Orta dəhliz əsas dəhlizə çevrilir
Bu marşruta
beynəlxalq miqyasda maraq artmışdır
Dünyada yeni düzən uğrunda mübarizə səngimək
bilmir. Əksinə, illərlə diplomatik səviyyədə bağlı
qapılar arxasında
gedən bu soyuq mübarizə indi açıq müharibələrə keçib.
İkiyə bölünmüş
Qərb və Şərq bloku arasında baş verən bu qarşıdurma
o səviyyəyə çatıb
ki, onun nə vaxt sonlanacağı
bilinmir.
Əvvəllər baş
verən münaqişələr
dövlətlər tərəfindən
BMT-də beynəlxalq
hüquq və normaların prinsiplərinə
uyğun müzakirə
olunaraq müvafiq qərarlar qəbul edilirdi. Son dövrlər
isə xüsusən böyük dövlətlərin
orta məxrəcə
gələ bilməməsi
səbəbindən bu
mümkün olmur. Başqa sözlə, bu gün dünyada
beynəlxalq hüquq deyilən bir şey yoxdur. Belə vəziyyət sözsüz ki, dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. İlk
növbədə beynəlxalq
tranzit marşrutlarına
ziyan dəyir. Çünki baş verən sulahlı qarşıdurmalar səbəbindən
təchizat zənciri zədələnmiş, yüklərin
vaxtında daşınması
mümkünsüz olmuş,
daşıma xərcləri
bahalaşmışdır. Məsələn, Qırmızı
dənizdə Süveyş
kanalı vasitəsilə
daşınan yüklərin
Afrika qitəsi boyunca hərəkət edərək Avropaya çatdırılması hər
ton yükün maya dəyərinin 3-5 dollararası bahalaşmasına
səbəb olmuşdur.
Bu üzdən dünya ticarətindəki
problemi aradan qaldırmaq üçün
alternativ marşrutlara
ehtiyac yaranmışdır.
Belə bir marşrut isə Orta dəhlizdir. Odur ki, Orta
dəhlizə beynəlxalq
miqyasda maraq artmışdır. Həm
Şərqdə, həm
də Avropada əmin olmuşlar ki, Orta dəhliz
təhlükəsizlik, yüklərin
vaxtında və sərfəli qiymətlə
daşınması üçün
ən yaxşı marşrutdur.
Orta dəhlizin
üstünlüklərindən biri də bu
marşrutla avtomobil və dəmir yolu ilə yükdaşımaların
mümkün olmasıdır.
Belə ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin
konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.
Bu dəhlizə xas olan multimodal
nəqliyyat infrastrukturu
Xəzər və Orta dəhlizlərin bərə terminallarını
Çin, Qazaxıstan,
Azərbaycan, Gürcüstan,
Türkiyə, Ukrayna və Polşa dəmir yolu sistemi ilə birləşdirir. Dəhlizin
belə çevikliyi qısa müddət ərzində müxtəlif
ölkələrdəki istehlakçıların
ehtiyaclarına və logistik tələblərinə
uyğunlaşmağa imkan
verir.
Son vaxtlar Avropa ölkələri və orada yükdaşıma
ilə məşğul
olan logistika şirkətləri ölkəmizdən
keçən "Şərq-Qərb"
marşrutuna xüsusi
maraq göstərirlər.
Avropa İttifaqının
Orta dəhlizdə infrastrukturun bərpası
üçün 10 milyard
avro ayırmaq istəməsi də bununla bağlıdır.
Çexiyada fəaliyyət
göstərən "MALBI-trans" beynəlxalq nəqliyyat-logistika şirkəti
Orta dəhlizdən istifadə etmək üçün pilot layihə həyata keçirir. Bu o deməkdir ki, böyük işlər görmək üçün
ilk addım atılır. Şirkət
Rumıniya, Konstansa limanı, sonra Bakı və Qazaxıstandan keçməklə
pilot qatarların yola salınmasına hazırlaşır. Məlumat
üçün bildirək
ki, Çexiyanın logistika şirkəti Avropanın hər yerinə, o cümlədən
Rusiyaya, MDB-yə, Çinə, Türkiyəyə
və İrana ixrac, idxal, tranzit
xidmətləri göstərir.
İsveçrə də
Orta dəhlizin inkişafına və onun imkanlarından səmərəli istifadə
üçün bir çox təklif irəli sürür. Bu ölkə marşrutun nəqliyyat və logistika imkanlarını dövrün
tələbinə uyğun
modernləşdirilməsini təklif edir. İsveçrəlilər bu
qənaətdədirlər ki, dəhliz vasitəsilə yüklərin
daşınmasının sadələşdirilməsi
onun ticarət əhəmiyyətini daha da artıracaq. Təkmilləşdirilmiş və
sadələşdirilmiş prosedurlar qlobal təchizat zəncirlərinə
və bazarlarına çıxışları yaxşılaşdıracaq
ki, bu da
İsveçrə şirkətinin
Orta dəhlizdən istifadəyə olan marağını daha da artıracaq.
Bolqarıstan Avropada
geniş tranzit imkanlarına malik ölkədir. 2 strateji dəniz limanına malik olan Bolqarıstan
Avropanın 5 ölkəsi
ilə həmsərhəddir
ki, bu da
ona əlavə üstünlüklər qazandırır.
Üstəlik, Bolqarıstanın
inkişaf etmiş nəqliyyat infrastrukturu var. O səbəbdən Bolqarıstan Orta dəhlizdə əməkdaşlıqda
maraqlıdır.
Avropa ölkələrinin
Orta dəhlizə maraq göstərməsi bu marşrut üzərindən yükdaşımaların
həcmini artıracaq.
Elə bu dəhlizin yaradılmasının
başlıca səbəbi
də Asiya ilə Avropa arasında təhlükəsiz
və etibarlı ticarət əlaqələri
qurmaqdır. Görünən
odur ki, dəhlizdə yükdaşıma
prosedurlarının sadələşdirilməsi
və onun texniki imkanlarının artırılması, həmçinin
vahid tarif sisteminin tətbiqi Avropada Orta dəhlizə
olan marağı artırıb.
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.5.