"Azərbaycan
Respublikası Hökuməti
ilə Rusiya Federasiyası Hökuməti
arasında səhiyyə,
tibb təhsili və tibb elmi
sahələrində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il avqustun
19-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Rusiya Federasiyası Hökuməti
arasında səhiyyə,
tibb təhsili və tibb elmi
sahələrində əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Rusiya Federasiyası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
22 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.2.