Oxucu
rəğbəti qazanan
45 yaşlı kitabxana
Kitabxanaların yaranmasını
insanlar ilk günlərdən böyük
maraqla qarşılayıblar.
Elm öyrənmək,
kitab oxumaq istəyənlər həvəslə
bu məkana üz tutaraq biliklərini
artırıblar. Kitabxanalarda
tədqiqatlar aparan alimlər zaman-zaman insanlığa, bəşəriyyətə
xidmət ediblər.
Tarixi mənbələrin
verdiyi məlumatlara görə, kitabxanalar ilk dəfə qədim Şumerdə yaranıb. Bundan sonra bu elm
ocaqları yavaş-yavaş
başqa ölkələrə
də ayaq açıb. Zamanında qədimliyi və dəyəri ilə daim öyünülən
qiymətli kitabxanalardan
biri də Assur hökmdarı tərəfindən yaradılıb.
Kitabxanalar insanların
elmə olan marağını daha da artırıb.
Azərbaycanda ilk
kitabxanaların yaranması
V əsrə - Qafqaz Albaniyası
dövrünə gedib
çıxır. O zaman 52 hərfdən
ibarət olan əlifbanın tərtibindən
sonra bir çox dəyərli kitab alban dilinə
çevrilib. Xristianlıq
dininin hökm sürdüyü Albaniyada
kitabxanalar əsasən
kilsələrdə yaradılırdı.
IX-X əsrlərdə islam
dininin vahid inanc sistemi kimi
möhkəmlənməsindən sonra isə kitabxanaların da, kitabların da sayı artıb. Orta əsrlər Azərbaycanında kitabxana
işinin daha çox üç istiqamətdə inkişaf
etdiyi aydın görünür: saray kitabxanaları; məscid kitabxanaları; şairlərin,
alimlərin, filosofların
şəxsi kitabxanaları.
Kitabxanalar yaradıldıqca,
kitablar yazıldıqca
o dövrün insanları
daha elmli, daha bilikli və
zəkalı olurdular.
Bugünkü dünyamızda
da zənginliyi ilə tanınan və sevilən bir çox kitabxana fəaliyyət göstərir. Yer üzünün gözəl
guşələrindən biri
olan Azərbaycan bu baxımdan çoxlarından irəlidədir.
Ölkəmizin ən
böyük kitabxanası
olan M.F.Axundzadə adına Milli Kitabxana təkcə Qafqazda deyil, Avropa qitəsində, o cümlədən dünyada
şöhrəti olan
milli kitabxanalardan biri hesab edilir.
Azərbaycanda kitabxanaların
inkişafı əsasən
XX əsrin 70-ci illərindən
başlayaraq daha geniş vüsət almışdı. Həmin
illərdə kitabxana
şəbəkələri xeyli genişlənmiş və yeniləri yaradılmışdı. Bu
sahədə qazanılan
uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır.
Daim xalqının işıqlı gələcəyini
düşünən Ümummilli
Lider çıxışlarında,
verdiyi müsahibələrində
kitabxanaları millət
üçün, cəmiyyət
üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka və elm mənbəyi adlandırırdı. İnsanların
elm və tərəqqi yolunda bələdçisi olan kitabxanaların əhəmiyyətini,
oradakı zəngin mədəni irsin gələcək nəsillərə
çatdırmaq istiqamətindəki
rolunu yüksək dəyərləndirən Ulu
Öndər Heydər
Əliyev bu sahəni daim diqqət mərkəzində
saxlayır və inkişafına böyük
qayğı göstərirdi.
Prezident İlham
Əliyevin ölkəmizdə
kitabxana, kitab mədəniyyəti və
digər sahələrin
inkişafına göstərdiyi
xidmətlər, imzaladığı
fərman və sərəncamlar bu sahəyə olan diqqət və qayğının parlaq təzahürüdür. Məhz
bunun nəticəsidir
ki, bu sahə
daim fəaliyyətini
daha da genişləndirir
və təkmilləşdirir.
Ölkəmizdə yaranan
belə bir əlverişli şərait
insanın mənən
formalaşmasına, azərbaycançılıq
ideologiyasının inkişafına,
ədəbiyyat, incəsənət
və mədəniyyətdə
böyük nailiyyətlərin
əldə edilməsinə
gözəl imkan yaradır. Kitabxanaların
inkişafına, kitab
mədəniyyətinə yüksək
dəyər verən dövlətimizin başçısı
demişdir: "Azərbaycan
kitabxanaları xalqımızın
milli-mədəni sərvəti,
yüzilliklərlə ölçülən
qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Ölkəmiz
qədim dövrlərdən
başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə
seçilmiş və
zəngin kitabxanaları
ilə tanınmışdır".
Yaxın günlərdə
Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxananın
45 yaşı tamam olacaq. İllərdən bəri oxuculara xidmət göstərən
bu mədəniyyət
və elm ocağı 1978-ci ildə
Ulu Öndər Heydər Əliyevin göstərişi ilə
kütləvi kitabxana
kimi təşkil olunub və bir ildən sonra qapılarını oxucuların üzünə
açıb. 2011-ci ildə
həyata keçirilən
islahatlar nəticəsində
M.Ş.Vazeh adına kitabxanaya Yasamal Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası
statusu verilib.
Kitabxananın Metodika
və biblioqrafiya şöbəsinin müdiri
Aysel Həsənova və İnformasiya resursları şöbəsinin
müdiri Təranə
Heydərova söhbət
zamanı bildirdilər
ki, bu mədəniyyət
müəssisəsinin öhdəsinə
düşən ən
ümdə vəzifə
informasiya sahəsində
baş verən dəyişikliklərdə iştirak
etmək, müntəzəm
olaraq insanlara yeni məlumatlar verməkdir: "Üzərimizə
düşən vəzifələrin
öhdəsindən gəlmək
üçün müasir
forma və metodlardan səmərəli
şəkildə istifadə
edirik. MKS-də həyata keçirilən
informasiyalaşdırma prosesi
oxuculara onların tələbatına uyğun
hərtərəfli məlumatlar
almaq imkanı yaradır. Kitabxananın təşkil etdiyi tədbirlər bir çox veb-sayt və KİV-də geniş işıqlandırılır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
"Feysbuk" (yasamal
MKS, "Sərhədsiz informasiya
tribunası"), "İnstaqram"
(yasamalmks), "X" (yasamal_MKS)
sosial şəbəkələrində
və “Yutub” kanalında səhifələri
var. Bütün bunlar oxucularla ardıcıl təmas qurmağa, informasiya mübadiləsi aparmağa
əlverişli şərait
yaradır. Uğurla həyata keçirilən
bu tədbirlər oxucuların mədəni və intellektual səviyyəsini artırmağa,
gənc nəslin Vətənə, onun böyük şəxsiyyətlərinə
məhəbbət hisslərini
aşılamağa, hərbi-vətənpərvərlik
tərbiyəsini formalaşdırmağa
xidmət edir".
45 yaşlı kitabxananın
kollektivi günümüzün
vacib məsələlərindən
biri olan uşaq ədəbiyyatının
təbliğinə də
böyük önəm
verir. Mədəniyyət
Nazirliyinin müvafiq əmrinə əsasən,
"Feysbuk" sosial şəbəkəsində "Kitabsevər usaqlar" səhifəsi və eyniadlı "Yutub" kanalı fəaliyyət göstərir. Azyaşlı
oxucuların mütaliəyə
həvəsini və kitaba olan marağını
artırmaq məqsədilə
"Kitabsevər uşaqlar"
səhifəsində zəruri
materiallar yerləşdirilir.
Mərkəzi Kitabxanada
"Şəhidlər ölməz,
Vətən bölünməz",
"Qəhrəmanlar unudulmur",
"Milli Qəhrəmanlarımızı
tanıyaq", "Tarix
yazan igid veteran və qazilərimiz", "Nağıllar
aləminə səyahət",
"Yaradıcı oxucularımız",
"Yubileylər silsiləsi",
"Kitabxanaya kitab hədiyyə edirik",
"Nəşrə hazırladığımız
kitablar", "Kitabxananın
beynəlxalq əlaqələri",
"Təbiətə valeh
olanlar", "Mədəniyyətimizin
incisi - Şuşa"
davamlı layihələr
bu gün də davam etdirilir.
M.Ş.Vazeh adına
Mərkəzi Kitabxanada
qarşılıqlı əməkdaşlıq
məsələlərinə də böyük önəm verilir. Kitabxana "Kitabxananın beynəlxalq
əlaqələri" layihəsi
çərçivəsində MDB kitabxanaları ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində
Rusiya Federasiyasının
Orenburq vilayətinin model kitabxanası ilə interaktiv plakatlar hazırlanır, Blaqoveşensk Şəhər
Kitabxanası ilə təcrübə mübadiləsi
aparılır. S.Vurğun
adına Kiyev Şəhər Kütləvi
Kitabxanasında, Udmurd
və Saxa Respublikasının Milli kitabxanalarında Azərbaycan
guşəsi yaradılmışdır.
Kitabxana təkcə
ölkə xaricində
deyil, ölkə daxilində də - Gəncə şəhəri,
Quba və Ucar rayonlarının MKS-ləri ilə sıx əməkdaşlıq
edir. MKS-nin direktoru Fəxri mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova
müntəzəm olaraq
beynəlxalq konfranslarda
(Moskva, Sankt-Peterburq, İjevsk) iştirak və çıxış
edərək, kitabxananın
iş təcrübəsi
və əldə etdiyi uğurlar haqqında danışır.
Günümüzün aktual
məsələlərilə bağlı beynəlxalq onlayn konfranslarda və dövri mətbuatda çıxışlar
edir.
Şuşa şəhərinin
2024-cü ildə "İslam
dünyasının mədəniyyət
paytaxtı" elan edilməsi ilə əlaqədar M.Ş.Vazeh
adına Mərkəzi
Kitabxanada "Mədəniyyətimizin
incisi - Şuşa"
adlı beynəlxalq layihəyə start verildi. Layihə çərçivəsində kitabxananın fəxri oxucuları olan şair və yazıçılar, ziyalılar
Şuşa haqqında
yazdıqları şeir,
hekayə, əfsanə,
nağıl, esse və s. oxuculara təqdim etdilər.
Kitabxanada həmçinin
"Yaşıl dünya
naminə həmrəylik
ili" ilə əlaqədar "Təbiətə
valeh olanlar" adlı beynəlxalq layihə həyata keçirilir. Layihə çərçivəsində təqdim olunan əsərlərdə təbiətə,
ətraf mühitə
qayğı göstərmək,
sağlam gələcək
naminə yaşıl
dünyamızı qorumaq
tövsiyə olunur.
Kitabxanada kitab təqdimatları, ədəbi
axşamlar, vətəndaşlıq
və vətənpərvərlik
saatları, poeziya gecələri, yaradıcılıq
söhbətləri, icmallar, kitab sərgiləri və s. keçirilir. Elm ocağında mütaliə
günləri, şeir
və qiraət müsabiqələri, nağıl
və rəsm saatları, kitab sərgiləri də təşkil olunur. Maraqlı videoçarxlar hazırlanır, sosial şəbəkələrdə paylaşımlar olunur, şair və yazıçıların kitabları
təbliğ edilir, ən çox sevilən yazıçı
və şairlərlə
görüşlər keçirilir.
Mərkəzi Kitabxananın
təşkil etdiyi tədbirlərdə gənclərin
iştirakına böyük
önəm verilir.
Burada Narkomaniya
və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə
həsr olunmuş maarifləndirici tədbirlər,
"İnsan Hüquqları
Aylığı" çərçivəsində
və uşaq hüquqlarına dair müxtəlif tədbirlər
keçirilir.
Ulu Öndər
Heydər Əliyevin
100 illik, akademik Zərifə Əliyevanın
100 illik, Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyləri kitabxanada böyük təntənə
ilə qeyd olunmuşdur. Həmçinin
Mirzə Şəfi Vazehin 225 və 230 illik, İmadəddin Nəsiminin 650 və 655 illik, A.A.Bakıxanovun 225 və 230 illik, dramaturq Cəfər Cabbarlının 120 və
125 illik, rus şairi M.Y.Lermontovun 210, Məhəmmədhüseyn Şəhriyarın
110 və 115 illik, istiqlal şairi Əhməd Cavadın 130 illik, böyük dramaturq Hüseyn Cavidin 135 və 140 illik, Aşıq Ələsgərin 200 illik,
şair, yazıçı
Əli Tudənin 100 illik, nasir, dramaturq
İlyas Əfəndiyevin
110 illik, Xalq yazıçısı İsmayıl
Şıxlının 100 və
105 illik və b. yubileyləri də keçirilmişdir.
Kitabxana cəmiyyətdə
sosial reabilitasiyaya və uyğunlaşmaya ehtiyacı olan sağlamlıq imkanları
məhdud insanların
məlumat əldə
etməsinə, onların
asudə vaxtlarının
təşkilinə daim
dəstək vermişdir.
Mərkəzi Kitabxanada
İRBİS 64 (AKİS) proqramı əsasında elektron kataloq yaradılmışdır.
M.Ş.Vazeh adına
Mərkəzi Kitabxanada
"Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə
2020-2025-ci illər üçün
Fəaliyyət Planı"nın
icrası və "Mədəniyyət Nazirliyinin
gənclərin asudə
vaxtının səmərəli
təşkilinə dair
Tədbirlər Planı"nın
icrası ilə əlaqədar maraqlı tədbirlər həyata keçirilir.
Əziz oxucular!
45 yaşlı M.Ş.Vazeh
adına Mərkəzi
Kitabxana zəngin fondu, ənənəvi və elektron xidmətləri, maraqlı
tədbirləri, peşəkar
kitabxanaçıları ilə
daim sizin xidmətinizdədir.
Kitabxananın kollektivini
əlamətdar gün
münasibəti ilə
təbrik edir, işlərində yeni uğurlar və bol oxucu sevgisi
arzulayırıq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 oktyabr (¹ 233).- S.15.