Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

¹ 460

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 7, maddə 992 (Cild I); 2024, ¹ 1, maddə 92, ¹ 4, maddə 459, ¹ 7, maddə 901) 2-ci hissəsində “2024-cü il oktyabrınsözləri “2025-ci il yanvarınsözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “22” “oktyabr” 2024-cü il

Azərbaycan.-2024.- 23 oktyabr (¹ 233).- S.3.