"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə"nin "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 19 fevral tarixli 1290 nömrəli "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında" 2024-cü il 7 mart tarixli 16 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:

 

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə"nin "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 909 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

 

1. adında (hər iki halda), 1-ci 2-ci hissələrdə "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin.

 

2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə" üzrə:

 

2.1. adında "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

 

2.2. 1-ci hissə üzrə:

 

2.2.1. birinci cümlədə "Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının" sözləri "Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının (bundan sonra - Milli Qvardiya)" sözləri ilə əvəz edilsin;

 

2.2.2. ikinci cümlədə "Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının" sözləri "Milli Qvardiyanın" sözləri ilə, "dövlət mühafizəsi" sözləri isə "mühafizə olunan şəxslərin qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi" sözləri ilə əvəz edilsin.

 

3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının təsviri" üzrə:

 

3.1. adında "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

 

3.2. birinci hissədə "Xüsusi Dövlət Mühafizə" sözləri "Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz olunsun həmin hissəyə "ibarətdir" sözündən sonra "(Şəkil 1, 2)" sözləri əlavə edilsin;

 

3.3. üçüncü hissəyə "7 sm-dir" sözlərindən sonra "(Şəkil 1)" sözləri əlavə edilsin;

 

3.4. dördüncü hissə üzrə:

 

3.4.1. birinci cümlədə "Milli Qvardiyanın emblemi (hündürlüyü 48 sm)" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin emblemi (diametri 48 sm)" sözləri ilə əvəz edilsin;

 

3.4.2. ikinci cümlə çıxarılsın, üçüncü dördüncü cümlələr müvafiq olaraq ikinci üçüncü cümlələr hesab edilsin;

 

3.4.3. ikinci cümlədə "Xüsusi Dövlət Mühafizə" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik" sözləri ilə əvəz edilsin;

 

3.4.4. üçüncü cümlədə "136" rəqəmləri "125" rəqəmləri ilə, "5,5 sm-dir" sözləri "16 sm-dir (Şəkil 2)" sözləri ilə əvəz edilsin;

 

3.5. altıncı hissədə "2,5" rəqəmləri "250" rəqəmləri ilə əvəz edilsin;

 

3.6. 7-ci hissəyə "nikellənmiş" sözündən sonra "aypara ulduz şəklində" sözləri əlavə edilsin.

 

4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının şəkilləri yeni təsvirdə verilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 oktyabr 2024-cü il.

Azərbaycan.-2024.- 23 oktyabr (№ 233).- S.2.