir səbəbi odur ki, vaxtilə bu qlobal layihələr həyata keçirilərkən Ermənistan öz işğalçılıq əməllərinə görə onlardan kənarda qalmışdı. İndi isə bütün bunlara dalandan baxır.

Məlumdur ki, Ermənistan sosial-iqtisadi sahədə böyük gerilik yaşayan, inkişafdan kənarda qalan, sakinləri dəstələrlə köçüb başqa məmləkətlərə gedən bir ölkədir. Bu ölkə regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri Ermənistandan yan keçir.

 Ermənistan məhz öz günahları cinayətləri ucbatından çıxdaş edildiyi bu layihələrə zərbə endirmək cəhdi ilə bizə hədə-qorxu gəlmək istəyirdi. Onların güddüyü bu üzdəniraq məqsədlərdən Prezident İlham Əliyev bir sıra xarici KİV-ə müsahibələrində bəhs etmişdir.

Fransanın "Fiqaro" qəzetinə müsahibəsində dövlətimizin başçısı bildirmişdir ki, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü dəfə hərbi təxribat olmuşdur: "Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin sizin bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. "Cənub qaz dəhlizi" təkcə Azərbaycanın deyil, həm Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi".

Erməni vandalları bu cinayətkar əməlləri ilə həm tərəfdaşlarımızla bizim aramızda nifaq salmaq məqsədi güdürdü.

Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə toxunmuşdur: "Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıblar. Ona görə Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".

Başqa sözlə, "dəmir yumruğ"un ağır zərbələrinin ağrısını dadmış erməni faşistləri çalışmalıdırlar ki, bir daha yollarını azmasınlar. Çalışmalıdırlar ki, regionda gedən inkişafa qoşulmaq üçün yaranmış fürsətdən istifadə etsinlər. Yoxsa bundan sonrakı layihələrə dalandan baxmalı olarlar...

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 22 oktyabr (№ 232).- S.11.