Cenevrədə fransız müstəmləkəçiliyinin
nəticələrinə dair
beynəlxalq konfrans
BMT-nin Cenevrə
ofisində İnsan Hüquqları Komitəsinin
(İHK) 142-ci sessiyası çərçivəsində
Bakı Təşəbbüs
Qrupunun (BTQ) təşkilatçılığı
ilə oktyabrın
22-də “Mülki və
Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız
Müstəmləkəçiliyinin Nəticələri” adlı
beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda
əvvəlcə müstəmləkəçilik
sisteminə qarşı
Bakı Təşəbbüs
Qrupunun bir neçə ildir başlatdığı mübarizəni,
eləcə də
BTQ-nin fəaliyyəti,
bu istiqamətdə təşkil etdiyi konfransları və tədbirləri əks etdirən videoçarx nümayiş olunub.
Bakı Təşəbbüs
Qrupunun icraçı
direktoru Abbas Abbasov çıxışında
BTQ-nin əsas məqsədinin Fransa, Niderland və digər ölkələrin
apardıqları müstəmləkəçilik
siyasətinə son qoymaq, insanları bu ağır boyunduruqdan xilas etmək, yerli əhalinin əsas azadlıqlarına nail olmalarına kömək göstərmək olduğunu
vurğulayıb.
Müstəmləkəçiliyə
qarşı mübarizəsi
ilə bütün dünyada tanınan siyasi fəal Kemi Seba çıxışında
bu yaxınlarda Fransa polisi tərəfindən
qanunsuz saxlanılması,
polisin onunla kobud rəftar etməsi barədə məlumat verib. Bildirib ki, Fransa
hökuməti onu 72 saat həbsdə saxlamaqla səsini boğmağa çalışıb.
Ancaq o, bu mübarizədə geri çəkilməyəcək və
sonadək mübarizə
aparacaq.
Yeni Kaledoniyanın
FLNKS partiyasını təmsil
edən müstəqil
deputat Mlin Sakilia çıxışında
Kaledoniyada dinc nümayişlərin işgəncəyə
çevrildiyini, bütün
ictimai fəalların
Fransa polisi tərəfindən həbs
olunduğunu deyib. Qeyd edib ki,
sərbəst ifadəni
və siyasi fikirləri boğmaq məqsədilə Fransanın
milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin
böyük qrupu Kaledoniyada yerləşdirilib.
O, kanakların həbs
olunduğunu, döyüldüyünü,
ciddi sorğu-suala məruz qaldıqlarını,
həbs olunanların qeyri-insani şəraitdə
saxlanıldığını, ləyaqətlərinin tapdandığını
vurğulayıb. Kemi Seba bu günədək
500-dən çox kanakın
itkin düşdüyünü,
2800 nəfərin həbs
edildiyi, 11 nəfərin
öldürüldüyünü bildirib.
Niderland Krallığının
müstəmləkəsi olan
Boner adasının İnsan hüquqları təşkilatının prezidenti
Davika Bissessar-Sau adada baş verən ciddi insan hüquqları pozuntularından danışıb.
Diqqət çatdırıb
ki, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz qoyulur, bu zaman
həddindən artıq
dozadan istifadə edilir. Bu, yerli
əhalinin sayının
azalması üçün
planlı şəkildə
aparılır. “Həmçinin
bu kiçik ada dünyanın adambaşına düşən
ən böyük həbsxanalarından birinə
çevrilib. Kiçik
uşaqlar öz ailələrindən alınaraq
niderlandlı baxıcılara
verilir. Bu isə cəmiyyətimizin
gələcəyinə hücum,
onun məhv olunmasına yönəlib.
Niderland bu müstəmləkə adasında
yerli insanların tamamilə məhv olmaları üçün
bütün vasitələrdən
istifadə edir”, - deyə o vurğulayıb.
Qviananın “Dekolonizasiya
və sosial emansipasiya” partiyasının
nümayəndəsi Sindi
Polü Fransanın Avropa sosial hüquqlar
xartiyasının müddəalarını
müstəmləkəyə çevirdiyi ərazilərdə
tətbiq etmədiyini
bildirib. O, ölkəsində
həyat şəraitinin
çox acınacaqlı
olduğunu vurğulayıb.
Hər tərəfdən
su ilə əhatə olunan Qvianada sakinlərin içməli suya çıxışının olmadığını, suyun
civə ilə çirkləndirildiyini diqqətə
çatdırıb. “Bu
platforma vasitəsilə
özünü “insan
hüquqlarının qoruyucusu”
adlandıran və dəyərlərindən biri
“Azadlıq, bərabərlik
və qardaşlıq”
olan ölkənin – Fransanın fundamental hüquqlarımıza hörmət
etməməsini qətiyyətlə
pisləyirik”, - deyə
S.Polü diqqətə
çatdırıb.
Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel müstəmləkəçiliyin
bəşəriyyət tarixində
dərin yara, milyonlarla insanın həyatını darmadağın
edən və sivilizasiya adı altında sərvətləri
talayan hökmranlıq
sistemi olduğunu, təəssüf ki, hələ də davam etdiyini vurğulayıb. Müstəmləkəçiliyin
ikiüzlülüyünü pisləyən hərəkat
üzvü onun sivilizasiyadan uzaq, müstəmləkəçini insanlıqdan çıxarmaq
kimi təsirlərdən,
həmçinin ləyaqət
itkisi, mədəni silinmə, iqtisadi tabeçilik kimi təsirlərini bir daha xatırladıb.
Müstəmləkəçiliyin,
sadəcə, iqtisadi fakt deyil, məzlumun
şəxsiyyətini təhrif
edən, onun öz dəyərini şübhə altına alan psixoloji zorakılıq aktı olduğu qeyd edilib. Bildirilib ki, digər müstəmləkə ölkələri
kimi, Martinika da ICCPR prinsipləri ilə yerdəki reallıqlar arasında uyğunsuzluğun bariz nümunəsidir. Martinika iqtisadiyyatı hələ
də Fransa əsarətindədir. “Torpaqlarımızın
oğurlanması qəbuledilməz
reallıqdır. Ərzaq,
gündəlik tələbat
mallarının və
zəruri xidmətlərin
qiymətlərinin hədsiz
dərəcədə yüksək
olması xalqımızı
qul kimi saxlamaq üçün müstəmləkəçilik siyasətinin bir hissəsidir”, - deyə Müryel Danyel bildirib.
Qvadelupanın Azadlığı
naminə Xalq Birliyinin Baş katibi (UPLG) Jan-Jakob Bisep Fransanın müstəmləkə ərazilərində,
eləcə də Qvadelupada törətdiyi müstəmləkə cinayətlərindən
danışıb, ölkəsinin
ağlasığmaz cinayətlərə
səhnə olduğunu
qeyd edib. Deyib ki, quldarlığın
ləğv edilməsinə
baxmayaraq, müstəmləkə
hakimiyyəti insanlarla
hələ də qul kimi rəftar
edir. O, eyni zamanda, Fransanın uzun illər boyu Madaqaskarda, Əlcəzairdə, Qvadelupada
və digər ərazilərdə dəfələrlə
törətdiyi kütləvi
qırğınlardan danışıb.
Tədbirdə, həmçinin
artıq müstəmləkəçilik
vəziyyətində yaşamağın
mümkün olmadığı,
digər ölkələrdə
insan haqlarına hörmət axtaran Avropa dövlətlərinin
özlərinin müstəmləkə
altında saxladıqları
ərazilərdə bu
hüquqlara riayət etmədikləri diqqətə
çatdırılıb. Müstəmləkə
altında olan ölkələrdəki ağır
vəziyyət, yerli əhalinin səsinin boğulması, törədilən
müstəmləkə cinayətləri
ilə bağlı susqunluğa kəskin etiraz bildirilib. Onlar BMT-ni və
beynəlxalq ictimaiyyəti
müstəmləkə haqsızlıqlarına
qarşı mübarizəyə
çağırıblar.
Konfrans iştirakçıları
Bakı Təşəbbüs
Qrupunun müstəmləkə
zorakılığı altında
boğulan insanların
səsini dünyaya çatdırmaq istiqamətindəki
fəaliyyətini yüksək
qiymətləndirib, buna
görə təşəkkürlərini
bildiriblər.
Sonda iştirakçılar
üzərində “Fransa
müstəmləkəçiliyinə son!” yazılmış köynəklər geyinib və əllərində plakatlarla BMT-nin Cenevrə ofisinin binası qarşısında
dinc aksiya keçiriblər.
BMT-nin həyətindən
çıxan konfrans iştirakçıları bu
təşkilatın qarşısındakı
küçədə aksiya
keçirən kanaklara
qoşulublar.
Qeyd edək ki, konfransda Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Boner, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak ediblər.
Azərbaycan.-2024.- 23 oktyabr (¹ 233).- S.5.