Arxa
cəbhə də döyüşürdü
Hər
kəs qəlbi və əməli ilə Prezidentin və ordunun yanında idi
Vətən müharibəsinin davam etdiyi günlərdə hamı yaxşı dərk edirdi ki, döyüşən ordumuzun gücü həm də ölkənin iqtisadi qüdrətindən asılıdır.
Hər kəs öz çalışdığı
sahədə iş başında idi. Ümumiyyətlə, xalq öz Prezidenti ətrafında sıx birləşmiş, bir yumruğa dönmüşdü.
Hamı qəlbən döyüşən, düşmənə
ağır zərbələr
endirən oğulların
yanında idi. Qələbələrin sevincini
də birlikdə yaşayırdıq, şəhadətə
qovuşan igidlərimizin
itkisini də... O günlərdə daha bir düşmənlə
- koronavirusla mübarizə
aparırdıq. Bununla
belə, o çətin
günlərdə bir
dəfə də olsun işığımız
sönmədi, mavi yanacağımız kəsilmədi.
Bir nəfər də çörək növbəsinə dayanmalı
olmadı. (Hərçənd
ki, bunlar müharibə gedən istənilən ölkədə
baş verən hallardır). Bu isə o demək idi ki, hər
kəs qələbə
üçün əlindən
gələni əsirgəmirdi.
Döyüş meydanından bir-birinin ardınca qələbə
soraqları gəldikcə,
beynəlxalq aləm bir mühüm qələbəmizdən də
xəbər tutdu. Təşəbbüskarı və
aparıcı qüvvəsi
Azərbaycan olan "Cənub qaz dəhlizi"nin sonuncu seqmentinin - ölkəmizdə
hasil olunan mavi yanacağı Avropaya nəql edəcək TAP-ın
(Trans-Adriatik Qaz Boru Kəməri) tikinti işləri sona çatdı.
Öz qəhrəmanlıq
ənənələrinə sadiq qalan Azərbaycanın
neftçilər ordusu
da əmək növbəsində idi. Neftçilərimiz yerin təkindəki və dənizin dibindəki sərvətləri üzə
çıxarır, ölkənin
iqtisadi qüdrətini
artırır, xalqımıza,
döyüşən ordumuza
dəstək olurdular.
SOCAR-ın (Azərbaycan
Respublikası Dövlət
Neft Şirkəti) baş ofisində keçirilən onlayn müşavirədə onlar
ölkənin Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə
bildirilirdi ki, neftçilər sırasından
da könüllü olaraq ön cəbhəyə gedənlər
var. Qalanları arxa cəbhədə Vətənin qüdrətini
artırmaq uğrunda səylə çalışırlar.
Bununla yanaşı, onlar da döyüşlərə
qatılmaq şövqü
ilə yaşayır,
hər an intizarla əmr gözləyirlər: "Cənab
Ali Baş Komandan, biz neftçilər
Azərbaycanın ərazi
bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz
doğma ocaqlarına qayıtması, Vətənimizin
və xalqımızın
əbədi azadlığı
və xoşbəxtliyi
naminə başladığınız
bu haqq işinizə
sona qədər sadiqik və əmrinizi gözləyirik.
Bu gün hamımız şanlı
Azərbaycan əsgəriyik.
Vətənimizin işğaldan
tamamilə azad olunacağı anı günbəgün, saatbasaat
yaxınlaşdırmaq üçün
hamımız əlimizdən
gələni etməli,
gecə-gündüz çalışaraq,
Azərbaycanın haqq
işinə - ədalətin
təntənəsinə töhfəmizi
verməliyik".
Neftçilər döyüşən ordunu,
şəhid ailələrini
və qaziləri unutmurdular. SOCAR-da Silahlı Qüvvələrə
yardım kampaniyası
təşkil olunmuşdu.
Dövlət bu çətin məqamlarda da əhalinin qayğılarını
diqqət mərkəzində
saxlayırdı. "Azəriqaz"
İstehsalat Birliyi müharibənin davam etdiyi dövrün tək bircə həftəsi ərzində
700-dən çox fərdi
yaşayış evinə
qaz çəkilişini
yekunlaşdırmış, onları mavi yanacaqla təmin etmişdi. Birlik payız-qış mövsümünə
hazırlıqla bağlı
qazlaşma işləri
aparılan yaşayış
məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirmişdi.
Kəndlinin də
əli işdən-gücdən
soyumurdu. İnsanlar çalışır, işləyir,
payızın bol nemətlərini toplayır,
qışa tədarük
edir, qurub-yaradırdılar.
Hər gün ölkənin müxtəlif
bölgələrindən onlarca
xoş xəbər gəlirdi. Pambıqçılar
yüksək məhsuldarlıq
göstəriciləri əldə
edirdilər. Əgər
2019-cu ildə sahələrdən
ümumilikdə 295 min
ton pambıq yığılmışdısa, 2020-ci ildə Zəfər gününədək bu qədər məhsul toplanmış, noyabrın
ortasında isə məntəqələrə təhvil
verilən "ağ qızıl"ın həcmi
300 min tonu ötüb keçmişdi.
Ümumilikdə isə həmin il pambıqçılıqda
yüksək nəticə
əldə olundu. 100 min hektar pambıq
sahəsindən 335 min
tondan çox məhsul toplandı və orta məhsuldarlıq
əvvəlki illə
müqayisədə 4 sentner
artdı. Orta məhsuldarlıq 33,5 sentner
təşkil etdi ki, bu da
həmin vaxtadək Azərbaycanın pambıqçılıq
tarixində qeydə alınan ən yüksək göstəricilərdən
biri idi.
2020-ci ildə üzüm bağlarından
əvvəlki ilə nisbətən çox məhsul yığıldı.
Ən yaxşı göstəricilərə Şəmkir,
Cəlilabad, Tovuz üzümçüləri nail
oldular.
Qeyd edək
ki, Vətən müharibəsi başlananda
tarlalarda, bağ-bostanda
payızın bol məhsulunun yığımı
gedirdi. Bu məsul dövrdə heç bir gənginliyə baxmayaraq, Azərbaycan kəndlisi öz təmkinini itirmədi. Bitkiçilik məhsulları istehsalında
artım dinamikası müşahidə olundu. Əvvəlki illə müqayisədə daha çox tərəvəz,
meyvə və giləmeyvə, tütün,
kartof, digər məhsullar istehsal edildi. Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanıldı.
Erməni faşizmi
isə özünün
bəd, insanlığa
sığmayan cinayət
əməllərindən əl
çəkmirdi. Dinc əməklə məşğul
olan əhaliyə rahatlıq vermirdi. Ermənistan silahlı qüvvələri beynəlxalq
hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə
qarşı dönə-dönə
terror törədirdi.
Təkcə cəbhəyə
yaxın əraziləri
deyil, oradan uzaq yaşayış məntəqələrini də
raket atəşinə
tuturdu. Bununla belə, düşmənin
bombaladığı, dinc
sakinlərin yaralandığı
və həlak olduğu bölgələrdə
də insanlar işdən-gücdən ayrılmırdılar.
Dəfələrlə atəşlərə
məruz qalan Tərtərdə olduğu
kimi. Rayonun pambıqçıları böyük
zəhmət bahasına
yetişdirdikləri pambığın
yığımını davam
etdirirdilər. Şiddətli
döyüşlər məhsul
yığımının sürətinə təsir
göstərsə də,
fermerlər nisbətən
təhlükəsiz ərazilərdə
məhsulu tez və itkisiz yığıb tədarük
edirdilər. Qabaqcıl
fermer Habil İbrahimov deyirdi ki, tarla da
bir cəbhədir, ona görə də yüksək nəticələr qazanmağa
çalışırıq.
Tərtərlilər heyvandarlıq məhsullarını
da artırmağı
qarşıya məqsəd
qoymuşdular. Suqovuşanın
işğaldan azad edilməsi böyük əhvali-ruhiyyə yaratmışdı.
30 ildir Tərtər çayının qabağını
kəsən, on minlərlə hektar ərazini suya həsrət qoyan erməni vandalları cəzalarını almışdılar.
İndi çat-çat
olmuş torpaq sudan doyacaqdı…
Bölgələrdə payızlıq əkinlərin
bəyanı prosesi davam edirdi. Kənd
Təsərrüfatı Nazirliyinin
müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları
rayonlarda vətəndaşlara
səyyar xidmət göstərirdi. Növbəti
aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular və Şörəlli kəndlərində təşkil
olunmuşdu. Baxmayaraq ki, o günlərdə bu bölgə də mənfur düşmənin hədəfində
idi. Erməni vandalları dinc sakinlərə, döyüş
getməyən bu yerlərə də qənim kəsilmişdilər.
Səyyar xidmətlər
bölgələr üzrə
qrafik əsasında təşkil olunurdu. Bərdədən əvvəl
payızlıq əkinlərin
bəyanı ilə əlaqədar Xaçmaz,
Masallı, Kürdəmir
rayonlarında müvafiq
xidmətlər göstərilmişdi.
Cəbhəyanı bölgələrin sahibkarlarına
dəstək davam edirdi. İqtisadiyyat Nazirliyi bildirirdi ki, həmin bölgələrdə yerləşən
mülki obyektlərlə
yanaşı, çoxsaylı
sahibkarlıq obyektləri
də düşmən
zərbələrinə məruz
qalıb. Orada qeydiyyatda olan bir sıra vergi
ödəyicilərinin təsərrüfat
subyektlərinə, əmlaklarına
külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə
dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə
itkiləri ilə üzləşib. İşğal
altındakı rayonlarda
və cəbhəyanı
ərazilərdə qeydiyyatda
olan mikro və kiçik sahibkarlıq subyektlərinə
baş vermiş hadisələr nəticəsində
dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq
fəaliyyətinin davamlılığının
təmin edilməsi məqsədilə həmin
subyektlərə münasibətdə
Dövlət Vergi Xidməti tərəfindən
"İnzibati icraat haqqında" qanunun müddəalarına uyğun
olaraq müvafiq qərar qəbul edilib.
Prezident İlham
Əliyevin tapşırığı
ilə Suqovuşan-Tərtər
yolunun təmirinə başlanmışdı. Yəni
hələ müharibə
sona çatmamış
bərpa-quruculuq işlərinə
artıq start verilmişdi. Deməli, Qələbə qazanacağımıza
şübhə yox idi!..
Flora SADIQLI,
Azərbaycan.-2024.-
23 oktyabr (№ 233).- S.11.