COP29-a hazırlıq
işləri artıq
son mərhələdədir
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin
baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 22-də
“MAN Truck&Bus” şirkətinin
baş direktoru Aleksandr Vlaskampı qəbul edib.
AZƏRTAC xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi
ilə bağlı təbriklərini çatdıran
qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.
Aleksandr Vlaskamp
COP29-da nəqliyyat sahəsinin
də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla
əməkdaşlığın önəminə toxundu.
Dövlətimizin başçısı
qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir.
Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt
olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək
səviyyədə keçirilməsi
üçün səylərini
əsirgəmir. Dövlətimizin
başçısı COP29-un Azərbaycanda keçirilməsi
ilə bağlı
198 ölkənin yekdil
dəstəyini yüksək
qiymətləndirərək bu cür tədbirin
regionda birinci dəfə ölkəmizdə
təşkil edilməsinin
böyük önəm
daşıdığını qeyd etdi.
Prezident İlham
Əliyev Azərbaycanda
yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində
böyük işlərin
görüldüyünü və artıq bir sıra mühüm
layihələrin reallaşdırıldığını
bildirdi.
Dövlətimizin başçısı
ölkəmizdə nəqliyyat
sisteminin də səmərəli fəaliyyəti
üçün tədbirlər
görüldüyünü dedi və bu
baxımdan “MAN Truck&Bus”
şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.
Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edildi.
Azərbaycan.-2024.-
23 oktyabr (¹ 233).- S.1.