Trampın reytinqi yüksəlir

 

ABŞ-nin keçmiş prezidenti həm əsas ştatlarda, həm milli sıralamalarda  mövqelərini gücləndirir

 

Kamala Harris Donald Trampın prezident seçkilərində qalib gəlmək şansları ilə bağlı Amerikanın NBC  telekanalının sorğusunun nəticələri şərhçilər analitiklər arasında böyük müzakirələrə səbəb olub.

Bu da hər iki namizədin  prezident seçkilərində qalib gəlmək şanslarının bərabər olması ilə əlaqədardır. Onların hər birini respondentlərin 48 faizi dəstəkləyib. Cəmi bir ay əvvəl Harris Trampı beş bənd qabaqlayırdı. Bu müddət ərzində Trampın reytinqi 4 pillə yüksəlib, Harrisin reytinqi isə bir pillə azalıb.

Sorğunun ortaya çıxmasından bir gün sonra Harrisin seçki kampaniyası demokrat seçicilərin e-poçt ünvanlarına mesaj göndərib: "The New York Times" qəzeti  Corciya, Arizona Şimali Karolina ştatlarında səsvermənin nəticələrini açıqlayıb. Tramp hər üç ştatda liderdir. Biz onu məğlub etməyimizə kömək üçün dərhal 25 dollar ianə verəcəyinizə ümid edirik. Xahiş edirik,  25 dollar ya daha çox göndərin!"

Kamala Harris seçkilərdə rəsmi namizəd olduqdan sonra, avqust ayından bəri  tədricən səsvermədə liderliyi ələ alırdı. Lakin bu ay vəziyyət dəyişməyə başlayıb. Oktyabrın 20-nə olan məlumata görə, sorğuda iştirak edənlərin 49,2 faizi Harrisə,  48,3 faizi isə Trampa səs verib. Amma rəqəmlər hər gün dəyişir. Eyni zamanda ABŞ bukmeyker kontorları Trampın Harris üzərində qalibiyyəti üçün daha çox şans verir - müvafiq olaraq 53 faiz 46 faiz.

Son məlumatlara görə, namizədlərdən heç biri hələ ki, ciddi liderliyə nail ola bilməsə , Kamala Harrisin rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın reytinqi durmadan artır. Respublikaçı namizəd həm əsas ştatlarda, həm milli sıralamalarda öz mövqelərini gücləndirir. Sosioloqların fikrincə, yarışda trend dəyişib bu tendensiya davam edərsə, eks-prezident Evə qayıda bilər.

ABŞ- prezidentlik yarışının bitməsinə cəmi iki həftə qalıb. Artıq yarım aydan çoxdur ki, ictimai rəy sorğuları Donald Trampa dəstəyin gücləndirilməsi tendensiyasını nümayiş etdirir.

"RealClearPolitics"in konsolidasiya edilmiş məlumatlarına görə, hələlik Kamala Harris irəlidədir. Reytinqlər aqreqatoru ona bir həftə əvvəlki 2,2 faiz bəndi ilə müqayisədə hələ 1,3 faiz bənd üstünlüyü təmin edir.  Lakin bu, son dərəcə kövrək liderlikdir. Məsələn, əvvəlki prezidentlik yarışında Co Bayden Trampı 8,9 faiz bəndi, 2016-cı ildə keçmiş dövlət katibi Hillari Klinton isə onu 6,5 faiz bəndi qabaqlamışdı. Ancaq Klinton 3 milyon səs üstünlüyü ilə irəli keçsə , nümayəndələrin verdiyi səslərin hesabına Trampa məğlub olub.

Son vaxtlar vitse-prezidentin  populyarlığı da əhəmiyyətli dəyişikliklərə məruz qalır. NBC-nin son sorğusu seçicilər arasında ona olan rəğbətin azaldığını göstərib. Bir neçə həftə ərzində Harrisin populyarlığı 48 faizdən 43 faizə düşüb. Donald Trampa dəstək təxminən 46 faiz  təşkil edir.

Əsas ştatlar uğrunda mübarizəyə gəlincə, orada Donald Trampın orta hesabla 1 faizlik üstünlüyü var.

İndi prezidentlik yarışında, əslində, üç ştat uğrunda qızğın mübarizə gedir, bunlardan ikisi ənənəvi olaraq demokratlara səs verən  Viskonsin Miçiqandır. Harrisin onları qazanma ehtimalı hələ yüksəkdir, lakin gözlənilən qədər deyil - müvafiq olaraq 51 faiz 53 faiz.

"FiveThirtyEight" hesablamalarına görə, hər iki namizədin qalib gəlmək şanslarının təxminən bərabər olduğu Pensilvaniyada ən şiddətli mübarizə gözlənilir. "RealClearPolitics"in məlumatına əsasən, Donald Trampın orada 0,7 faiz bəndi  üstünlüyü var.  Belə bir cüzi üstünlük Donald Trampın qələbəsinə qoyulan mərclərin artmasına səbəb olub. Bukmeyker kontorları onları orta hesabla 57,8 faiz,  Harris üçün isə 40,9 faiz qiymətləndirir.

Yəqin ki, hazırkı göstəricilərə bu ştatlarda vəziyyətin dəyişməsi təsir edir. Məsələn, Pensilvaniyada qeydiyyatdan keçmiş demokratların sayı son iki il ərzində 10,3 faiz azalıb ki, bu da partiyada məyusluq yaradır onun tərəfdarları arasında laqeydliyə dəlalət edir.

ABŞ-nin həftəlik "Newsweek" jurnalı xəbər verir ki, təkcə 2023-cü ildə qeydiyyatdan keçmiş 36 mindən çox demokrat Respublikaçılar Partiyasına keçib. Bu il isə daha 61 mindən çox demokrat eyni addımı atıb.

Ölkədəki mövcud  qəliz seçki sisteminə əsasən həlledici olan ümummilli səslərin çoxluğu deyil, maksimum seçici sayına malik ştatlarda qələbədir. Bu, həmişə xüsusi intriqa yaradır. Təxminən on ştata "tərəddüd edən" ştatlar deyilir. Orada demokrat ya respublikaçı partiyalar üçün açıq-aşkar üstünlük yoxdur. Digər ştatlarda partiya elektoratı onilliklər əvvəl formalaşıb, ona görə orada həmişə partiyalardan birinin elan edilmiş namizədi qalib gəlir.

Milli sorğular namizədin ölkə üzrə populyarlığının  göstəricisi olsa da, onlar heç  həmişə seçkinin nəticəsini dəqiq proqnozlaşdırmırlar. Bunun səbəbi Birləşmiş Ştatlarda Seçici Kollegiya sistemindən istifadə edilməsidir  burada hər bir ştatdan öz əhalisinə təxminən uyğun gələn səslərin sayının alınmasıdır. Ümumilikdə Seçici Kollegiyasının 538 üzvü, yəni nümayəndə var namizədin qalib gəlməsi üçün 270 nümayəndənin səsi lazımdır.

Nümayəndələr 2024-cü  il dekabrın 17-də səs verəcəklər. Daha sonra onların səsləri ABŞ Konqresində yoxlanılacaq sayılacaq. Bu prosedur yanvarın 6-da baş tutacaq. Səslərin hesablanması başa çatdıqdan sonra seçkilərin nəticələrinin yekun təsdiqi olacaq.

 Yeni prezidentin rəsmi inauqurasiyası 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 22 oktyabr (¹ 232).- S.12.